• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Texniki suyun satınalınması məqsədi ilə kotirovka sorgusu elanı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2019-cu il təhsil müəssisələri üçün 224300 maddəsindən texniki suyun satınalınması məqsədi ilə kotirovka sorgusu elan edir. Kotirovka təklifləri 22.02.2019-cu il saat 17:00-a qədər 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin tender komissiyasına təqdim olunmalıdır.Təkliflərin açılma praseduru 25.02 2019-cu il tarixdə saat 15.00 da həyata keçriləcək. Prosedurda iddiaçıların səlahiyyətli nümayəndəsi də iştirak edə bilər. Ünvan: Salyan şəhəri, Ə.Hüseynov küçəsi 2 A , əlaqə telefonu: (012) 585-09-25   Tender Komissiyası

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Təhsil Nazirliyinin aparatında istifadə olunacaq müxtəlif blankların, qovluqların, qeydiyyat kitablarının çapı və seçilmiş  sənədlərin tikilməsi, cildlənməsi işlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 13.02.2019-cu il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Açıq tenderə dəvət

Latviyada Təhsil Hökumətlərarası Təqaüd Proqramı

Rumıniyanın Xarici İşlər Nazirliyinin 2019/2020-ci tədris ili üçün təqaüd proqramı

Rumıniya Xarici İşlər Nazirliyi 2019/2020-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edir.   Təhsil səviyyəsi:  bakalavriat, magistratura, doktorantura Tədris dili: rumın dili İxtisaslar: memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq. Qeyd: tibb və əczaçılıq ixtisasları nəzərdə tutulmamışdır. Maliyyələşmə:  təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd (bakalavriat - 65 avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro).   Ətraflı məlumat və tələblər: https://www.mae.ro/en/node/10251   Sənədlərin təqdim edilməsi üçün son tarix: 22.02.2019 Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 22.02.2019-cu il tarixi, 16:00-17:00-da Təhsil Nazirliyinin vətəndaşların qəbulu otağında Günəş Övsətovaya təqdim etməlidir.   Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirlikləri tərəfindən həyata keçirilir. Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə Rumıniyanın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamaq tövsiyə edilir.

Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, aparatında və tabeliyində fəaliyyət göstərən müəssisələrdə mövcud olan elektrotexniki avadanlıqlara texniki xidmətlərin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 5 fevral 2019-cu il saat 17:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, ümumi təhsil müəssisələrinin birinci sinifinə və məktəbəhazırlıq qrupuna qəbulun elektron sistem vasitəsi ilə həyata keçirilməsi ilə əlaqədar müraciət  edən  vətəndaşlara  məlumatların  operativ və avtomatlaşdırılmış formada çatdırılması üçün SMS vasitəsi ilə məlumatlandırma xidmətinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 6 fevral 2019-cu il saat 17:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Çin Xalq Respublikasında Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil

İslam İnkişaf Bankı 2019-2020-ci tədris ili üçün təqaüd proqramları elan edir

İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün müxtəlif səviyyələr üzrə təlim, təhsil və tədqiqat təqaüd proqramları elan edir.   Təhsil səviyyəsi: peşə təhsili, bakalavriat, magistratura, doktorantura, doktorantura sonrası tədqiqat Tədris dili: ingilis dili Maliyyələşmə: təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti. Son müraciət tarixi: 28.02.2019-cu il   Təqaüd proqramının əhatə etdiyi universitetlər, ixtisaslar və digər şərtlərlə bağlı aşağıdakı keçiddən tanış olmaq olar: https://bit.ly/2U410U7   Müraciətlər yalnız elektron qaydada təqdim edilməlidir: https://isdbscholarships.smartsimple.com/s_Login.jsp   Təqaüd proqramı ilə bağlı hər hansı sual yarandığı təqdirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə əlaqələndirici şəxslə əlaqə saxlanılması tövsiyə edilir: Elvin Qarayev (tel: 3102800 /daxili-2055)

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üçün təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir.   Təhsil səviyyəsi: Magistratura Tədris dili: İngilis dili İxtisaslar:            Bitkilərin mühafizəsi; Kənd təsərrüfatının inkişafı və aqrobiznes; Kənd təsərrüfatı üzrə biotexnologiya. Universitetlər: University of Pannonia, Szent István University Maliyyələşmə: Təhsil haqqı, yataqxana və  yaşayış xərci, tibbi sığorta Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz. Son müraciət tarixi: 28.02.2019 Qeyd: Yalnız 30 yaşadək namizədlər müraciət edə bilər.   Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.

26/11/2024

Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilir.

Ətraflı
26/11/2024

Noyabrın 25-də Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21735-1

Ətraflı
26/11/2024

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır!

Ətraflı