Rumıniyanın Xarici İşlər Nazirliyinin 2019/2020-ci tədris ili üçün təqaüd proqramı
Rumıniya Xarici İşlər Nazirliyi 2019/2020-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edir.
Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura
Tədris dili: rumın dili
İxtisaslar: memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq.
Qeyd: tibb və əczaçılıq ixtisasları nəzərdə tutulmamışdır.
Maliyyələşmə: təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd (bakalavriat - 65 avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro).
Ətraflı məlumat və tələblər: https://www.mae.ro/en/node/10251
Sənədlərin təqdim edilməsi üçün son tarix: 22.02.2019
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 22.02.2019-cu il tarixi, 16:00-17:00-da Təhsil Nazirliyinin vətəndaşların qəbulu otağında Günəş Övsətovaya təqdim etməlidir.
Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirlikləri tərəfindən həyata keçirilir.
Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə Rumıniyanın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamaq tövsiyə edilir.
5 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00