Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tenderə (və ya satınalma müsabiqəsinə) dəvət

Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur

Tenderə (və ya satınalma müsabiqəsinə) dəvət

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şurada üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası

1. Namizədlər   Namizədlərə dair tələblər   - İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər; - hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər; - İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.   Namizədlərin qeydiyyatı   Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:   1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə); 2. namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti; 3. namizədin tərcümeyi-halı; 4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; 5. namizədin təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) notariat qaydasında təsdiq edilmiş surəti. Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.   2. Seçicilər   Seçicilərə dair tələblər   - İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər; - İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər; - Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.   Seçicilərin qeydiyyatı   Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:   1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət; 2. seçicinin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti; 3. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; 4. vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti.   3. Sənədlərin qəbulu və baxılması   Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə yaradılmış Seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər elektron və ya kağız formada təqdim edilə bilər. Elektron formada sənədlər shura@edu.gov.az elektron poçt ünvanına göndərilməlidir. Kağız formada sənədlərin qəbulu Bakı şəhəri, Xətai prospekti, 49 ünvanda yerləşən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində iş vaxtı saatlarında (bazar ertəsi – cümə, saat: 9:00-dan 18:00-dək) aparılır. Qeydiyyat üçün sənədlər 22 iyul 2019-cu il tarixindən etibarən qəbul edilir. Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 23 avqust 2019-cu il tarixində başa çatacaq.

Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elan edir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elan edir     Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanı verir: • Torna və frezer dəzgahların operatoru; • Avtomobil diaqnostikası və təmiri ustası; • Sənayedə quraşdırma işləri üzrə usta; • Elektronika ustası; • Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru; • İnşaat ustası; • Veb dizayner və proqram təminatçısı; • Avtomatika üzrə usta. Müsabiqədə iştirak etmək istəyən şəxslər 8-25 iyul tarixlərində Peşə Təhsil Mərkəzinin saytı  vasitəsilə (http://bsiic.edu.az/) qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra tələblərə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti müsahibə mərhələsinə dəvət ediləcəklər. Əlaqə telefonu: (+99412) 562 83 31 İş vaxtı: Həftənin bazar ertəsi - cümə günləri (09:00-18:00)

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyində 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına dair 25 aprel 2019-cu il tarixində keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən, ümumi təhsil proqramı üzrə (kurikulumu) 71 adda 641221 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair “Çaşıoğlu Elm-İstehsalat” MMC tenderin qalibi olub və 20 iyun 2019-cu il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.

Açıq tenderin nəticələrinə dair bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyində 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına dair 25 aprel 2019-cu il tarixində keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən, 95 adda 2235633 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair “Aspoliqraf LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, 16 adda 424371 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair “Radius” MMC, 136 adda 2367640 nüsxə dərslik, metodik vəsaitlərin və 21 adda 317050 nüsxə dövlət nümunəli təhsil sənədləri blanklarının çapı işlərinin satın alınmasına dair “Şərq-Qərb” ASC, 3 adda 168148 nüsxə dərslik və metodik vəsaitlərin, 40 adda 400000 nüsxə iş dəftərlərinin çapı işlərinin satın alınmasına dair “Çaşıoğlu Elm-İstehsalat”  MMC tenderin qalibi olub və 20 iyun 2019-cu il tarixində həmin müəssisələr ilə satınalma müqavilələri bağlanılılıb.

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyinin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Kristal LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 19 iyun 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyinin aparatı üçün təsərrüfat ləvazimatlarının, mal və materialların kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən,  “Dostluq Kolsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 20 iyun 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində mövcud olan qazanxanaların istilik qazanlarının tüstü borularının təmizlənməsi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən Azərbaycan Respublikası “Yanğın” Texniki İstehsalat Mərkəzi qalib elan edilib və həmin təşkilatla 31 may 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.

25/07/2026

✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
24/07/2026

İyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
24/07/2026

İyulun 24-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qida emalı və qida məhsullarının qurudulması üzrə müasir tədris-istehsalat emalatxanasının açılışı olub. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli peşə təhsilinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Aparat rəhbəri vurğulayıb ki, bu cür layihələr peşə təhsilinin keyfiyyətinin artırılmasına, əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığına və ölkənin sosial-iqtisadi inkişafına töhfə verir. Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan 642 kvadratmetrlik müasir tədris-istehsalat sahəsində tələbələr qida məhsullarının emalı, qurudulması və saxlanılması proseslərini müasir avadanlıqlarla öyrənəcək, eyni zamanda nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirəcəklər. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23248-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #PeşəTəhsili

Ətraflı