Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şurada üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası
1. Namizədlər
Namizədlərə dair tələblər
- İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;
- hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər;
- İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.
Namizədlərin qeydiyyatı
Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
2. namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
3. namizədin tərcümeyi-halı;
4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
5. namizədin təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) notariat qaydasında təsdiq edilmiş surəti.
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.
2. Seçicilər
Seçicilərə dair tələblər
- İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;
- İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;
- Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.
Seçicilərin qeydiyyatı
Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət;
2. seçicinin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
3. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
4. vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti.
3. Sənədlərin qəbulu və baxılması
Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə yaradılmış Seçki komissiyası tərəfindən baxılır.
Qeydiyyat üçün sənədlər elektron və ya kağız formada təqdim edilə bilər.
Elektron formada sənədlər shura@edu.gov.az elektron poçt ünvanına göndərilməlidir.
Kağız formada sənədlərin qəbulu Bakı şəhəri, Xətai prospekti, 49 ünvanda yerləşən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində iş vaxtı saatlarında (bazar ertəsi – cümə, saat: 9:00-dan 18:00-dək) aparılır.
Qeydiyyat üçün sənədlər 22 iyul 2019-cu il tarixindən etibarən qəbul edilir. Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 23 avqust 2019-cu il tarixində başa çatacaq.
5 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00