Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyində 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına dair 25 aprel 2019-cu il tarixdə keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən, 17 adda 447200 nüsxə məktəb sənədinin çapı işlərinin satın alınmasına dair “Çaşıoğlu Elm-İstehsalat” MMC tenderin qalibi olub. İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 27 may 2019-cu il tarixli ASİMDX-15/01-5/5798P və 19 iyul 2019-cu il tarixli ASİMDX-15/01-5/1599S nömrəli məktublarına əsasən, 30 iyul 2019-cu il tarixdə həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
31/07/2019 16:33
Tenderə (və ya satınalma müsabiqəsinə) dəvət
26/07/2019 11:45
Tenderə (və ya satınalma müsabiqəsinə) dəvət
22/07/2019 13:54
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şurada üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası
1. Namizədlər Namizədlərə dair tələblər - İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər; - hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər; - İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz. Namizədlərin qeydiyyatı Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə); 2. namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti; 3. namizədin tərcümeyi-halı; 4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; 5. namizədin təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) notariat qaydasında təsdiq edilmiş surəti. Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər. 2. Seçicilər Seçicilərə dair tələblər - İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər; - İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər; - Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər. Seçicilərin qeydiyyatı Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət; 2. seçicinin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti; 3. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; 4. vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti. 3. Sənədlərin qəbulu və baxılması Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə yaradılmış Seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər elektron və ya kağız formada təqdim edilə bilər. Elektron formada sənədlər shura@edu.gov.az elektron poçt ünvanına göndərilməlidir. Kağız formada sənədlərin qəbulu Bakı şəhəri, Xətai prospekti, 49 ünvanda yerləşən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində iş vaxtı saatlarında (bazar ertəsi – cümə, saat: 9:00-dan 18:00-dək) aparılır. Qeydiyyat üçün sənədlər 22 iyul 2019-cu il tarixindən etibarən qəbul edilir. Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 23 avqust 2019-cu il tarixində başa çatacaq.
22/07/2019 10:57
Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elan edir
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elan edir Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanı verir: • Torna və frezer dəzgahların operatoru; • Avtomobil diaqnostikası və təmiri ustası; • Sənayedə quraşdırma işləri üzrə usta; • Elektronika ustası; • Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru; • İnşaat ustası; • Veb dizayner və proqram təminatçısı; • Avtomatika üzrə usta. Müsabiqədə iştirak etmək istəyən şəxslər 8-25 iyul tarixlərində Peşə Təhsil Mərkəzinin saytı vasitəsilə (http://bsiic.edu.az/) qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra tələblərə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti müsahibə mərhələsinə dəvət ediləcəklər. Əlaqə telefonu: (+99412) 562 83 31 İş vaxtı: Həftənin bazar ertəsi - cümə günləri (09:00-18:00)
09/07/2019 12:27
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyində 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına dair 25 aprel 2019-cu il tarixində keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən, ümumi təhsil proqramı üzrə (kurikulumu) 71 adda 641221 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair “Çaşıoğlu Elm-İstehsalat” MMC tenderin qalibi olub və 20 iyun 2019-cu il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
24/06/2019 15:56
Açıq tenderin nəticələrinə dair bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyində 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına dair 25 aprel 2019-cu il tarixində keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən, 95 adda 2235633 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair “Aspoliqraf LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, 16 adda 424371 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair “Radius” MMC, 136 adda 2367640 nüsxə dərslik, metodik vəsaitlərin və 21 adda 317050 nüsxə dövlət nümunəli təhsil sənədləri blanklarının çapı işlərinin satın alınmasına dair “Şərq-Qərb” ASC, 3 adda 168148 nüsxə dərslik və metodik vəsaitlərin, 40 adda 400000 nüsxə iş dəftərlərinin çapı işlərinin satın alınmasına dair “Çaşıoğlu Elm-İstehsalat” MMC tenderin qalibi olub və 20 iyun 2019-cu il tarixində həmin müəssisələr ilə satınalma müqavilələri bağlanılılıb.
20/06/2019 12:25
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyinin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Kristal LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 19 iyun 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
20/06/2019 12:17
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyinin aparatı üçün təsərrüfat ləvazimatlarının, mal və materialların kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Dostluq Kolsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 20 iyun 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
20/06/2019 12:15
Filter
Xəbərlər
-
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbula start verilir
26.11.2024 - 16:41 -
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş
26.11.2024 - 14:00 -
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
26.11.2024 - 12:30 -
Məktəbəqədər təhsil müəssisələrində müdir çalışmaq istəyənlərin nəzərinə!
25.11.2024 - 14:44 -
Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılıb
25.11.2024 - 11:00
Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilir.
ƏtraflıNoyabrın 25-də Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21735-1
ƏtraflıRespublika Fənn Olimpiadalarına qeydiyyat başlayır!
Ətraflı