Daxili müsahibə elanı
Azərbaycan Respublikası Təhsil Nazirliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə elan edir: - Hesabatvermə və icraya nəzarət sektoru, sektor müdiri - İnsan resursları şöbəsi, Kadrlar sektoru, baş məsləhətçi - İnformasiya şöbəsi, Dəftərxana sektoru, baş məsləhətçi Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - ərizə; - əmək kitabçasının surəti; - ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə) - kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir); - bir ədəd ağ rəngli fotoşəkil (4x6); - son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 18 aprel 2019-cu il tarixdən 02 may 2019-cu il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.Müsahibəyə dair ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edilə bilər.
29/04/2019 17:05
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumi təhsil müəssisələrinə istilik enerjisinin (quru odun yanacağı) satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, "Master-Ofis" MMC qalib elan edilib və həmin təşkilat ilə 19 aprel 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
23/04/2019 13:52
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumi təhsil müəssisələrinə dizenfeksiya, dizenseksiya, deratizasiya işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “San-Prof” MMC qalib elan edilib və həmin təşkilatla 18 aprel 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
23/04/2019 13:49
Açıq tenderə dəvət
22/04/2019 17:38
Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin alınması, eləcə də təmir işlərinin və müxtəlif xidmətlərin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 15 aprel 2019-cu il saat 17.00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
12/04/2019 11:34
Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir
Ölkə: Slovakiya Respublikası Kvota sayı: 1 Təhsil səviyyəsi: bakalavriat və ya magistratura İxtisaslar: təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları Qarşılanan xərclər və aylıq təqaüd məbləği: https://bit.ly/2VE1yS6 Dil bilikləri: ingilis və ya slovak Son müraciət tarixi: 30.05.2019 - Təqaüd proqramı haqqında ətraflı məlumat, tələb olunan sənədlər və digər xərclərlə bağlı aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://www.vladnestipendia.sk/en/ - Təqaüd proqramına müraciət etmək üçün müvafiq keçid: https://www.vladnestipendia.sk/en/application Təqaüd proqramı ilə bağlı sualları Slovakiya Respublikasının müvafiq proqram üzrə əməkdaşı xanım Miriama Butorovaya ünvanlaya bilərsiniz: Əlaqə vasitələri: helpdesk@studyabroad.sk +421 907 551 404
11/04/2019 11:22
Açıq tender elanı
08/04/2019 17:15
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində içməli su üçün nəzərdə tutulan ehtiyat su təchizatı mənbələrinin (çənlərin, anbarların) dezinfeksiyası işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “SAN PROF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 19 mart 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
21/03/2019 23:02
Qazaxıstan HTP 2019/20-ci tədris ili üçün təqaüd proqramı
18/03/2019 11:35
Satınalma müqaviləsinin bağlanması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suların və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsi ilə daşınması xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Stone Construction” Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 11 mart 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
14/03/2019 15:25
Filter
Xəbərlər
-
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbula start verilir
26.11.2024 - 16:41 -
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş
26.11.2024 - 14:00 -
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
26.11.2024 - 12:30 -
Məktəbəqədər təhsil müəssisələrində müdir çalışmaq istəyənlərin nəzərinə!
25.11.2024 - 14:44 -
Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılıb
25.11.2024 - 11:00
Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilir.
ƏtraflıNoyabrın 25-də Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21735-1
ƏtraflıRespublika Fənn Olimpiadalarına qeydiyyat başlayır!
Ətraflı