Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı
20/08/2026

?14–16 avqust 2026-cı il tarixlərində ABŞ-nin Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival – #SVIIF” beynəlxalq innovasiya müsabiqəsində Azərbaycan nümayəndə heyəti yüksək nəticə əldə edib. ? Dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq ixtiraçının qatıldığı festivalda Azərbaycanı təmsil edən 8 layihənin hər biri mükafata layiq görülüb. ?Komanda festivalı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub, eyni zamanda festivalın xüsusi mükafatlarından biri olan “Semi-Grand Prix” mükafatını qazanıb. ✨Nümayəndə heyətinin tərkibində #AzTU SABAH məzunu, hazırda isə AzTU-da təhsilini davam etdirən Səfərəli Səfərli və AzTU tələbəsi Anar Məmmədov, SABAH əməkdaşı və ADNSU üzrə mentor Arzu İbrahimova, #ADNSU SABAH tələbələri Cahid Cabizadə və Cavid Cəlilov, #SABAH əməkdaşı və BMU üzrə mentor Sevinc Əliyeva, BMU tələbəsi Ləman Səfərli, Milli Aviasiya Akademiyasının tələbəsi Mələk Bağırova və ADA Universitetinin tələbəsi Toğrul Quluzadə yer alıblar. ? Qeyd edək ki, festivalda təqdim olunan layihələrdə süni intellekt, rəqəmsal texnologiyalar, məlumatların emalı və innovativ mühəndislik həlləri əsas istiqamətlər sırasında olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
19/08/2026

? Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi başlanılır. ❗Qeydiyyat prosesi portal.edu.az platforması üzərindən 27 avqust - 3 sentyabr tarixləri aralığında həyata keçiriləcək. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #PTDA #PeşəTəhsili

Ətraflı
19/08/2026

? 12-15 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Ətraflı