Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ağstafanın təhsil müəssisələri qışa hazırdır

Ağstafa Rayon Təhsil Şöbəsindən AzərTAc-a bildirmişlər ki, rayonda fəaliyyət göstərən təhsil ocaqlarının qış mövsümündə normal istiliklə təminatında heç bir problem olmayacaqdır. Artıq 1, 2, 3 nömrəli şəhər, lisey və Qacaq Kərəm kənd orta məktəblərində istilik sistemləri yenidən qurularaq istifadəyə verilmişdir. Digər təhsil ocaqlarına yerli şəraitdən asılı olaraq oduncaq və duru yanacaq verilmişdir.

Sentyabrın 2-də “Hyatt Recency” otelində "XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə" mövzusunda "Dəyirmi masa" keçirilib

   Sentyabrın 2-də “Hyatt Recency” otelində "XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə" mövzusunda "Dəyirmi masa" keçirilib.    Tədbidə təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, “Dəyirmi masa”nın keçirilməsində əsas məqsədi yeni dərs ili ərəfəsində son illərdə təhsil sahəsində əldə edilmiş uğurları qeyd etmək, mövcud problemləri və onların həlli yollarını müzakirə edib müəyyənləşdirməkdir. Nazir yüksək intellektə malik insan kapitalının formalaşması və davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolunun əvəzsiz olduğunu bildirib.     Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilimizə, bu sahədə çalışanlara göstərdiyi diqqət və qayğısından danışıb. Nazir bildirib ki, büdcədən təhsilə ayrılan vəsait 2008-ci ildə 1,1 milyard manat olub, investisiya xərcləri isə 220 milyon manata çatıb. Təhsillə bağlı 14 inkişafyönümlü Dövlət Proqramının təsdiq edildiyini diqqətə çatdıran nazir 2007-2008-ci tədris ilində ilk dəfə olaraq dövlət səviyyəsində "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrinin keçirildiyini söyləyib. Bu il ali məktəblərə qəbul imtahanlarında məzunların nəticələrinin ötən ilə nisbətən xeyli yüksəldiyini qeyd edən nazir 600-dən çox bal toplayanların sayının 2004-cü illə müqayisədə 2 dəfədən çox artdığını, 6 nəfərin isə 700 bal topladığını, son illərdə dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında Azərbaycan məktəblilərinin 13 qızıl, 18 gümüş, 50 bürünc medal qazandığını bildirib.     Təhsilimizin beynəlxalq əlaqələrindən bəhs edən Misir Mərdanov diqqətə çatdırıb ki, bu gün Azərbaycan dünyanın 50-dən çox ölkəsi ilə əməkdaşlıq edir, 3 mindən çox azərbaycanlı gənc ayrı-ayrı ölkələrin ali təhsil müəssisələrində təhsil alır.      Misir Mərdanov bu il məktəblərə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllimlər üçün dərs vəsaiti verildiyini, pedaqoji kadr təminatı üzrə Dövlət Proqramına müvafiq olaraq ciddi ehtiyacı olan ucqar kənd məktəblərinə göndərilən müəllimlərin sayının 4788 nəfərə çatdığını bildirib.       "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq 100 nəfərdən çox azərbaycanlı gənc ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərində təhsil almağa göndərildiyini qeyd edən nazir ölkəmizdə ali və orta ixtisas, texniki peşə təhsilinin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsinə tətbiqi üzrə həyata keçirilən proqramların əhəmiyyətini vurğulayıb.       Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Yazıçılar Birliyinin sədri  xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, tanınmış elm və mədəniyyət xadimləri, ali məktəb rektorları, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak edib, mövzu ilə bağlı fikir və mülahizələrini açıqlayıb, yeni dərs ilində təhsil işçilərinə nailiyyətlər arzulayıblar.

İmişlidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 yerlik yeni məktəb binasinin tikintisi başa çatir

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəblər" proqramının növbəti mərhələsi çərçivəsində İmişli şəhərində 300 yerlik yeni məktəb binası tikilir. Təhsil ocağında 15 sinif otağı, idman zalı, kitabxana, kompyuter kabineti, istilik sistemi və nasosxana olacaqdır. Sentyabrın 15-dək istifadəyə veriləcək məktəbdə müasir tələblərə cavab verən maddi-texniki baza yaradılacaqdır. AzərTAc

Bəylər kəndində 200 yerlik yeni məktəb binası istifadəyə hazırlanır

AzərTAc xəbər verir ki, Saatlı rayonunun Bəylər kəndində dövlət vəsaiti ilə inşa olunmuş 200 yerlik müasir tipli yeni məktəb binası istifadəyə hazırlanır. 10 sinif otağı, kitabxanası, kompyuter kabineti, nasosxanası və istilik sistemi olacaq bu təhsil ocağı sentyabrın 15-də öz qapılarını şagirdlərin üzünə açacaqdır. AzərTAc  

Çöl Ağammədli kəndində yeni məktəb binası istifadəyə veriləcəkdir

Artıq bu obyektdə layihədə nəzərdə tutulan işlərin 90 faizi yerinə yetirilmişdir. 9 sinif otağı və kompyuter kabinetindən ibarət olacaq təhsil ocağı təzə avadanlıqla təmin ediləcəkdir. Məktəbin əvvəlki binası şagirdlərin sayının xeyli artması ilə əlaqədar təhsilin müasir inkişaf tələblərinə cavab vermirdi. AzərTAc  

Arazbarı kəndində yeni məktəb binasının tikintisi başa çatır

Dövlət vəsaiti hesabına ucaldılan bina 10 sinif otağı, kitabxana və kompyuter kabinetindən ibarətdir. Təhsil ocağının nasosxana və istilikxanası da olacaqdır. Yeni məktəb üçün kifayət qədər müasir avadanlıq alınmışdır. Məktəb binasının sentyabrın 15-dək təntənəli mərasimlə şagirdlərin ixtiyarına verilməsi planlaşdırılır. AzərTAc

Müsabiqədən keçən tələbələr dövlət proqramı çərçivəsində Türkiyənin 10 universitetində təhsil almaq imkanı əldə edəcəklər

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində müvafiq müsabiqədən keçən azərbaycanlı tələbələr dünyanın ayrı-ayrı ölkələrinin nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən Türkiyənin 10 universitetində təhsil almaq imkanı əldə edəcəklər. Qeyd edilən proqram çərçivəsində artıq 80-dən çox azərbaycanlı gənc xarici ölkələrin ali məktəblərində respublikamız üçün vacib olan ixtisaslar üzrə təhsil alır. AzərTAc

Ölkə Prezidenti cənab İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” imzaladığı Sərəncama əsasən 8 il ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulub.

Hazırda bu proqram çərçivəsində ABŞ-da 7, Avstraliyada 2, Almaniyada 5, Böyük Britaniyada 8, İsveçdə 2, İsveçrədə 1, İspaniyada 1, Yaponiyada 1, Yeni Zellandiyada 1, Cənubi Koreyada 5, Niderlandda- 4, Rusiyada 20, Türkiyədə -10, Fransada 13, Çexiyada 1, ümumilikdə isə 81 azərbaycanlı tələbə tibb, iqtisadiyyat, sənaye, İKT, elm, hüquq və incəsənət istiqamətləri üzrə təhsil alır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq Fransa Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq Fransa Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edir.  Bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsində təhsil alan və 1 sentyabr 2008-ci il tarixinədək 18 yaşı tamam olmuş bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan tələbələr, həmçinin prioritet ixtisaslar üzrə müvafiq qaydada təsdiq olunmuş xarici ali təhsil müəssisələrinə özləri daxil olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər. Magistratura pilləsində təhsil almaq üçün müsabiqədə 2007/2008 və 2008/2009-cu tədris illəri üçün Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə qəbul üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70 bal, digər sahələr üzrə ən azı 80 bal toplayanlar, həmçinin prioritet ixtisaslar üzrə müvafiq qaydada təsdiq olunmuş xarici ali təhsil müəssisələrinə özləri daxil olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.    Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. ərizə-əsaslandırma; 2. doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyində əldə edilir); 3. tövsiyə məktubu (iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən doldurulur); 4. ali məktəbə qəbul vaxtı TQDK tərəfindən topladığı bal haqqında arayış (xarici ali məktəblərə özləri qəbul olunanlara aid deyildir); 5. ali məktəb tərəfindən verilən qiymət kitabçasından çıxarışın notariat qaydada təsdiq edilmiş surəti; 6. Ali məktəbin müvafiq təhsil pilləsində birbaşa (dil hazırlığı keçmədən) təhsil alacaq namizədlər üçün Fransiz dilini bilmək haqqında TCF imtahanının nəticələri (ixtisaslara uyğun müvafiq olaraq 350 və 400 baldan yuxarı). Namizədlərin müəyyən olunması üçün seçim prosesində üstünlük Fransız dilini bilənlərə veriləcəkdir; 7. tərcümeyi-hal (CV); 8. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil.   Sənədlər hər gün saat 10.00-dan 18.00-dək Təhsil Nazirliyində qəbul edilir. Sənədlərin təqdim edilməsi üçün son müddət 30 iyul 2008-ci il. Əlaqə telefonları: 496-33-11; 496-34-00 (daxili 164; 260).

Fevralın 29-da Təhsil Nazirliyində mətbuat konfransı keçirilib.

Fevralın 29-da Təhsil Nazirliyində mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə nazirliyin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə açaraq tədbirin bu günlərdə orta ümumtəhsil məktəblərinin buraxılış siniflərində keçirilən yoxlama test imtahanının nəticələrinə həsr olunduğunu qeyd edib. B.Hüseynzadə bu barədə ətraflı məlumat vermək üçün sözü nazirliyin Qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevaya verib. T.Hacıyeva fevralın 24-də Bakının bütün rayonları, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı şəhərləri, Ucar, İsmayıllı, İmişli, Abşeronun ümumtəhsil, məcburi köçkün məktəbləri və peşə liseylərində orta təhsil kursu üzrə növbəti yoxlama test imtahanı keçirildiyini qeyd edib. İmtahanda şagirdlərin 8 əsas fəndən 125 suala 7 variant üzrə cavab verdiyini diqqətə çatdıran T.Hacıyeva bildirib ki, yoxlama imtahanlarına 51 727 şagird cəlb edilsə də, onlardan 50 128-i iştirak edib. Şöbə müdiri onu da vurğulayıb ki, Bakının 11, ölkəmizin isə 8 bölgəsini əhatə edən bu imtahan paytaxtda 53, Sumqayıtda 10, Gəncədə 5, Mingəçevirdə 4, Abşeronda 2, Əli Bayramlıda 2, Ucarda 4, İmişlidə 5, İsmayıllıda 4, ümumilikdə isə 89 mərkəzdə keçirilib. Hər mərkəzdə 500-1000 şagird imtahan verib, yalnız 2 mərkəzdə 1100-1150 şagird yerləşdirilib. Mərkəzlərdə müəyyənləşdirilmiş hər otaqda isə şagirdlərin sayı 30-dan keçməyib. T.Hacıyeva tədbirdə şagirdlərin müvəffəqiyyət göstəricisinin 61% olduğunu da açıqlayıb. Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı