Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Sentyabrın 2-də “Hyatt Recency” otelində "XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə" mövzusunda "Dəyirmi masa" keçirilib
Sentyabrın 2-də “Hyatt Recency” otelində "XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə" mövzusunda "Dəyirmi masa" keçirilib.
Tədbidə təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, “Dəyirmi masa”nın keçirilməsində əsas məqsədi yeni dərs ili ərəfəsində son illərdə təhsil sahəsində əldə edilmiş uğurları qeyd etmək, mövcud problemləri və onların həlli yollarını müzakirə edib müəyyənləşdirməkdir. Nazir yüksək intellektə malik insan kapitalının formalaşması və davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolunun əvəzsiz olduğunu bildirib.
Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilimizə, bu sahədə çalışanlara göstərdiyi diqqət və qayğısından danışıb. Nazir bildirib ki, büdcədən təhsilə ayrılan vəsait 2008-ci ildə 1,1 milyard manat olub, investisiya xərcləri isə 220 milyon manata çatıb. Təhsillə bağlı 14 inkişafyönümlü Dövlət Proqramının təsdiq edildiyini diqqətə çatdıran nazir 2007-2008-ci tədris ilində ilk dəfə olaraq dövlət səviyyəsində "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrinin keçirildiyini söyləyib. Bu il ali məktəblərə qəbul imtahanlarında məzunların nəticələrinin ötən ilə nisbətən xeyli yüksəldiyini qeyd edən nazir 600-dən çox bal toplayanların sayının 2004-cü illə müqayisədə 2 dəfədən çox artdığını, 6 nəfərin isə 700 bal topladığını, son illərdə dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında Azərbaycan məktəblilərinin 13 qızıl, 18 gümüş, 50 bürünc medal qazandığını bildirib.
Təhsilimizin beynəlxalq əlaqələrindən bəhs edən Misir Mərdanov diqqətə çatdırıb ki, bu gün Azərbaycan dünyanın 50-dən çox ölkəsi ilə əməkdaşlıq edir, 3 mindən çox azərbaycanlı gənc ayrı-ayrı ölkələrin ali təhsil müəssisələrində təhsil alır.
Misir Mərdanov bu il məktəblərə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllimlər üçün dərs vəsaiti verildiyini, pedaqoji kadr təminatı üzrə Dövlət Proqramına müvafiq olaraq ciddi ehtiyacı olan ucqar kənd məktəblərinə göndərilən müəllimlərin sayının 4788 nəfərə çatdığını bildirib.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq 100 nəfərdən çox azərbaycanlı gənc ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərində təhsil almağa göndərildiyini qeyd edən nazir ölkəmizdə ali və orta ixtisas, texniki peşə təhsilinin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsinə tətbiqi üzrə həyata keçirilən proqramların əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, tanınmış elm və mədəniyyət xadimləri, ali məktəb rektorları, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak edib, mövzu ilə bağlı fikir və mülahizələrini açıqlayıb, yeni dərs ilində təhsil işçilərinə nailiyyətlər arzulayıblar.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
