Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 30-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Roma  şəhərində  İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri Stefania Gianini ilə görüşüb.

Görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluq ifadə olunub, hər iki ölkə rəhbərliyinin bu əlaqələrin genişlənməsinə və xalqlarımız arasında dostluğun gücləndirilməsinə göstərdiyi diqqət xüsusilə qeyd edilib. Azərbaycan-İtaliya Universitetlərarası Forumunun müvəffəqiyyətlə keçirilməsi və forumun nəticələrinə əsasən, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin, nazirlər Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi perspektivləri və Azərbaycanda italyan dilinin tədrisinə dəstək kimi məsələləri müzakirə ediblər. Qeyd edək ki, “Milan Expo 2015” Ümumdünya Sərgisi çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunmuş Azərbaycan-İtaliya Universitetlərarası Forumunda iştirak etmək üçün təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti İtaliyada səfərdə olub.

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri akrobatika gimnastikası üzrə 8-ci Avropa çempionatında uğurla çıxış ediblər.

Almaniyanın Rieza şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə 8-ci Avropa çempionatına 27 ölkədən 200-dən artıq idmançı qatılıb. Yarışda ölkəmizi Gimnastika Məktəbinin yetirmələri, milli yığma komandanın üzvləri Ağasif Rəhimov, Seymur Cəfərov, Murad Əkbərov və Nurcan Cabbarlı təmsil ediblər. 12-18 yaş qrupu üzrə gərgin keçən mübarizədə kişi cütlüyündə Seymur Cəfərov və Murad Əkbərov 2-ci yerə yüksələrək gümüş medala, qarışıq cütlükdə Ağasif Rəhimov və Nurcan Cabbarlı 3-cü nəticə göstərərək bürünc medala layiq görülüblər.

Sentyabrın 30-da Bakı şəhərindəki 47 nömrəli tam orta məktəbdə yaradılmış “Sağlam təhsil” sinfi ilə tanışlıq məqsədilə mediatur keçirilib.

Tədbirdə müxtəlif KİV-ləri təmsil edən 20-dək mətbuat nümayəndəsi iştirak edib.  Mediatur zamanı media nümayəndələrinə “Sağlam təhsil” sinifləri barədə geniş məlumat verilib. Bildirilib ki, 2015-2016-cı tədris ilində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmin siniflərdən 15-i ötən tədris ilində yaradılıb. Qeyd edək ki, “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. Bu siniflərdə dərs deyən müəllimlərin maarifləndirməsi işini daha səmərəli təşkil etmək məqsədilə “Sinif gigiyenası” adlı metodik vəsait hazırlanıb və  həmin vəsait müəllimlərə çatdırılıb. Ötən tədris ilindən fəaliyyət göstərən 15 “Sağlam təhsil” sinfində keçirilmiş tibbi monitorinq bu siniflərdə tətbiq edilən texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib.  “Sağlam təhsil-sağlam millət” layihəsinin əsas məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.  

Sentyabrın 29-da Milan şəhərində Azərbaycan-İtaliya Universitetlərarası Forum keçirilib.

  Səfərin məqsədi Azərbaycan-İtaliya Universitetlərarası Forumunda təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməkdir. M.Cabbarov Forumdan əvvəl “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda İtaliyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Söhbət zamanı bu ölkədə tələbələrimizin təhsili və yaşayışı ilə bağlı aktual məsələlər müzakirə olunub. Təhsil naziri tələbələrimizin oxuduqları xarici ali məktəblərdə Azərbaycanı layiqincə təmsil etmələrinin, ölkəmizlə bağlı həqiqətlərin italiyalılara çatdırılmasında fəal olmalarının vacibliyini vurğulayıb. Daha sonra ölkəmizin Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan-İtaliya Universitetlərarası Forum işə başlayıb. Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, hər iki ölkənin təhsil nazirliklərinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Forumun məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri arasında mövcud əlaqələri genişləndirmək, yeni əlaqələr qurmaq, aktual mövzuları müzakirə etmək, təcrübə mübadiləsi və birgə proqramlar həyata keçirmək imkanlarını dəyərləndirmək olub. Tədbiri açan təhsil naziri M.Cabbarov Forumun təşkilində göstərdiyi dəstəyə görə İtaliyanın Təhsil, Universitetlər və Tədqiqatlar Nazirliyinə minnətdarlığını bildirib. Azərbaycanın hələ qədim dövrlərdən bilik və yaradıcılıq mərkəzlərindən olduğunu diqqətə çatdıran nazir ölkəmizin dünyanın təhsil, ədəbiyyat, incəsənət aləminə verdiyi mühüm töhfələrdən danışıb. M.Cabbarov Azərbaycanda davamlı sosial-iqtisadi inkişafın, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin prioritet olduğunu bildirib. Vurğulayıb ki, bu istiqamətlər Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Azərbaycanın müstəqilliyinin bərpasından sonra əsas inkişaf mərhələlərindən danışan nazir dövlət quruculuğu, ictimai-siyasi sabitlik, yoxsulluğun azaldılması və digər istiqamətlərdə yüksək nəticələrin əldə olunduğunu qeyd edib. Nazir ölkəmizdə insan kapitalının zənginləşdirilməsi istiqamətində təhsil sisteminin önəmindən danışıb. Vurğulayıb ki, bu sahənin inkişafında önəmli addımlardan biri 2013-cü ilin oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”dır. Təhsilin bütün pillələrində genişmiqyaslı, eyni zamanda, düşünülmüş islahatlar həyata keçirilir. Ali təhsil sahəsində önəmli istiqamətlərdən biri Azərbaycanda ali təhsil müəssisələrinin Bolonya prosesi çərçivəsində fəaliyyət göstərməsi, universitetlərdə yeni maliyyələşmə və idarəetmə sisteminin qurulmasıdır. Bu inkişaf istiqamətləri təhsil sahəsində beynəlxalq əlaqələrimizin genişlənməsini zəruri edir. M.Cabbarov bildirib ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair dövlət proqramları çərçivəsində 3 min 500-dən artıq tələbə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Bununla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrinə müxtəlif ölkələrin universitetlərindən, akademiyalarından görkəmli professorların, tədqiqatçıların dəvət olunması da nəzərdə tutulub. Bu, ölkəmizin təhsil sisteminin inkişafını təmin edəcək və rəqabətqabilliyəliliyini artıracaq. Azərbaycan və İtaliyanın ali təhsil müəssisələri arasında müxtəlif istiqamətlərdə geniş əməkdaşlıq əlaqələri qurulub. İtaliyanın bir sıra universitetlərində azərbaycanşünaslıq kafedraları, ölkəmizlə bağlı tədqiqat mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda bir sıra Avropa ali təhsil institutları ilə birgə proqramlar icra olunur. İtaliyanın Təhsil, Universitetlər və Tədqiqatlar Nazirliyinin ali təhsilin beynəlmilləşdirilməsi departamentinin müdiri Federiko Cinquepalmi çıxış edərək ölkələrimiz arasında universitetlərarası əməkdaşlığın genişləndirilməsindən danışıb. Bildirib ki, İtaliya müvafiq istiqamətdə Azərbaycan ilə əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verir. Bu baxımdan, universitetlərimiz arasındakı mövcud münasibətlərə xüsusi diqqət yetirilməlidir. Təhsil nazirliklərimiz birgə layihələr və tədbirlər həyata keçirməklə bir sıra uğurlar əldə edə bilərlər. Bundan sonra da oxşar və qədim mədəniyyətlərə malik ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əməkdaşlığımızın genişləndirilməsi üçün bir sıra tədbirlərin reallaşdırılması vacibdir. Daha sonra “Tələbə mobilliyi və ikitərəfli əməkdaşlıq” mövzusunda birinci panel iclas işə başlayıb. İclasda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Romada fəaliyyət göstərən “Link Campus” Universitetinin prezidenti Vinçenzo Skotti, La Sapienza Universitetinin vitse-rektoru Antonello Biacini tələbə mübadiləsi, ölkələrimizin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi və yeni birgə layihələrin icrası kimi məsələlərə toxunublar. “Universitetlər arasında əməkdaşlığın gücləndirilməsində ikili diplom proqramlarının rolu” mövzusundakı ikinci panel iclasda isə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Roma Tre Universitetinin rektoru Mario Panizza, Brescia Universitetinin prorektoru Maurizio Memo bu cür tədbirlərin hər iki ölkənin təhsil sistemi ilə qarşılıqlı tanış olmaq və təcrübə mübadiləsi aparmaq baxımından önəmini vurğulayıblar. Tədbir müzakirələrlə davam etdirilib. Daha sonra “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonuna baxış olub. Bildirilib ki, “Biomüxtəlifliyin xəzinəsi” adlanan pavilyon vasitəsilə sərginin ziyarətçiləri Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, iqtisadi-mədəni potensialı ilə tanış olmaq imkanı əldə edirlər.   Maqsud Dadaşov AZƏRTAC-ın xüsusi müxbiri Milan

İtaliyanın Milan şəhərində Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan-İtaliya Universitetlərarası Forum işə başlayıb.

Bu ilin may-oktyabr aylarında Milanda “Dünya sərgisi” çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının rəsmi pavilyonu təşkil olunub. Azərbaycan-İtaliya Universitetlərarası Forumunda hər iki ölkənin Təhsil nazirlikləri və ali təhsil müəssisələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir. Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə 28-30 sentyabr 2015-ci il tarixlərində Milanda səfərdə olan Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti tələbə mobilliyi və ikitərəfli əməkdaşlıq, ikili diplom proqramlarının universitetlərarası əməkdaşlığın gücləndirilməsində rolu və digər vacib mövzular ətrafında fikir mübadiləsi aparacaq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcək. Forumun məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri arasında mövcud əlaqələrin genişləndirilməsi, yeni təmasların qurulması, aktual mövzuların müzakirəsi, təcrübə mübadiləsinin və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.

Təhsil Nazirliyinin “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” mövzusunda keçirdiyi respublika müsabiqəsinə yekun vurulub.

Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi keçirilib və eyni zamanda burada ən yaxşı işlərdən ibarət sərgi təşkil olunub. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, internat nəktəbləri, yardaıcılıq mərkəzləri, ilk-peşə  ixtisas təhsili müəssisələrinin nümayəndələri və müsabiqə qalibləri iştirak ediblər. Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, məktəbliləri yaradıcılıq dərnəklərinə daha geniş cəlb etmək, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsini təşkil etməkdən ibarətdir. Artıq 4-cü dəfədir ki, keçirilən müsabiqədə bu il ilk dəfə olaraq respublikada fəaliyyət göstərən internat məktəbləri və ilk-peşə ixtisas təhsili müəssisələrinin şagirdləri də iştirak edib. Müsabiqə dekorativ tətbiqi sənət, dizayn, floristika nominasiyaları olmaqla 20 növ üzrə keçirillib. Müsabiqə rayon (şəhər) və respublika mərhələləri üzrə 2 mərhələdə təşkil olunub. Müsabiqənin ilk mərhələsinə 4 mindən yuxarı iştirakçı qatılıb. Müsabiqənin respublika mərhələsinə isə 1000-ə yaxın əl işi təqdim edilib. Münsiflər heyəti tərəfindən  81 qalib və 24 fəal iştirakçı müəyyən olunub. Müsabiqənin Respublika mərhələsində I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Müsabiqə qaliblərinin və seçilmiş ən yaxşı işlərin fotolarından ibarət kataloq hazırlanır.

Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə elan olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən fənn müəllimlərinin ixtisasartırma  proqramında fəaliyyət göstərmək məqsədilə elan edilmiş müsabiqədə iştirak etmək istəyənlər 15 oktyabr 2015-ci il tarixdən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) assessment@edu.gov.az elektron poçt ünvanına göndərməlidir. Tələblərə uyğun  namizədlər  müsahibəyə dəvət olunacaqdır. Müsahibədən keçən şəxslər təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə cəlb ediləcək. Uğurlu namizədlərə ixtisasartırma proqramları üzrə təlimçi statusu veriləcək.   Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və  ibtidai sinif müəllimliyi  ixtisasları üzrə təlimçi seçimi  üçün  müsabiqə

Məktəb həyatından maraqlı anlar 

Artıq bir neçə gündür yeni tədris ili başlayıb. “Təhsil TV”nin əməkdaşları təhsil müəssisələrində olaraq tədris prosesindən ən maraqlı anları kameranın yaddaşına köçürüblər. Həmin anları sizə təqdim edirik.  

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib.

Azərbaycan Badminton Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə dərsdənkənar vaxtlarda keçirilən təlimlərin məqsədi fiziki tərbiyə müəllimlərini badminton idman növü üzrə məşq prosesi aparmağa hazırlamaq olub. Təlimlərdə 14 ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi iştirak edib. Badminton üzrə Azərbaycan yığma komandasının baş məşqçisi və məşqçiləri təlim iştirakçılarını məşq prosesinin elementləri ilə tanış edib, onlara bu idman növü üzrə qabaqcıl ölkələrin təcrübəsi, yeniliklər barədə ərtaflı məlumat veriblər.

Sentyabrın 22-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Belarus Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.

Təhsil naziri səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıb. Görüş zamanı Azərbaycanla Belarus arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı