Sentyabrın 30-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Roma şəhərində İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri Stefania Gianini ilə görüşüb.
Görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluq ifadə olunub, hər iki ölkə rəhbərliyinin bu əlaqələrin genişlənməsinə və xalqlarımız arasında dostluğun gücləndirilməsinə göstərdiyi diqqət xüsusilə qeyd edilib.
Azərbaycan-İtaliya Universitetlərarası Forumunun müvəffəqiyyətlə keçirilməsi və forumun nəticələrinə əsasən, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin, nazirlər Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi perspektivləri və Azərbaycanda italyan dilinin tədrisinə dəstək kimi məsələləri müzakirə ediblər.
Qeyd edək ki, “Milan Expo 2015” Ümumdünya Sərgisi çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunmuş Azərbaycan-İtaliya Universitetlərarası Forumunda iştirak etmək üçün təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti İtaliyada səfərdə olub.
10 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
