Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Mingəçevir Dövlət Universitetinin yaradılması barədə” sərəncam imzalayıb.
Sərəncama əsasən, Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universitetinin yaradılması və Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının iki ay müddətində Mingəçevir Dövlət Universitetinin balansına verilməsi qərara alınıb. “Mingəçevir Dövlət Universitetinin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
24/07/2015 12:51
Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarında dəyişiklik edilib.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyada təhsil alan tələbələrin aylıq təqaüdlərinin funt-sterlinqdə verilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nda dəyişiklik edilib. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası və bu çərçivədə təhsil alan tələbələrin ixtisas biliklərinə tam yiyələnmələri və keyfiyyətli təhsil almaları üçün onların maddi təminatı daim Təhsil Nazirliyinin diqqət mərkəzində saxlanılır. Son dövrdə Avropa ölkələrində baş verən maliyyə böhranı nəticəsində avronun məzənnəsində müşahidə olunan dəyişikliklər Böyük Britaniyada Dövlət Proqramı çərçivəsində təhsil alan gənclərimizin maddi vəziyyətinə də mənfi təsir göstərib. Tələbə və valideynlər tərəfindən Təhsil Nazirliyinə daxil olmuş çoxsaylı müraciətlər də nəzərə alınmaqla, 2015-2016-cı tədris ilindən etibarən Böyük Britaniyada təhsil alan tələbələrin aylıq təqaüdlərinin keçmişdə olduğu kimi avro ilə deyil, funt-sterlinqdə verilməsi barədə sözügedən Qaydalarda Təhsil Nazirliyi və Dövlət Neft Fondunun birgə vəsatəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 268 nömrəli 21.07.2015-ci il tarixli Qərarı ilə dəyişiklik edilib. Bu addım, Böyük Britaniyada Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin təqaüdlərinin gələcəkdə son dövrlər avro məzənnəsində baş verən dəyişikliklərdən qorunmasını təmin edəcəkdir. Əminik ki, Dövlət Proqramı çərçivəsində təhsil alan bütün tələbələr yüksək akademik nailiyyətlərlə məzun olduqdan sonra Azərbaycanın gələcək inkişafı və xalqımızın rifahı naminə aparılan islahatlarda öz töhfələrini verəcəklər.
23/07/2015 12:52
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin musiqi sahəsində xüsusi istedadı olan şagirdləri Əsgərzadə Cəmilə Fuad qızı və Əzimova Çinarə Mehman qızının adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər. “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22/07/2015 06:33
İyulun 21-də ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları başlayıb.
21-29 iyul 2015-ci il tarixlərində aparılacaq imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcəkdir. Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 24 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 795 nəfərin ərizəsi qəbul olunub. Müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləridir. Elektron ərizə verənlərin fənlər üzrə təsnifatına görə, 6 440 nəfər (29,54 faiz) ibtidai sinif, 2 971 nəfər (13,63 faiz) Azərbaycan dili və ədəbiyyat, 2 354 nəfər (10,80 faiz) ingilis dili, 1 916 nəfər (8,79 faiz) riyaziyyat, 1 260 nəfər (5,78 faiz) tarix, 1 152 nəfər (5,28 faiz) informatika, 974 nəfər (4,46 faiz) fiziki tərbiyə, 954 nəfər (4,37 faiz) coğrafiya , 804 nəfər (3,68 faiz) biologiya, 778 nəfər (3,56 faiz) fizika, 665 nəfər (3,05 faiz) kimya, 475 nəfər (2,17 faiz) texnologiya, 289 nəfər (1,32 faiz) təsviri incəsənət, 211 nəfər (0,96 faiz) musiqi, 180 nəfər (0,82 faiz) rus dili, 151 nəfər (0,69 faiz) rus dili və ədəbiyyatı, 118 nəfər (0,54 faiz) fransız dili, 103 nəfər (0,47 faiz) alman dili müəllimidir. Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər aşağıdakı şəhər və rayonlar üzrə olub: Bakı şəhəri üzrə 351 yer (10,14 faiz), Cəlilabad rayonu üzrə 202 yer (5,83 faiz), Laçın rayonu üzrə 180 yer (5,20 faiz), Quba rayonu üzrə 172 yer (4,96 faiz), Lerik rayonu üzrə 165 yer (4,76 faiz). Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti (19 911 nəfər, 91,36 faiz) 35 yaşadək gənclərdir. Namizədlərin 1 661 nəfəri (7,62 faiz) 35-50 yaş, 223 nəfəri (1,02 faiz) 50-65 yaş arasındadır.
21/07/2015 11:38
İyulun 21-də Bakıda Heydər Əliyev Mərkəzində 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi keçirilib.
47-ci Beynəlxalq Kimya Olimpiadasının təşkilat komitəsinin sədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva, Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abasov və Beynəlxalq Kimya Olimpiadasının Beynəlxalq Rəhbər Komitəsinin sədri Dukhvan Li açılış mərasimində çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzu ediblər. İlk Beynəlxalq Kimya Olimpiadası 1968-ci ildə Praqada keçirilib və hər iki ildən bir dünyanın fərqli ölkələrində təşkil olunur. Mövcud qaydalara əsasən, hər bir ölkə müsabiqədə 4 məktəbli ilə təmsil olunur. Beynəlxalq Kimya Olimpiadası nəzəri və praktiki olmaqla 2 hissədən ibarətdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşəbbüsü əsasında Beynəlxalq Rəhbər Komitəsinin 2012-ci ildə baş tutmuş iclasında 47-ci Beynəlxalq Kimya Olimpiadasının Bakıda keçirilməsi barədə qərar qəbul olunub. Təhsil Nazirliyinin 739 nömrəli 20.06.2014-cü il tarixli əmri ilə 47-ci Beynəlxalq Kimya Olimpiadasının təşkilat komitəsinə sədrlik filialın rektoru professor Nərgiz Paşayevaya həvalə olunub və olimpiadanın təşkili üzrə baza təhsil müəssisəsi kimi filial müəyyən edilib. Moskva Dövlət Universitetinin Bakı filialının maddi-texniki bazasında təşkil olunacaq olimpiadanın yüksək səviyyədə keçirilməsi istiqamətində ciddi hazırlıq tədbirləri görülüb və beynəlxalq standartlara uyğun şərait yaradılıb. Dünyanın 80-ə qədər ölkəsindən 300-dən çox məktəblinin qatılacağı bu elm müsabiqəsində ölkəmizi 4 məktəbli təmsil edəcək. Olimpiada çərçivəsində gənclərin Azərbaycanın zəngin mədəniyyəti, tarixi və adət-ənənələri ilə yaxından tanış olması məqsədilə Bakıda və bölgələrdə mədəni proqramlar təşkil olunacaq. Ümumiyyətlə, olimpiadaların şagirdlər arasında elmə marağının artırılması və beynəlxalq rəqabət mühitinin yaradılmasında müstəsna əhəmiyyətini nəzərə alaraq, son illər ərzində Təhsil Nazirliyi tərəfindən olimpiadalara xüsusi diqqət ayrılıb. Beynəlxalq olimpiadalarda iştirak edəcək şagirdlərin seçimi aparılıb və ilk dəfə olaraq, olimpiadalardan öncə bütün fənlər üzrə Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə xüsusi yay düşərgələri təşkil edilib, şagirdlərin hazırlığı üçün xarici ölkələrdən nüfuzlu mütəxəssislər cəlb edilib. Nəticədə, öncəki illərlə müqayisədə məktəblilərimiz nailiyyətlərində əsaslı fərq müşahidə olunur. Belə ki, Azərbaycan məktəbliləri 3-16 iyul tarixlərində Tailandın Çanq Mai şəhərində təşkil olunmuş Beynəlxalq Riyaziyyat Olimpiadasında 2 bürünc medal, 5-12 iyul tarixlərində Hindistanın Mumbay şəhərində təşkil edilmiş Beynəlxalq Fizika Olimpiadasında 1 bürünc medal, 12-19 iyul tarixlərində Danimarkanın Orhus şəhərində təşkil olunmuş Beynəlxalq Biologiya Olimpiadasında 1 bürünc medal qazanıblar.
21/07/2015 10:07
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alan əcnəbi tələbələr London Universitetinin bakalavr diplomunu əldə edə biləcəklər.
ADİU-nun əcnəbi tələbələri bu ali məktəblə London Universitetinin ikili diplom proqramına qoşulmaq imkanı qazanacaqlar. Bununla da əcnəbi tələbələr ADİU ilə bərabər London Universitetinin bakalavr diplomunu əldə edə biləcəklər. Proqramda iştirak edəcək əcnəbi tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil alacaq və nüfuzlu təhsil ocağının tədris resurslarından istifadə edə biləcəklər. Tələbələr təhsil aldıqları müddətdə London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbində iştirak etmək imkanı da qazanacaqlar.
21/07/2015 05:19
Vətəndaşların nəzərinə!
Təhsil Nazirliyinin Kommutator xidmətinin (012) 496-35-15, 496-33-11, 496-34-00, 496-34-89, 496-34-76 telefon nömrələri köhnə analoq tipli olduğuna görə ləğv edilib. Kommutator xidmətinin yalnız çoxkanallı (012) 599-11-55 telefon nömrəsi fəaliyyət göstərəcəkdir.
18/07/2015 06:15
İyulun 15-də ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu başa çatıb.
Ümumilikdə 24 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 795 nəfərin ərizəsi qəbul olunub. Müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləridir. Elektron ərizə verənlərin fənlər üzrə təsnifatına görə, 6 440 nəfər (29,54 faiz) ibtidai sinif, 2 971 nəfər (13,63 faiz) Azərbaycan dili və ədəbiyyat, 2 354 nəfər (10,80 faiz) ingilis dili, 1 916 nəfər (8,79 faiz) riyaziyyat, 1 260 nəfər (5,78 faiz) tarix, 1 152 nəfər (5,28 faiz) informatika, 974 nəfər (4,46 faiz) fiziki tərbiyə, 954 nəfər (4,37 faiz) coğrafiya , 804 nəfər (3,68 faiz) biologiya, 778 nəfər (3,56 faiz) fizika, 665 nəfər (3,05 faiz) kimya, 475 nəfər (2,17 faiz) texnologiya, 289 nəfər (1,32 faiz) təsviri incəsənət, 211 nəfər (0,96 faiz) musiqi, 180 nəfər (0,82 faiz) rus dili, 151 nəfər (0,69 faiz) rus dili və ədəbiyyatı, 118 nəfər (0,54 faiz) fransız dili, 103 nəfər (0,47 faiz) alman dili müəllimidir. Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər aşağıdakı şəhər və rayonlar üzrə olub: Bakı şəhəri üzrə 351 yer (10,14 faiz), Cəlilabad rayonu üzrə 202 yer (5,83 faiz), Laçın rayonu üzrə 180 yer (5,20 faiz), Quba rayonu üzrə 172 yer (4,96 faiz), Lerik rayonu üzrə 165 yer (4,76 faiz). Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti (19 911 nəfər, 91,36 faiz) 35 yaşadək gənclərdir. Namizədlərin 1 661 nəfəri (7,62 faiz) 35-50 yaş, 223 nəfəri (1,02 faiz) 50-65 yaş arasındadır. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 21-29 iyul 2015-ci il tarixlərində aparılacaqdır. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcəkdir.
16/07/2015 11:07
Azərbaycan məktəbliləri Tayland Krallığının Çanq Mai şəhərində 4-16 iyul tarixlərində keçirilən 56-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında iki bürünc medal qazanıb.
Olimpiadada Azərbaycan komandasının üzvləri Məhəmməd Şirinov və Fərid Həsənli bürünc medala layiq görülüblər. Mirəli Əhmədli, Tahir Nadirov, Anar Hüseynov və Fərman Dumanov isə həvəsləndirici sertifikatla təltif olunublar. Təhsil Nazirliyi istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. Belə ki, nazirliyin birbaşa tabeliyində olan lisey və gimnaziyalarda Olimpiada Mərkəzləri açılıb. Olimpiada Mərkəzləri xüsusi istedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə fəaliyyət göstərir. Həmçinin, bu tədris ocaqlarına mərkəzləşdirilmiş qaydada VI, VII, VIII sinif şagirdlərinin qəbul imtahanları keçirilib. Bu imtahanların keçirilməsində məqsəd xüsusi istedadlı şagirdlərin aşkara çıxarılması və onların fərqli proqramlar əsasında keyfiyyətli təhsillə təmin edilməsindən ibarətdir. Bu ildən etibarən Respublika Fənn Olimpiadalarının keçirilməsində də bir sıra yeniliklər tətbiq olunub. Belə ki, əvvəlki illərdən fərqli olaraq, şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları açıq şəkildə deyil, ilkin mərhələdə test sınağı formasında tətbiq olunub. Fənn olimpiadalarının tarixində ilk dəfə olaraq, iştirakçılar arasında hər fənn üzrə “birincilərin birincisi” nominasıyası üzrə qalib müəyyənləşdirilib.
16/07/2015 09:44
2015-2016-cı dərs ilindən tədrisin təmayüllər üzrə təşkil olunacağı X-XI siniflərdə həftəlik 30 dərs saatı müəyyən olunub.
Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin təmayül siniflərində 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamət üzrə tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb. Rus bölməsində həftədə əlavə 2 saat “Azərbaycan dili (dövlət dili kimi)” fənninin tədrisinə ayrılır. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır. Həmçinin, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulub. Təmayül siniflərində mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcəkdir. Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakıdakı 5 məktəbdə 2011-ci ildən tətbiq olunmağa başlanıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub. Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarət olub. Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün təlimə marağı xeyli artırır, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir göstərir. Eyni zamanda, təmayülləşmə şagirdlərin repetitor xidmətindən istifadə hallarının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olur.
16/07/2015 08:17
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı