Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

UNEC-də Türk Dünyası İqtisadçılar Birliyi təsis edilib

Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 85 illik yubileyinə həsr edilən tədbir keçirilib. Tədbir iştirakçıları öncə UNEC-in tələbə və əməkdaşlarının əl işlərindən ibarət rəsm, karikatura və kitab sərgisi ilə tanış olublar. Yubiley tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə universitetə gəlişi zamanı “Fəxr edirəm ki, bizim ali təhsilimiz var” fikri ilə çıxışına başlayan UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, universitetin 85 illik şərəfli yolunda iqtisad elminə mühüm töhfələr verən və xidmətlər göstərən qocaman professorlarımızın böyük əməyi var. Müəllim potensialının artırılmasının universitetin strateji hədəfi olduğunu deyən rektor, bu potensialın təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü vurğulayıb. Rektor, həmçinin son iki ildə universitetdə əmək haqqının 3 mərhələdə artırılması və hazırda pedaqoji heyətin orta əməkhaqqı göstəricisinin ali təhsil müəssisələri arasında ən yüksək olduğunu söyləyib. Qeyd edib ki, əməkhaqqı artımı son hədd deyil, əməkdaşların maaşlarının da artırılması istiqamətində işlər gedir. Universitetdə görülən işlərdən danışan rektor bildirib ki, UNECmüəllimlərinin ekspert qismində də fəaliyyət göstərməsinə təkan vermək üçün “UNEC ekspert” jurnalı təsis edilib. Növbəti ilin birinci rübündə jurnal işıq üzü görəcək. Ölkə Prezidenti İlham Əliyevin qarşıma qoyduğu vəzifəni – Azərbaycan Dövlətİqtisad Universitetinin dünya səviyyəli universitetə çevrilməsini icra etmək üçün bütün gücümüzü səfərbər edəcəyik deyən rektor, əlavə edib ki, UNEC-in 90 illik yubileyində “QS” reytinqində Top-1000 universitetlər sırasına yüksəlməyə çalışacağıq. Təhsil naziri Mikayıl Cabbarov ali təhsilin inkişafına özünəməxsus töhvələr verən İqtisad Universitetinin ölkənin sosial-iqtisadi problelərinin həlli sahəsində əhəmiyyətli rolu olduğunu bildirib. Nazir qeyd edib ki, qarşılaşdığımız iqtisadi çətinliklər şəraitində Azərbaycan iqtisadiyyatına bilikli, kreativ düşüncəli və qoloballaşan dünyada biznes mühitini yaxşı bilən peşəkarlar lazımdır. Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini yüksək məhsul yaradan insan resursları müəyyən edir. İqtisad Universitetinin belə kadrlar hazırlamaq üçün gördüyü işlər təqdirəlayiqdir. İnanıram ki, 85 yaşlı İqtisad Universitetinin əsas amalıali təhsilin beynəlxalq standartlara uyğunlaşmasıdır, deyən M.Cabbarov bildirib ki, bu gün ali təhsilin beynəlmiləlləşməsi qlobal prosesdir. Eyni zamanda, təhsildə elmi potensialın qorunub saxlanılması və eləcə də gənc elmi pedaqoji kadrların hazırlanması ön öndə duran məsələlərdən biridir: “Bu baxımdan UNEC-də həyata keçirilən “Gənc müəllimlər” layihəsi bizi çox sevindirir. 121 gənc müəllim işə qəbul edilib ki, onların  da əksəriyyətiAvropa, ABŞ, Kanada kimi ölkələrin nüfuzlu universitetlərinin məzunlarıdır. Bu proses davam etdirilməli və digər ali təhsil müəssisələrini də əhatə etməlidir. İnanıram ki, xaricdə təhsil alan gənc mütəxəssislərin elmi pedaqoji fəaliyyətə cəlb edilməsi, təhsildəki problemlərin həllinə əsaslı surətdə kömək edəcək”. Azərbaycan Dövlət İqtisad Universitetinin əsasını qoyan və inkişafında xidməti olanları ehtiramla yad edən M.Cabbarov müstəqil Azərbaycanın davamlı  inkişafı naminə kollektivin gənc iqtisadçı kadrların yetişdirilməsi istiqamətində bundan sonra da uğurla çalışacaqlarına ümidvar olduğunu bildirib. M.Cabbarov çıxışını bu sözlərlə yekunlaşdırıb: “Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günüdür. Mən bütün təhsil ictimaiyyəti adından cənab Prezidenti təbrik edirəm. Hesab edirəm ki, bizim ölkə başçısı üçün edə biləcəyimiz ən böyük töhvə öz işimizə vicdan və peşəkarlıqla yanaşmağımızdır”. UNEC-in 85 illik yubileyi münasibəti ilə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə universitetin bir qrup əməkdaşı“Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif edilib. Beynəlxalq Türk Akademiyasının rəhbəri, professorDarhan Kıdıralı yubiley münasibəti ilə UNEC-in professor-müəllim heyətini təbrik edib. Bu günlərdə UNEC-də təsis edilən Türk Dünyası İqtisadçılar Birliyinin əhəmiyyətindən söz açan D.Kıdıralı bildirib ki, türk dünyası iqtisadçıları arasındakı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi bu ölkələrin gələcək iqtisadi inkişafına mühüm töhvələr verəcək. UNEC-in Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov universitetin kecdiyi 85 illik tarixi yola nəzər salıb. Sonra UNEC-də yeni yaradılan diskurs.az – virtual iqtisadi forumun təqdimatı keçirilib. Tədbirdə universitetin tarixini əks etdirən “UNEC-85 fakt” filmi nümayiş etdirilib. Yubiley tədbiri UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin ifası ilə davam edib.   Azərbaycan Dövlət İqtisad Universiteti

İnternat məktəbində bayram sevinci

Dekabrın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Şagirdlərin hazırladıqları “Turp” səhnəciyi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnı oxuyublar. Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.  Media nümayəndələri internat məktəbində şagirdlər üçün yaradılan tədris və məişət şəraiti ilə yaxından tanış olub və şagirdlərlə birgə nahar ediblər. KİV təmsilçilərinə məlumat verilib ki, Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra cari ilin noyabrında şagirdlərin istifadəsinə verilib. Məktəbdə dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və idman zalı mövcuddur. İnternat məktəbi şagirdlərinin beynəlxalq səviyyəli idman yarışlarında, respublika rəsm sərgilərində iştirakı və qazandıqları nailiyyətlər barədə də media nümyəndələrinə məlumat verilib. Qeyd edək ki, internat məktəbində təlim-tərbiyə alan 198 nəfər şagirddən 104-ü bu təhsil ocağının nəzdində fəaliyyyət göstərən Reabilitasiya Mərkəzinə cəlb edilib. Şagirdlərin təlim-tərbiyəsi ilə 103 nəfər pedaqoji heyət məşğul olur.  

Zaqatala və Astarada yeni məktəblər

Dekabrın 24-də Zaqatala rayonu Yengiyan kənd və Astara rayonu Artupa kənd tam orta məktəblərinin açılış mərasimləri keçirilib. Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbinin açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, Astara rayonu Artupa kənd tam orta məktəbinin açılışında isə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib. Hər iki tədbirə yerli icra hakimiyyətlərinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri qatılıb. Açılış mərasimlərində çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın bütün bölgələrində yeni məktəblər inşa olunur və köhnə məktəb binaları əsaslı təmir edilir. Yeni tədris ocaqları vahid standart əsasında müasir təhsil sisteminin tələblərinə uyğun inşa olunur. Bilidirilib ki, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Bu isə ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə olan xüsusi qayğısını əks etdirir. Qeyd edək ki, Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbi 264, Astara rayonu Artupa kənd tam orta məktəbi isə 360 şagird yerlikdir.  Tədris ocaqları sinif otaqları, fənn laboratoriyaları, kompüter və müəllimlər otağı, akt və idman zalı, yeməkxana, hərbi hazırlıq, əmək təlimi, inzibati, texniki və tibb otaqları, kitabxana və yeməkxanadan ibarətdir. Hər iki məktəb müasir tələblərə cavab verən mebel və avadanlıqla təmin olunub. Məktəb binalarında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri mövcuddur, həmçinin təhsil ocaqlarına internet və telefon xətləri çəkilib. Təhsil müəssisələrinin istiliklə təminatı üçün müasir tələblərə cavab verən qazanxana quraşdırılıb. Məktəblərin ərazisində inşa olunmuş futbol meydançası və müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafının təmin olunmasına xidmət edir. Təhsil müəssisələri üçün ayrıca transformator yarımstansiyası quraşdırılıb və ehtiyat su anbarı tikilib. Tədris ocaqlarının ərazisi abadlaşdırılıb, ağaclar və gül kolları əkilib.  

Gəncə şəhərində müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Dekabrın 24-də Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. 3500-dən artıq müəllimin iştirak edəcəyi imtahanlar Gəncə şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçirilir. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Gəncə şəhərində 24-26 dekabr tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Qeyd edək ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.

Atletika üzrə Nərimanov rayon birinciliyi keçirilib

“Olimpiya hərəkatı” proqramı çərçivəsində atletika idman növü üzrə Nərimanov rayon birinciliyi keçirilib. “Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirməkdən ibarətdir. Layihə idmanın dörd növünü – basketbol 3x3, velosiped, atletika və badmintonu əhatə edir. “Olimpiya hərəkatı” proqramı ölkəmizdə uşaqların idmana daha geniş cəlb olunması, şagirdlərə sağlam və aktiv həyat tərzinin, olimpiya dəyərlərinin təşviqi məqsədi ilə həyata keçirilir. Yarışlar Bakı şəhəri Nərimanov rayonunda yerləşən Respublika Olimpiya Mərkəzində baş tutub. Rayon birinciliyində 22 ümumtəhsil məktəbinin komandası iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın ümumi nəticələrinə görə I yeri "Ankara məktəbi" məktəb-liseyi, II yeri 112 saylı, III yeri isə 177 saylı ümumtəhsil məktəblərinin komandaları tutaraq final mərhələsinə vəsiqə qazanıb. Qalib və iştirakçılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

Azərbaycan alimlərini sevindirən xəbər - Şərhlər

Ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan alimləri öz tədqiqatlarını aparmaq, impakt faktorlu jurnallarında çap olunmaq üçün dünyanın ən məşhur elm platforması olan “Web of Science” bazasından istifadə edə biləcəklər. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunacaq jurnalları da tədqiqat üçün Azərbaycan alimlərinin ixtiyarına verəcək. Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti arasında bağlanan müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi ilə yanaşı, Milli Elmlər Akademiyasının alimləri də bu imkandan istifadə edə biləcəklər. “Qafqazinfo” bununla bağlı millət vəkilinin, universitet rektorlarının və təhsil ekspertlərinin fikirlərini sizə təqdim edir: Şahlar Əsgərov- Təhsil üzrə ekspert Dünən elm və təhsil həyatımız üçün yeni gün idi. Mən 50 il təcrübəsi olan müəllim kimi deyə bilərəm ki, biz 1970-ci illərdən bəri məqalələrimizə istinad olunduğunu Moskvada Lenin adına kitabxanada “Science Station İndeks” adlı jurnaldan çətinliklə axtarıb tapırdıq. Ancaq indiki dövrün tələbinə uyğun olaraq, Təhsil Nazirliyi bizim alimlərimizin, tədqiqatçılarımız, aspirantlarımız və tələbələrimizin işini asanlaşdırdı. Yəni, milyonlarla məlumat arasında sənə lazım olan informasiyanı çətinlik çəkmədən tapa bilirsən. Elə mənim üçün də maraqlıdır ki, görəsən yazdığım məqalələrə hansı laboratoriyalarda istinad olunur? Tam əminliklə deyə bilərəm ki, bu gün Avropanın elm dünyasına bir pəncərə açıldı. Fərid Əhmədov Azərbaycan Universitetinin rektoru Elmin inkişafı üçün çox əhəmiyyətli bir anlaşmadır. “Thomson Reuters” dünyanın ən böyük elm bazalarından biridir. Azərbaycan alimlərinin dünyanın məlumat bazasına çıxışının olması elmin inkişafı üçün çox böyük əhəmiyyət daşıyır. Xüsusi ilə, bizim elm mərkəzləri , AMEA, universitetlərimiz üçün uğurlu bir anlaşmadır. Qənirə Paşayeva millət vəkili Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti arasında imzalanan bu müqaviləni elm və təhsilimiz üçün çox önəmli hadisə hesab edirəm. Yazılan məqalələrin xarici mətbuat orqanlarında nəşr olunması, onların reytinqinin artması üçün müsbət üçün addımdır. Bu, alimlərimizin inkişafına böyük təkan verəcək. Həm də elmlə məşğul olan təhsil ocaqlarımız üçün yeni bir imkan yaratmış oldu. Azərbaycanlı alimlərin bu resurslardan yararlanması böyük uğurdur. Mustafa Babanlı- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Bu sənəd Azərbaycan ali təhsili, elmi ictimaiyyəti və elmlə məşğul olan bütün azərbaycanlılar üçün yeni imkanlar açır. Alimlərin, tədqiqatçıların və magistr səviyyəsində təhsil alan tələbələrin imkanları qat-qat yüksəlir. Ümid edirəm ki, yaxın müddətdə elmi işlərin sayının artması ilə yanaşı, Azərbaycan elmində və ali təhsilində mövcud olan elm tutumlu jurnalların da bu səhifəyə düşməsinə imkan yaranacaq. Etibar Əliyev XXI əsr Təhsil Mərkəzinin rəhbəri Dünyanın nüfuzlu “Thomson Reuters” Agentliyi ilə Təhsil Nazirliyi arasında bağlanılan müqavilə Azərbaycanda elmi tədqiqatlara yeni üfüqlər açdı. Əsas məqamlardan biri də ondan ibarətdir ki, bu imkan Azərbaycanda “elmi tədqiqatların aktivlik indeksini” yüksəldəcək. Hesab edirəm ki, bu cür faydalı işlər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illiyində irəli sürdüyü “Elmdən Təhsilə” paradiqmasının tərkib hissəsidir. Bu paradiqmada elmə qayıdışın və daha doğrusu elmlə təhsilin üzvi şəkildə bağlantısının konturları var. Fikrimcə, elm və təhsillə məşğul olanların çoxu bu cür ideyaların praktiki əhəmiyyət kəsb etməsindən məmnundurlar. Biz orta məktəblərdən tutmuş böyük elm müəssisələrinə qədər elmə marağın artmasını artıq hiss edirik. Qafqazinfo.az    

AMEA alimlərinin növbəti nümunəvi dərsi

Dekabrın 22-də Bakı şəhəri 47 nömrəli tam orta məktəbin texniki fənlər təmayüllü 10-cu sinif şagirdlərinə kimya fənni üzrə “Hallogenlərin müqayisəli xarakteristikası” mövzusunda nümunəvi dərs tədris edilib. Nümunəvi dərs Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov tərəfindən keçirilib. Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Azərbaycan  Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, AMEA-da çalışan tanınmış alimlər tərəfindən  tədris edilir. Nümunəvi dərsdə V.Abbasov bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsində mühüm rol oynayır. Ölkə iqtisadiyyatında kimya sənayesinin rolundan danışan akademik bu sahədə baş verən mühüm yeniliklərdən söz açıb, şagirdlərə  hallogenlərin insan həyatında əhəmiyyəti barədə geniş və əhatəli məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.                                   Nümunəvi dərsdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları,  məktəbin kimya müəllimləri və KİV nümayəndələri iştirak edib.  

Təhsil Nazirliyi “Thomson Reuters”lə əməkdaşlıq haqqında müqavilə imzaladı

Dekabrın 22-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması mərasimi keçirilib. Təhsil naziri Mikayıl Cabbarov çıxışında dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkəti ilə əməkdaşlığın rəqabətəqabil insan kapitalının hazırlanması siyasətinə əsaslandığını və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədi daşıdığını qeyd edib. Nazir bu əməkdaşlığın Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada  gücləndirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ali təhsil müəssisələri üçün qlobal  elmi baza olan “Web of Science®” platformasına və “İnCites™” bazasına çıxış imkanlarının yaradılmasının əhəmiyyətini qeyd edib və əməkdaşlıq sənədinin imzalanmasını Azərbaycan elmi üçün mühüm hadisə kimi dəyərləndirib. “Thomson Reuters”in Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib. Sameh  Əl-Din dünyada məşhur elmi platforma olan “Thomson Reuters”ə geniş çıxışın Azərbaycanda elmin inkişafına güclü təkan verəcəyinə, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacağına və yerli tədqiqatçıların nəşrlərinin sayının artacağına ümidvar olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə  imzalanıb. Sənədi Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və “Thomson Reuters”in Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ölkə alimlərinin beynəlxalq akademik platformaya daha geniş qoşulmasına verdiyi dəstək xüsusi qeyd edilməlidir. Qeyd edək ki, əməkdaşlıq haqqında müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science®” platformasına (“Science Citation İndex Expanded®” (Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences Citation İndex®” (İctimai elmlər üzrə məlumat bazası), “Arts and Humanities Citation İndex®” (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), “Conference Proceedings Citation İndex®” (Konfrans, konvensiya, simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası)), eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə edəcək. “Thomson Reuters İnCites™” dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə alətidir. Hazırda “İnCites™” platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur.  “Web of Science®” platforması məlumatlarının təhlili ali təhsil müəssisələrinə tədqiqatların daha səmərəli istiqamətlərini müəyyən etməyə və uğurlu inkişaf strategiyalarının qurulmasına xidmət edir. Azərbaycanın ali təhsil müəssisələrinin “İnCites™” informasiya platformasında yerləşdirilmış “Journal Citation Reports” məlumat bazasına çıxış imkanları da təmin ediləcək. “Journal Citation Reports”un köməkliyi ilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər.   “Science Citation İndex Expanded®” müəllim, tələbə və tədqiqatçılara təbiət elmləri və texnologiya sahəsində lazımi elmi məlumatları toplamaq, biblioqrafik informasiyadan və istinadlar haqqında məlumatlardan səmərəli yararlanmaq imkanı yaradacaq. “Social Sciences Citation İndex®” və “Arts and Humanities Citation İndex®” bazaları ictimai, humanitar, incəsənət sahələrində nəşrlər və istinadlarla bağlı informasiyaya, “Conference Proceedings Citation İndex®” isə ən önəmli konfrans və səfərlər barəsində dərc olunan materiallara çıxış əldə etmək imkanı verəcək.

Təsviri Sənət Qalereyasında “Açıq qapı” günü

Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri Sənət Qalereyasında “Açıq qapı” günü keçirilib. “Açıq qapı” gününün keçirilməsində məqsəd uşaq və gənclərdə təsviri sənətə maraq  oyatmaq, onların yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdır. Ziyarətçilər Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən, təsviri sənətin bütün janrlarını özündə əks etdirən rəsm sərgisi ilə tanış olublar. Sərgidə 6-18 yaş arası uşaq və gənclər iştirak edib. Sərgi “Mənim şəhərim-Azərbaycan inciləri”, “Milli irsimiz - dekoratov tətbiqi sənət nümunələri”, “Azərbaycan nağılları uşaqların gözü ilə” mövzularını əhatə edib. “Açıq qapı” günündə dərnək rəhbərləri sərgi iştirakçıları ilə birlikdə rəsmlər çəkib, kağız, gil və plastilinlə müxtəlif mövzularda ustad dərsləri keçiblər. Qonaqlar ebru sənətinin sirləri ilə tanış olub, Rəqəmsal təsvir dərnəyində sadə animasiyalar hazırlayıblar.  Qeyd edək ki, Təsviri Sənət Qalereyası digər ölkələrin müvafiq qalereyaları ilə əməkdaşlığı genişləndirməyi, müxtəlif innovativ layihələr, Azərbaycan və xarici ölkələrin tanınmış rəssamları ilə ustad dərsləri təşkil etməyi planlaşdırılır.

“Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsi

Dekabrın 20-də Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseydə “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsinin respublika mərhələsi keçirilib. Müsabiqədə respublikanın bütün bölgələrindən olan 101 nəfər şagird iştirak edib. Qeyd edək ki, “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət planınına və həmin planın 8-ci bəndinin icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilir. Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri cari ilin oktyabr-noyabr aylarında təşkil olunub. Rayon (şəhər) mərhələsinin qaliblərinin adları yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim olunub. İnşa yazıları Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqə qalibləri müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif ediləcəklər.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı