Təsviri Sənət Qalereyasında “Açıq qapı” günü
Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri Sənət Qalereyasında “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” gününün keçirilməsində məqsəd uşaq və gənclərdə təsviri sənətə maraq oyatmaq, onların yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdır.
Ziyarətçilər Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən, təsviri sənətin bütün janrlarını özündə əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Sərgidə 6-18 yaş arası uşaq və gənclər iştirak edib. Sərgi “Mənim şəhərim-Azərbaycan inciləri”, “Milli irsimiz - dekoratov tətbiqi sənət nümunələri”, “Azərbaycan nağılları uşaqların gözü ilə” mövzularını əhatə edib.
“Açıq qapı” günündə dərnək rəhbərləri sərgi iştirakçıları ilə birlikdə rəsmlər çəkib, kağız, gil və plastilinlə müxtəlif mövzularda ustad dərsləri keçiblər. Qonaqlar ebru sənətinin sirləri ilə tanış olub, Rəqəmsal təsvir dərnəyində sadə animasiyalar hazırlayıblar.
Qeyd edək ki, Təsviri Sənət Qalereyası digər ölkələrin müvafiq qalereyaları ilə əməkdaşlığı genişləndirməyi, müxtəlif innovativ layihələr, Azərbaycan və xarici ölkələrin tanınmış rəssamları ilə ustad dərsləri təşkil etməyi planlaşdırılır.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
