• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan alimlərini sevindirən xəbər - Şərhlər

Ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan alimləri öz tədqiqatlarını aparmaq, impakt faktorlu jurnallarında çap olunmaq üçün dünyanın ən məşhur elm platforması olan “Web of Science” bazasından istifadə edə biləcəklər. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunacaq jurnalları da tədqiqat üçün Azərbaycan alimlərinin ixtiyarına verəcək.

Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti arasında bağlanan müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi ilə yanaşı, Milli Elmlər Akademiyasının alimləri də bu imkandan istifadə edə biləcəklər.

“Qafqazinfo” bununla bağlı millət vəkilinin, universitet rektorlarının və təhsil ekspertlərinin fikirlərini sizə təqdim edir:

Şahlar Əsgərov- Təhsil üzrə ekspert

Dünən elm və təhsil həyatımız üçün yeni gün idi. Mən 50 il təcrübəsi olan müəllim kimi deyə bilərəm ki, biz 1970-ci illərdən bəri məqalələrimizə istinad olunduğunu Moskvada Lenin adına kitabxanada “Science Station İndeks” adlı jurnaldan çətinliklə axtarıb tapırdıq. Ancaq indiki dövrün tələbinə uyğun olaraq, Təhsil Nazirliyi bizim alimlərimizin, tədqiqatçılarımız, aspirantlarımız və tələbələrimizin işini asanlaşdırdı. Yəni, milyonlarla məlumat arasında sənə lazım olan informasiyanı çətinlik çəkmədən tapa bilirsən. Elə mənim üçün də maraqlıdır ki, görəsən yazdığım məqalələrə hansı laboratoriyalarda istinad olunur? Tam əminliklə deyə bilərəm ki, bu gün Avropanın elm dünyasına bir pəncərə açıldı.


Fərid Əhmədov Azərbaycan Universitetinin rektoru

Elmin inkişafı üçün çox əhəmiyyətli bir anlaşmadır. “Thomson Reuters” dünyanın ən böyük elm bazalarından biridir. Azərbaycan alimlərinin dünyanın məlumat bazasına çıxışının olması elmin inkişafı üçün çox böyük əhəmiyyət daşıyır. Xüsusi ilə, bizim elm mərkəzləri , AMEA, universitetlərimiz üçün uğurlu bir anlaşmadır.


Qənirə Paşayeva millət vəkili

Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti arasında imzalanan bu müqaviləni elm və təhsilimiz üçün çox önəmli hadisə hesab edirəm. Yazılan məqalələrin xarici mətbuat orqanlarında nəşr olunması, onların reytinqinin artması üçün müsbət üçün addımdır. Bu, alimlərimizin inkişafına böyük təkan verəcək. Həm də elmlə məşğul olan təhsil ocaqlarımız üçün yeni bir imkan yaratmış oldu. Azərbaycanlı alimlərin bu resurslardan yararlanması böyük uğurdur.


Mustafa Babanlı- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru

Bu sənəd Azərbaycan ali təhsili, elmi ictimaiyyəti və elmlə məşğul olan bütün azərbaycanlılar üçün yeni imkanlar açır. Alimlərin, tədqiqatçıların və magistr səviyyəsində təhsil alan tələbələrin imkanları qat-qat yüksəlir. Ümid edirəm ki, yaxın müddətdə elmi işlərin sayının artması ilə yanaşı, Azərbaycan elmində və ali təhsilində mövcud olan elm tutumlu jurnalların da bu səhifəyə düşməsinə imkan yaranacaq.


Etibar Əliyev XXI əsr Təhsil Mərkəzinin rəhbəri

Dünyanın nüfuzlu “Thomson Reuters” Agentliyi ilə Təhsil Nazirliyi arasında bağlanılan müqavilə Azərbaycanda elmi tədqiqatlara yeni üfüqlər açdı. Əsas məqamlardan biri də ondan ibarətdir ki, bu imkan Azərbaycanda “elmi tədqiqatların aktivlik indeksini” yüksəldəcək. Hesab edirəm ki, bu cür faydalı işlər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illiyində irəli sürdüyü “Elmdən Təhsilə” paradiqmasının tərkib hissəsidir. Bu paradiqmada elmə qayıdışın və daha doğrusu elmlə təhsilin üzvi şəkildə bağlantısının konturları var. Fikrimcə, elm və təhsillə məşğul olanların çoxu bu cür ideyaların praktiki əhəmiyyət kəsb etməsindən məmnundurlar. Biz orta məktəblərdən tutmuş böyük elm müəssisələrinə qədər elmə marağın artmasını artıq hiss edirik.

Qafqazinfo.az

 

 


8 il əvvəl