Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edib

Martın 9-da təhsil naziri Mikayıl Cabbarov Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda 35 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.    Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Təhsil Nazirliyi elmi əsərləri mükafatlandıracaq

Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da yüksəldilməsi məqsədilə “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərə görə mükafatlandırma üzrə müsabiqə keçirəcək. Müsabiqədə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisi əsas götürüləcək. Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək. Müsabiqədə ildə bir dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı ətraflı məlumat veriləcək. Qeyd edək ki, 22 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, ölkənin 40 ali təhsil müəssisəsinə abunə imkanı yaratmaqla, onlara korporasiyanın məhsul və xidmətlərinə çıxış imkanı yaradılıb. Həmçinin, nazirlik əməkdaşlarına da “Web of Science”platformasının bazasına çıxış imkanı verilib.   Elan

“Formula-1”Avropa Qran-prisi ilə əlaqədar “Bir” Tələbə-Könüllü Proqramı ilə anlaşma memorandumu imzalandı

Martın 7-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalanıb. Memorandumu gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov imzalayıb. Mərasimdə tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisi çərçivəsində könüllülük fəaliyyəti ilə əlaqədar birgə fəaliyyət haqqında razılıqlarını ifadə ediblər. Anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Memorandumun şərtlərinə əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşən ali təhsil müəssisələrində “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən Avropa Qran-prisinin Könüllülük Proqramı təqdim olunacaq və “Formula-1” Avropa Qran-prisində iştirak etmək üçün tələbə-könüllülər cəlb olunacaq. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini qeyd edərək, gənclər arasında könüllülüyə marağın olduqca yüksək olduğunu bildirib. Azərbaycanın ev sahibliyi etdiyi iri miqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərin uğura imza atdıqlarını xatırladan Azad Rəhimov bu ənənənin “Formula-1” yarışlarında da davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, könüllülük fəaliyyəti üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi Avropa Qran-prisinin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək. Təhsil Nazirliyi tərəfindən tələbələrin hərtərəfli inkişafının dəstəkləndiyini bildirən nazir könüllü tələbələrə uğurlar arzulayıb. “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.       Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunur, onlara “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et və Zövq Al) özündə birləşdirən layihə təqdim edir. “Bir” Tələbə-Könüllü Proqramına qoşulmaq üçün tələbələr www.konullu.edu.az portalından qeydiyyatdan keçə bilər.  

Çin ali məktəblərindən Azərbaycan vətəndaşlarına dəvət

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, 2016-2017-ci tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb. Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat xərci, təhsil haqqı, laboratoriya xərci, təcrübə (internship) xərci, tədris materialları, yataqxana xərci, aylıq yaşayış xərci və s. Çin tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur. Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Çin tərəfindən aparılır. Sazişə uyğun olaraq, hazırda 37 nəfər Azərbaycan vətəndaşı Beynəlxalq əlaqələr, Beynəlxalq iqtisadiyyat və ticarət, Mülki və ticarət hüququ, Politologiya və dövlət idarəçiliyi, Yeni və ən yeni çin ədəbiyyatı, Kommunikasiya və informasiya sistemləri, Neft və təbii qaz mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Antropologiya, Beynəlxalq maliyyə və investisiya və başqa ixtisaslar üzrə Çinin yüksək reytinqli ali məktəblərində təhsil alır. Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər aprelin 1-dək tələb olunan sənədlərin surətini (skan) china.admissions@edu.gov.az ünvanına göndərə bilərlər.                   ELAN

Növbəti “Novruz mühazirəsi”

Martın 4-də Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə növbəti “Novruz mühazirəsi” keçirilib. Tədbirdə təhsil ekspertləri, ali təhsil müəssisələrinin tələbələri, ümumi təhsil məktəblərinin müəllimləri iştirak ediblər. Budəfəki görüşdə təhsil eksperti, əməkdar elm xadimi Şahlar Əsgərov “Biliyin qiymətləndirilməsi fəlsəfəsi” mövzusunda mühazirə səsləndirib. Təhsil eksperti “Novruz mühazirələri”nin “Elmdən təhsilə” ideyası əsasında həyata keçirildiyini xatırladaraq, elmi mövzuların daha sadə dildə ictimaiyyətə çatdırılmasını mühüm hadisə hesab etdiyini bildirib. Ş.Əsgərov mühazirəsində biliyin qiymətləndirilməsi meyarlarından, klassik və yeni kriteriyaların müqayisəsindən, qiymətləndirmə göstəricilərindən danışıb. O, şagird nəticələrinin obyektiv qiymətləndirilməsi, müasir qiymətləndirmə metodlarından istifadəyə geniş yer verilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin, müvafiq hesabatların aparılması məsələlərinə də toxunub. Tədbirdə görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. “Novruz mühazirələri “Elmdən təhsilə” təşəbbüsənə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.

“Valideyn Nəzarət Sistemi” yenilənib

         “Elektron məktəb” layihəsi çərçivəsində istifadəyə verilən “Valideyn Nəzarət Sistemi”ndə (ael.edu.az) yenilənmə işləri aparılıb və saytın yeni versiyası hazırlanıb. Hazırda layihəyə ölkə üzrə 43 ümumi təhsil məktəbi cəlb olunub. Layihəyə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Valideynlər məktəblərdən istifadəçi parollarını almaqla, övladlarının davamiyyətini və nailiyyətlərini onlayn rejimdə ödənişsiz izləyə bilərlər.

Xaricdə oxuyan tələbə: "Əmək bazarında üstünlük qazanacağıq"- "Uğur formulu"

Təhsil Nazirliyi və Lent.az informasiya agentliyinin birgə işi olan “Gəncliyin uğur formulu” layihəsi davam edir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin budəfəki qonağı Böyük Britaniyanın Varvik Universitetinin tələbəsi Səmra Talışinskayadır. Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü S.Talışinskaya Böyük Britaniyanın Varvik Universitetində iqtisadiyyat ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.Lent.az həmin tələbə ilə müsahibəni təqdim edir: - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Magistratura səviyyəsi üzrə təhsilimi xaricdə davam etdirmək istəyi ixtisasımla bağlı bakalavr səviyyəsində qazandığım bilikləri həm nəzəri, həm də praktiki baxımdan genişləndirmək və təkmilləşdirmək istəyimdən irəli gəlir. Eyni zamanda, xaricdə təhsil almaqla əldə etdiyim bilik və təcrübənin əmək bazarında mənə üstünlük qazandıracağını düşünürəm. İxtisaslı kadrların isə həmişə ölkənin inkişafında əvəzedilməz rol oynadığı aşkar həqiqətdir. Bununla yanaşı, xaricdə təhsilin akademik baxımdan da daha keyfiyyətli mütəxəssis kimi yetişməyimə imkan yaradacağına əminəm. Hazırda təhsil aldığım universitet ixtisasım üzrə Birləşmiş Krallıqda beş ən yaxşı universitetdən biri olduğu üçün təhsilimin sonunda ümidlərimin doğrulacağını düşünürəm. - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz? - İlkin mərhələ üçün ixtisasıma uyğun olaraq, maliyyə və investisiya mövzularından bəhs edən kitabları seçmişəm. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Təhsil mühiti və tələbə-müəllim münasibəti baxımından bakalavriat təhsili aldığım Qafqaz Universitetində dəyişilməsini istədiyim hər hansı bir məqam yoxdur. Lakin müəyyən sistem və prosedurların avtomatlaşdırılmasını və infrastruktur baxımından daha da təkmilləşdirilməsini istərdim. Bunların da zamanla həyata keçiriləcəyinə inanıram. -Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Ölkəmizlə bağlı milli ornamentlərin təsvir olunduğu müxtəlif suvenirlər gətirmişəm. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Həmyaşıdlarıma demək istədiyim odur ki, fərdi həyatınızda təhsilin və eləcə də ölkəmiz üçün ixtisaslı kadrların əhəmiyyətini nəzərə alaraq, xaricdə təhsili mütləq şəkildə təhsil planlarının ayrılmaz hissəsi kimi qəbul etsinlər. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Varvik Universitetində tələbə-müəllim münasibəti bakalavriat təhsilimdə gördüyüm münasibətdən, açığını desəm, fərqlənmir. Tələbənin müvəffəqiyyətli olması üçün çalışan və eyni zamanda tələbə ilə lazımi səviyyədə münasibət saxlamağı unutmayan peşəkar müəllim heyətinin əhatəsində olmaq çox xoşdur. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Universitetimizdə əcnəbi tələbələrə qarşı münasibətdən heç bir narazılığım yoxdur. Hər şey dostluq və bərabərlik prinsiplərinə əsaslanır. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Burda gördüyüm təhsil mühiti və keyfiyyət baxımından yanaşdıqda, Azərbaycanda da eyni səviyyənin təmin edilməsi üçün sistemli yanaşma əsasında davamlı tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu düşünürəm. Atılan addımlar bu istiqamətdə uğur qazanacağımızı deməyə əsas verir. - Çətinlikləriniz varmı? - İlk vaxtlarda çətinliyim yeni ölkəyə və yeni mühitə alışmaqla bağlı idi. Sonra hiss etdim ki, bunlar zamanla aradan qalxan çətinliklərdir. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtlarım çox məhdud olur. Odur ki, asudə vaxtımı əsasən, ailəm və yaxın dostlarımla əlaqə saxlamağa sərf edirəm. Lent.az

Təhsil naziri braziliyalı senator Kristovam Buarkeni qəbul edib

Martın 4-də təhsil naziri Mikayıl Cabbarov Braziliya Senatının Elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin rəhbəri, Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Braziliyanın sabiq təhsil naziri, senator Kristovam Buarkeni qəbul edib.   Görüşdə nazir braziliyalı qonağa Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında məlumat verib. Daha sonra tərəflər Braziliya və Azərbaycan arasında təhsil sahəsində mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

SABAH-ın memarlarının əl işlərindən ibarət sərgi

SABAH qruplarında memarlıq ixtisası üzrə təhsil alan II kurs tələbələrinin əl işlərindən ibarət sərginin açılışı olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin əsas korpusunda keçirilən sərginin Novruz bayramınadək davam etməsi nəzərdə tutulur. Sərgidə tələbələrin yaşayış evləri konsepsiyasına əsasən, modern üslubda hazırladıqları 70-dən çox maket və eskiz nümayiş olunur. Bu il ikincisi dəfə keçirilən sərgi artıq SABAH tələbələri üçün ənənəyə çevrilməkdədir.   Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.

Fevral ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 17101 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində 17101 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12788 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 dəfə çox, 2014-cü il ilə müqayisədə 3,3 dəfə çox, 2015-ci il ilə müqayisədə isə 2,3 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4313 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1353 sənədlər (661 məktub, 527 ərizə, 165 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3368 zəng) və çərşənbə (2611 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1154 müraciət), çərşənbə axşamı (833 müraciət) və çərşənbə (831 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı