Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Novruz mühazirələri” davam edir

Martın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçirilib. Tədbirdə iqtisadiyyat üzrə təhlilçilər, təhsil ekspertləri, müəllim və tələbələr, media nümayəndələri iştirak ediblər. Görüşdə UNEC-in rektoru Ədalət Muradovun “Azərbaycan iqtisadiyyatı: oxşar çağırışlar, fərqli baxışlar” mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə Azərbaycan iqtisadiyyatının uğurları, neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və dünya iqtisadiyyatına inteqrasiya prosesi ilə bağlı geniş məlumat verilib. Rektor Azərbaycanda aparılan iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması, özəlləşdirmə prosesinin davam etdirilməsi və neftdən asılılığın azalması ilə bağlı həyata keçirilən islahatlardan danışıb. Dünya iqtisadiyyatının bugünkü vəziyyəti və neftin qiymətinin azalmasının qlobal iqtisadi artıma təsiri haqqında söhbət açan Ə.Muradov xarici ticarət əməliyyatları və investisiya qoyuluşu, iqtisadiyyatın idarə olunması modellərindən də danışıb. Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsinə əsaslanan müzakirələr aparılıb. Novruz mühazirələri “Elmdən Təhsilə” təşəbbüsənə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.  

Təhsil Nazirliyində seminar keçirilib

Təhsil Nazirliyinin təşəbbüsü ilə “Thomson Reuters” şirkəti  nazirlik əməkdaşları üçün seminar keçirib. Seminarın əsas məqsədi nazirlik əməkdaşlarını “Web of Science” bazasından istifadə qaydaları ilə tanış etmək və bazanın imkanları barədə məlumat verməkdən ibarət olub. Seminarda “Thomson Reuters” şirkətinin Rusiya ofisinin Elmi tədqiqatlar şöbəsinin təhsil proqramları üzrə rəhbəri Valentin Boqorov “Web of Science” platformasından səmərəli istifadə barədə məlumat verib. Bildirilib ki, “Web of Science” platforması əsasən, biblioqrafik məlumatın axtarışı üçün nəzərdə tutulan kompüterləşdirilmiş proqram vasitəsi olmaqla yanaşı, platforma üzərindən elmi məhsul vahidləri sayılan məqalə, beynəlxalq konfrans materialları, nüfuzlu nəşriyyatlarda nəşr edilən kitablar haqqında biblioqrafik məlumatları da tapmaq mümkündür.  “Thomson Reuters” şirkətinin Moskva filialının təhsil üzrə mütəxəssisi Marqarita Sidorova bildirib ki, bu topluda müxtəlif sahələr üzrə – təbiət elmləri, humanitar, sosial elmlər və incəsənət sahələrini əhatə edən məlumatları tapmaq olar. Qeyd olunub ki, həmin bazaya çıxış müxtəlif ölkələrin tədqiqatçıları ilə əlaqələri inkişaf etdirmək, istənilən elm sahəsi üzrə inkişaf tendensiyalarını müəyyənləşdirmək, seçilmiş sahənin daha çox inkişaf etdiyi ölkə, bölgə və universitetləri təyin etmək, daha məhsuldar çalışan alimlər haqqında məlumat toplamaq, beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verəcək. Qeyd edək ki, 2015-ci ilin dekabrın 22-də Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlıq haqqında müqaviləyə əsasən, ölkənin 40 ali təhsil müəssisəsinə abunə imkanı yaratmaqla, onlara korporasiyanın məhsul və xidmətlərinə çıxış imkanı yaradılıb. Həmçinin, nazirlik əməkdaşlarına da “Web of Science”platformasının bazasına çıxış imkanı verilib.

Azərbaycanlı şagird beynəlxalq mükafata layiq görülüb

Fevralın 29-da Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) qızıl medalının təltifetmə mərasimi keçirilib. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, yaradıcılıq sahəsində fəaliyyəti stimullaşdırmaq məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2015-ci ildə ilk dəfə olaraq məktəb şagirdləri kateqoriyası üzrə yaradıcılıq nailiyyətlərinə görə ÜƏMT mükafatlarının verilməsinə başlanılıb. Ötən il Müəllif Hüquqları Agentliyi (MHA) və Təhsil Nazirliyi tərəfindən namizədin müəyyənləşdirilməsi üçün seçim turu keçirilib və nəticələrə əsasən, Bakı Avropa Liseyinin VII sinif şagirdi Hüseyn Hacıyev qalib hesab edilib. Hüseyn Hacıyev “Microsoft Azərbaycan” şirkəti və İnformatika üzrə olimpiada mərkəzinin köməkliyi ilə bir sıra yaradıcılıq uğurları əldə edib. Təhsil Nazirliyinin seçim turunun nəticələri barədə tərtib etdiyi sənədlər müvafiq qaydada baxılması və qərar qəbul edilməsi üçün Müəllif Hüquqları Agentliyi tərəfindən ÜƏMT-yə təqdim olunub. Mükafatlar Proqramının Qaydalarına uyğun olaraq, təqdim edilmiş namizəd, onun yaradıcılıq nailiyyətləri və uğurları haqqında məlumatlara ÜƏMT-nin ekspertləri tərəfindən baxılıb, Azərbaycan məktəblisinə Məktəb şagirdləri kateqoriyası üzrə ÜƏMT mükafatının verilməsi haqqında qərar qəbul edilib. Təltifetmə mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Hüseyn Hacıyev bal sistemi ilə şagirdlərin qiymətləndirilməsi üzrə liseyin müəllimləri üçün tətbiqi proqram yaradıb. Proqram lisey müəllimlərinə şagirdlərin təlim  nəticələrini asanlıqla və vaxt sərf etmədən hesablamağa imkan verir. Hüseyn Hacıyev eləcə də bir neçə dəfə beynəlxaq mükafatlara layiq görülüb. Digər çıxış edənlər azərbaycanlı məktəblinin qazandığı bu nailiyyətin ölkəmizdə təhsilin və gənclərin inkişafı sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olduğunu bildirib və Bakı Avropa Liseyinin şagirdini təbrik ediblər. Hüseyn Hacıyev qazandığı uğurlara görə müəllimlərinə təşəkkürünü bildirib. Sonda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının medalı, xatirə hədiyyəsi və həmin təşkilatın baş direktoru Frensis Qarri tərəfindən imzalanmış sertifikat Hüseyn Hacıyev təqdim olunub.  

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

“TOPs proqramı-təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində növbəti “Açıq dərs” Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbdə keçirilib. Məktəbin müəllimləri Tahir Xəlilov və Raidə Aslanova tərəfindən “Çeviklik qabiliyyətinin inkişaf etdirilməsi” mövzusunda 4-cü sinifdə keçirilən dərsdə innovativ tədris vəsaitlərindən istifadə olunub. Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi, British Council, Bakcell şirkəti və “İnkişaf naminə idman” ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Ümumilikdə, Bakı və Sumqayıt şəhərlərinin 36 ümumi təhsil məktəbini əhatə edən layihədən 200-dən artıq fiziki tərbiyə müəllimi yararlanır. Layihənin icrası zamanı xüsusi təlimlərdən keçmiş fiziki tərbiyə müəllimləri tədris keyfiyyətini yüksəltməyə xidmət edən “Açıq dərs”lərin tədrisinə başlayıblar. Həmçinin, ölkəmizdə ilk dəfə olaraq, fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyasının tətbiqi nəticəsində 35 000 nəfərdən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərsindən, eləcə də dərsdənkənar fəaliyyətdən faydalanır.  

İnternat məktəb əsaslı təmirdən sonra istifadəyə verilib

Fevralın 29-da Bakı şəhəri Qaradağ rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və internat məktəbin pedaqoji kollektivi iştirak edib. Qonaqlar öncə inernat məktəbdə görülmüş işlər və yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, internat məktəb əsaslı təmir olunub, 180 şagird yerlik əlavə korpus, idman və akt zalları tikilib. Yeni tikilən əlavə korpus tədris hissəsindən, idman və akt zallarından ibarətdir. Məktəb binasında 8 sinif otağı, kimya və fizika laboratoriyaları, kompüter kabineti, kitabxana və digər tədris–təsərrüfat otaqları var. Məktəbdə videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb və telefon xətləri çəkilib. Binanın  istiliklə təmin olunması üçün qazanxana və nasosxana təmir olunub, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib. Həmçinin, internat məktəbi dayanıqlı elektrik enerjisi ilə təmin emək məqsədilə yeni yarımstansiya quraşdırılıb. Sonda internat məktəbinin direktoru Xanımqız Şükürova məktəbin pedaqoji kollektivi adından sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını bildirib.  

Təhsil naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək

Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 9 mart 2016-cı il tarixində saat 11:00-da Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 29 fevral və 1, 2, 3, 4 mart 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

SABAH qruplarının tələbələri pedaqoji təcrübə keçib

SABAH qruplarının tələbələri “Sağlam təhsil sinifləri”ndə pedaqoji təcrübəni başa vurublar. SABAH qrupları və “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarında İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri 1-15 fevral 2016-cı il tarixlərində qədər Bakı şəhərindəki 23, 26, 83, 114 və 214 nömrəli tam orta məktəblərin sağlam təhsil texnologiyalarının tətbiq edildiyi ibtidai siniflərində pedaqoji təcrübə keçiblər. Təcrübənin yekununda yüksək fəallıq göstərmiş tələbələr və təcrübənin müvəffəqiyyətli təşkilinə dəstək olduqlarına görə ibtidai sinif müəllimləri sertifikatla təltif ediliblər. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali məktəbdə fəaliyyət göstərən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH  qrupları ali təhsil sahəsi üzrə ən aparıcı layihələrdəndir.     “Sağlam Təhsil-Sağlam Millət” layihəsi isə ümumi təhsil məktəblərində təhsilalanların sağlamlığının qorunmasına, təlim və yaradıcılıq nailiyyətlərinin yüksəldilməsinə xidmət edir.

Təhsil müəssisələrində anım mərasimləri

Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrində sil­silə tədbirlər keçirilib. Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Təhsilalan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkil etdiyi anım mərasimlərində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə “Xocalı-əbədi qan yaddaşımız” mövzusunda müzakirələr aparılıb, “Xocalı harayı”  adlı təqdimatlar nümayiş  etdirilib. Tədbirlərdə Xocalı soyqırımını, eləcə də ermənilərin Qarabağda törətdikləri vəhşilikləri əks etdirən “Rənglərdə yaşayan Xocalım”, "Xocalı uşaqların gözü ilə" adlı sərgilərdə rəngkarlıq, qrafika, kompüter qrafikası ilə təqdim olunan əsərlər nümayiş olunub.  Uşaqların ifasında faciəyə həsr olunmuş şeirlər və  kompozisiyalar səsləndirilib. Tədbirlərdən sonra iştirakçılar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Yeni layihənin təqdimat mərasimi

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Norveçin Roqaland Təlim və Təhsil Fondu tərəfindən həyata keçirilən "Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib. Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanda peşə təhsili sahəsində həyata keçirilən islahatlara dəstək olmaq, gəmiçilik, dənizçilik, aqrar və balıqçılıq sahələri üzrə ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığı prosesinin səmərəli təşkili yollarını araşdırmaq, peşə təhsili sahəsində üçtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, işəgötürənlərin bu prosesə cəlb olunması və təhsilin məzmununun təkmilləşdirilməsidir. Layihə çərçivəsində qeyd edilən sahələr üzrə əmək bazarının tələblərinə uyğun kurikulumların hazırlanması, mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin yüksəldilməsi və müvafiq sahələr üzrə peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında tərəfdaşlıq əlaqələrinin yaradılması əsas hədəflərdəndir. Tədbirdə Təhsil Nazirliylinin və pilot ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri ilə yanaşı Norveçin Azərbaycandakı səfirliyinin və dövlət qurumlarının təmsilçiləri, eləcə də sahibkarlar iştirak ediblər. İştirakçılar birgə əməkdaşlığa və layihənin icrasına dair təkliflər irəli sürüblər. Görüşdə Norveçin ilk peşə-ixtisas təhsili sistemi və bu sistem çərçivəsində dövlət-biznes əməkdaşlığı barədə məlumat verilib. Həmçinin, Azərbaycanda peşə təhsilinin mövcud vəziyyəti, bu sahənin inkişafı üçün atılacaq addımlar və prespektivlər mövzusunda müzakirələr aparılıb.

Təhsil işçiləri Xocalı faciəsinin qurbanlarını anıblar

Azərbaycan Dillər Universitetində Xocalı  faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Bakı şəhərindəki ümumi təhsil, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin əməkdaşları iştirak ediblər. Qeyd edək ki, mərasim 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əlaqələndirilməsi üçün yaradılmış “Xocalıya Ədalət Beynəlxalq Kampaniyası” Beynəlxalq İctimai Birliyinin müraciətinə əsasən, Xocalı soyqrımı ilə bağlı təbliğat-maarifləndirmə məqsədilə təşkil olunub. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən mülki azərbaycanlıların qətlə yetirildiyini bildirib. C.Valehov bir gecədə yüzlərlə insanın vəhşicəsinə məhv edildiyini və Xocalı qətliamının bütün dünyada insanlığın faciəsi kimi qəbul olunduğunu vurğulayıb. Sonra çıxış edənlər Xocalıda azərbaycanlılara qarşı xüsusi amansızlıqla törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin, bu cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulayıblar. Onlar bu istiqamətdə 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlər haqqında danışıblar. Daha sonra anım mərasimi müzakirələrlə davam etdirilib, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının Baş koordinatoru Fərid Cəfərov təhsil işçilərinin çoxsaylı suallarını cavablandırıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı