Qanvermə aksiyası keçirilib
8 may–Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası keçirilib.
Artıq 3-cü ildir ki, təşkil edilən xeyriyyə aksiyasında Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müəllimlər fəal iştirak ediblər.
Aksiyada B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.
Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaq.
Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
