Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fizika, kimya, riyaziyyat və biologiya fənləri üzrə Naxçıvan MR-dən olan Respublika olimpiadası qaliblərin siyahısı

Fizika, kimya, riyaziyyat və biologiya fənləri üzrə Naxçıvan MR-dən olan Respublika olimpiadası qaliblərin siyahısı

İnformatika fənni üzrə Respublika olimpiadası qaliblərinin siyahısı

26-cı Respublika informatika olimpiadasinin qalibləri    

Biznes-forum keçirilib

Aprelin 20-də Təhsil Nazirliyi və “Caspian European Club”un (Caspian Business Club) birgə təşkilatçılığı ilə biznes-forum keçirilib. Forumda təhsil naziri Mikayıl Cabbarov, xarici ölkələrin Azərbaycandakı səfirləri, konsulluq əməkdaşları, ali məktəblərin rektorları, təhsil müəssisələrinin, beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak ediblər. Biznes-forumda təhsil sahəsində islahatlar və inkişaf perspektivləri, Təhsil Nazirliyi ilə biznes nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin biznes və dövlət qurumları arasında aktiv dialoqun təşkili üzrə məsələlər müzakirə olunub. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsilin inkişafı məsələlərinin müzakirəsini əhəmiyyətli hesab etdiyini bildirib, göstərilən fəaliyyət və nazirliyin həyata keçirdiyi layihələr, habelə Azərbaycanda ali təhsilin əsas aspektlərindən, peşə təhsili sistemində qarşıya çıxan məsələlərdən danışıb. Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkə rəhbərliyinin bu sahəyə verdiyi önəmini bir daha bariz nümayiş etdirir. Dövlət başçısının qarşıya qoyduğu əsas məqsəd neft və qazdan asılılığın azaldılmasından və qeyri-neft sektorunun inkişaf etdirilməsindən ibarət olduğunu deyən nazir bildirib ki,  bu inkişafın təmin edilməsi üçün əsas element məhz insan kapitalı olmalıdır. Qloballaşma dövründə ali təhsilin beynəlmiləlləşməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan nazir bildirib ki, bu prosesdə əsas rolu ölkənin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr oynayır. Əcnəbi tələbələr ali təhsil müəssisələri üçün əlavə maliyyələşmə mənbəyi olmaqla yanaşı, gənclərimiz arasında fərqli mədəniyyətlərlə inteqrasiyanı və multikulturalizmi təşviq etmək, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, yeni təcrübənin ölkəmizdə tətbiqi baxımından mühüm rola malikdirlər. Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 60-dan çox ölkədən 4500-dən artıq əcnəbi tələbənin təhsil aldığını deyən M.Cabbarov qeyd edib ki, nazirlik əcnəbi tələbələrin sayının artırılması istiqamətində ali təhsil müəssisələri ilə iş aparmaqdadır. Təhsil naziri qeyd edib ki, ölkənin müxtəlif regionlarında yeni iş yerlərinin açılması və demoqrafik yerdəyişmə fonunda regional təhsil komplekslərinin təsis olunması müxtəlif bölgələrdə keyfiyyətli təhsilin təmin olunmasına imkan yaradacaq. Bununla da həm məktəbəqədər, həm ümumi, həm də ilk peşə-ixtisas təhsilini əhatə etmək olar. İlk peşə-ixtisas təhsili ilə bağlı məsələlərə diqqət çəkən M.Cabbarov nazirlik tərəfindən sosial xarakterli geniş təbliğat kampaniyası keçirildiyini, “Müasir Azərbaycan Peşəkarları” (MAP) layihəsinin icra olunduğunu bildirib. Təhsil müəssisələri ilə işəgötürənlər arasında davamlı və qarşılıqlı faydalı əlaqələrin yaradılmasının labüd olduğunu deyən nazir qeyd edib ki, biznes qurumları cəmiyyət qarşısında korporativ məsuliyyətə daha çox diqqət ayırmalı və təhsil sistemi üçün prioritetlərin müəyyən edilməsinə, özünü doğrultmayan təcrübələrdən imtina edilməsinə dəstək göstərməlidir. Təhsil naziri inkişaf etmiş ölkələrdə innovasiyalar və yeni texnologiyaların əsasən, ali təhsil müəssisələrində aparılan elmi tədqiqatlar nəticəsində yarandığını söyləyib. Bu məhsulun əsas istehlakçısı isə adətən məhz biznes sektoru olur. Təhsil Nazirliyi 2015-ci ilin 22 dekabr tarixində “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalamaqla ölkənin bütün ali təhsil müəssisələri üçün şirkətin “Web of Science” və digər elektron akademik resurslarına çıxışı təmin edib. Nazir əlavə edib ki, akademik resurslar elmi araşdırmalar və innovasiyalar üçün yetərli deyil. Universitetlərimizə elmi tədqiqatları həyata keçirmək üçün laboratoriyalar, texniki avadanlıqlar və digər resurslar da lazımdır. Bu baxımdan ölkəmizin biznes sektorunun ali təhsil müəssisələri ilə əməkdaşlığına və müvafiq sərmayələr qoymasına ehtiyac yaranır. Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər tədris prosesinə cəlb olunmaqla, ixtisaslı kadrların hazırlanmasına təsir etmək imkanları əldə edə bilər. Təhsil müəssisələrinin əmək bazarı ilə sıx təmasda fəaliyyət göstərmələri isə onların verdiyi təhsilin müasir cəmiyyətin və iqtisadiyyatın tələblərinə daha uyğun olmasına və məzunlarının əmək bazarında daha asan yer tapmalarına səbəb olar. Tədbirdə təhsil naziri Mikayıl Cabbarova “Caspian European Club” şirkətinin fəxri üzvü sertifikatı təqdim olunub. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorlarına “Caspian European Club”un fəxri üzvlük sertifikatları təqdim edilib. Bundan əlavə, “Caspian European Club”un yeni şirkətlərinə - “Aggreko” (Middle East) və “Azerbaijan Representation of the European Azerbaijan Society”yə (TEAS) üzvlük sertifikatları verilib. Forumda çıxış edən “Caspian European Club” şirkətinin baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoq üçün, habelə tədbir zamanı “Caspian European Club” üzvlərinin təklif və xahişlərinə diqqətlə yanaşdığı üçün təhsil nazirinə təşəkkürünü bildirib. Biznes-forum çərçivəsində şirkətlərin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və Təhsil Nazirliyi ilə əməkdaşlıq yolları müzakirə olunub.

“Azərbaycan üçün öyrət” təhsil proqramının təqdimat mərasimi

Aprelin 19-da “Azərbaycan üçün öyrət” yeni təhsil proqramının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov, "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, millət vəkilləri, ölkənin təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar, şagirdlər və KİV təmsilçiləri iştirak ediblər. İştirakçıların özlərini məktəbdə hiss etmələri üçün tədbirin keçirildiyi məkan proqramın mahiyyətinə uyğun olaraq, “sinif otağı” konseptində hazırlanıb. Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. İştirakçılara şagirdlərin daha çox öyrənmək istəyini əks etdirən videoçarx nümayiş olunub.   Daha sonra “Azərbaycan üçün öyrət” (www.facebook.com/tfa.az: elektron poçt: info@tfa.az) yeni təhsil proqramının təqdimatı keçirilib, proqramın məqsədi, vəzifələri və proqramda iştirak imkanlarını əks etdirən videoçarx izlənilib. Proqramın təqdimatı zamanı bildirilib ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Proqram həmçinin, şagirdlərin dərsə olan maraq və həvəsini artırmağa xidmət edir. Təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarını salamlayıb və ‘’Azərbaycan üçün öyrət’’ təhsil proqramının əhəmiyyəti barədə fikirlərini bildirib. Nazir qeyd edib ki, proqram pilot olaraq Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərini əhatə edəcək. Proqram vasitəsilə yeni tədris yanaşmalarını tətbiq etmək, beynəlxalq və yerli səviyyədə təcrübə mübadiləsi aparmaq, şagirdlərin bilik səviyyəsinin artırılması və məktəbin uğur göstəricilərinin yüksəldilməsi imkanı qazanmaq mümkün olacaq. Təhsil naziri AMEA ilə əməkdaşlıq çərçivəsində “Elmdən təhsilə” təşəbbüsü üzrə alimlərin ümumi təhsil müəssisələrində dərs tədris etməsindən də danışıb. Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev gələcək nəslin inkişafına və keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına yönələn bu proqramın uğurla həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Sonda Təhsil Nazirliyi və “Kapital Bank” arasında proqramla bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.  

Məktəb icmaları üçün kitab marafonu

Məktəb icmaları üçün “Kitab Kvest-i” adlı müsabiqə elan olunub. Onlayn formatda keçiriləcək müsabiqədə uşaqlar, valideynlər və müəllimlər məktəb icmasının ən geniş oxu bilgisinə malik olan iştirakçısı adı uğrunda mübarizə aparacaqlar. Community.az portalı tərəfindən təşkil edilən müsabiqənin məqsədi şagirdlərin, müəllimlərin və valideynlərin ədəbiyyata olan maraqlarını artırmaqdır. Müsabiqənin şərtlərinə əsasən, kitab marafonunda iştirak etmək üçün “Bahar kitab marafonu” qrupuna daxil olmaq lazımdır (www.community.az). Qrupda müsabiqənin bütün mərhələlərinin sualları, həmçinin iştirakçılar haqqında məlumatlar yerləşdiriləcək. Sualların cavabını qrupun moderatoruna (“Bahar kitab marafonu” qrupunun moderatoru) şəxsi mesajla göndərmək lazımdır. Hər mərhələ bitdikdən sonra “Bahar kitab marafonu”nda bütün iştirakçıların göstərdikləri nəticələr, həmçinin növbəti mərhələyə keçənlərin siyahısı dərc olunacaq. Müsabiqə 3 mərhələdə keçiriləcək. Hər mərhələdə iştirakçılara dünya bədii ədəbiyyatı üzrə 10 sual veriləcək və hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Növbəti mərhələyə maksimal bal yığan iştirakçılar keçəcək. Kitab marafonu qaliblərinin adları mayın 11-də açıqlanacaq. Qaliblər portalın tərəfdaşları tərəfindən dəyərli  hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

Təhsil Nazirliyində növbəti mətbuat konfransı

Aprelin 19-da Təhsil Nazirliyində məktəb direktorlarının işə qəbulu imtahanı və Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən test imtahanının nəticələri məlum olub. Elektron ərizəsi təsdiq olunan 2260 nəfərdən 1591 nəfər imtahanda iştirak edib, 493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb. Bildirilib ki, məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə-imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilib. Hər namizədə 110 dəqiqə vaxt verilib. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 20 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub. Esse yazmaq üçün proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompüter vasitəsilə qeyd ediblər. İKT bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılıb. Mətbuat konfransında həmçinin, fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadalarının nəticələri haqqında məlumat verilib. Nəticələrə əsasən, 16 nəfər birinci, 33 nəfər ikinci, 54 nəfər üçüncü yeri qazanıb. Naxçıvan MR-nın şagirdlərinin nəticələri və İnformatika fənni üzrə ümumi  nəticələr  aprelin 19-da elan olunacaq. Bildirilib ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Birinci mərhələdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 27 500 IX, X və XI sinif şagirdi iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib. Fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271 şagird iştirak edib.  Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi isə 22-24 aprel 2016-cı il tarixlərində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək. Bu fənlər üzrə 415 şagird öz bilik və bacarığını nümayiş etdirəcək.  

Futzal üzrə Respublika birinciliyinə start verilib

Aprelin 18-də Bakı İdman Sarayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyinin açılış mərasimi keçirilib. Mərasimdən  öncə komandalar arenaya dəvət olunub və Dövlət Himni səsləndirilib. Tədbirdə təhsil nazirinin müavinləri, AFFA prezidenti Rövnəq  Abdullayev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin, Futzal Futbol Federasiyasının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Mərasimdə çıxış edən təhsil nazirinin müavini F.Qurbanov bildirib ki, ilk dəfə təşkil edilən yarışın məqsədi ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında futbolun kütləviliyini artırmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən nazir müavini ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında mütəmadi olaraq yarış, turnir və çempionatların təşkil olunduğunu söyləyib. Nazir müavini bildirib ki, Azərbaycan “I Avropa Oyunları” ilə dünyanın diqqət mərkəzinə çevrilib, iyun ayında isə "Formula-1” Avropa Qran-Prisi ilə yenidən idman tarixində mühüm hadisəyə imza atacaq. Sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanan futzal üzrə milli komandanın üzvü Rizvan Fərzəliyevə hədiyyə təqdim olunub. Tədbirin rəsmi hissəsindən sonra komandalar meydana çıxıb. Açılış oyununda topa ilk toxunan futbol üzrə milli komandanın və "Qarabağ" klubunun üzvü Rəşad Sadıqov və futzal üzrə milli komandanın üzvü Rizvan Fərzəliyev olub. İlk oyun Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları arasında keçirilib. Qeyd edək ki, Respublika birinciliyində 40-a yaxın komandanın iştirakı nəzərdə tutulur. Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.  

Təhsil Nazirliyi təlim keçirib

Aprelin 18-də rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) saytının və sosial şəbəkələrdəki səhifəsinin idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı təlim keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən təlimdə Təhsil Nazirliyinin əməkdaşları,  rayon( şəhər) təhsil şöbələrinin (idarələrinin) nümayəndələri iştirak ediblər. Tədbirdə iştirakçılara rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) saytının və sosial şəbəkələrdəki səhifəsinin idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı informasiyalar verilib, sosial şəbəkələrdə şəhər və rayon təhsil şöbələrinin səhifələri üçün tələblər, sosial şəbəkələrdən istifadə və səhifələrin nizamlanması qaydaları izah olunub. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) saytının idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi əyani olaraq göstərilib. Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb və müvafiq təkliflər dinlənilib.

"Fizika, riyaziyyat, kimya və biologiya fənləri üzrə Respublika fənn olimpiadalarının mükafatçıları

Bu fənlər üzrə  Naxçıvan MR-nın şagirdlərinin nəticələri və İnformatika fənni üzrə ümumi  nəticələr  19 aprel 2016-cı il tarixdə elan ediləcəkdir.  Biologiya, X-XI-sinif Biologiya, IX-sinif Fizika, X-XI-sinif Fizika, IX-sinif Kimya, X-XI-sinif Kimya, IX-sinif Riyaziyyat, X-XI-sinif Riyaziyyat, IX-sinif

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri

Biologiya, X-XI-sinif Biologiya, IX-sinif Fizika, X-XI-sinif Fizika, IX-sinif Kimya, X-XI-sinif Kimya, IX-sinif Riyaziyyat, X-XI-sinif Riyaziyyat, IX-sinif

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı