Təhsil Nazirliyi təlim keçirib
Aprelin 18-də rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) saytının və sosial şəbəkələrdəki səhifəsinin idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı təlim keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən təlimdə Təhsil Nazirliyinin əməkdaşları, rayon( şəhər) təhsil şöbələrinin (idarələrinin) nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirakçılara rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) saytının və sosial şəbəkələrdəki səhifəsinin idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı informasiyalar verilib, sosial şəbəkələrdə şəhər və rayon təhsil şöbələrinin səhifələri üçün tələblər, sosial şəbəkələrdən istifadə və səhifələrin nizamlanması qaydaları izah olunub.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) saytının idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi əyani olaraq göstərilib.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb və müvafiq təkliflər dinlənilib.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
