Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İngilis dili müəllimləri Londonda səfərdə olublar

Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı, BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən “İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi Böyük Britaniyanın paytaxtı London şəhərində səfərdə olublar. Səfərdə Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasov, “British Council” təşkilatının layihə meneceri Flora Poladova, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarının 10 ingilis dili müəllimi iştirak edib. Səfərin əsas məqsədi Böyük Britaniya ekspertlərinin təcrübəsini və mövcud müasir tədris resurslarından istifadə qaydasını öyrənərək qarşılıqlı müzakirələrdə iştirak etmək, ümumtəhsil müəssisələrində dərs deyən ingilis dili müəllimlərinin peşəkar inkişafına nail olmaqdır. Müəllimlər üçün təlimlər təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılıb. Təlim prosesində dərsin planlaşdırılması, müvafiq tədris resurslarının seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları, pedaqoji prosesin idarə edilməsi, praktik tədris bacarıqlarına yiyələnmə və digər sahələr üzrə müəllimlərə kompetensiyalar aşılanıb. Təlimin sonunda hər bir müəllimin bacarıqları fərdi şəkildə qiymətləndirilib və müvafiq tövsiyələri əks etdirən nəticələr təlim iştirakçılarına təqdim edilib. Müəllimlərə beynəlxalq səviyyəli sertifikatlar verilib. Təlim səfərinin özəl cəhətlərindən biri də hər bir müəllimin ingilis ailələrində qalması, həmin ailələrdə onlar üçün şəraitin təmin edilməsi, ingilis dili daşıyıcıları ilə birbaşa ünsiyyət imkanlarının yaradılması olub. Müəllimlər bir həftə müddətində ingilis ailələlərində yaşamaqla həmin xalqın adət-ənənəsi və mədəniyyəti ilə tanış olub, eyni zamanda qaldıqları ailələrə Azərbaycan mədəniyyəti və milli dəyərləri barədə məlumatlar veriblər. Qeyd edək ki, Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində 2016-cı ilin aprel ayından BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən “İcmalar üçün ingilis dili” layihəsi həyata keçirilir. Məşğulluq səviyyəsini qaldırmaq üçün Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarındakı müəllimlərin ingilis dili və tədris bacarıqlarının inkişaf etdirilməsi yolu ilə icma üzvlərinə birbaşa keyfiyyətli tədrisin təmin olunması məqsədi daşıyır.  Layihə çərçivəsində sözügedən rayonlar üzrə 10 ümumi təhsil müəssisəsini təmsil edən 75 ingilis dili müəllimi “British Council” təşkilatının xüsusi təlimçiləri tərəfindən keçirilən 15 günlük  (120 saat) təlimdə iştirak ediblər. Təlim iştirakçıları arasından seçilmiş müəllimlər öz icmalarında 150-dən artıq icma üzvünün iştirak etdiyi kurslarda 120 saatlıq ingilis dili  tədris ediblər.

Cüdo idman növü üzrə birincilik keçirilib

Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə Bakı şəhəri 16 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin cüdo idman növü üzrə 14-17 yaşlı idmançılar arasında açıq birinciliyi keçirilib. Birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, şagirdlərin cüdo idman növünə olan marağının artırılmasından ibarət olub. Açılış mərasimində millət vəkili Dilarə Cəbrayılova, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil edilən yarışların əhəmiyyətindən danışıblar. Oğlan və qızlar arasında müxtəlif çəki dərəcələri üzrə keçirilən yarışa 120 nəfərə yaxın idmançı qatılıb. Qaliblər kubok, diplom və medalları ilə təltif olunub.

Qalereyada “Açıq qapı” günü keçirilib

Martın 26-da Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında növbəti “Açıq qapı” günü keçirilib. Qalereyanın dərnək rəhbərləri tərəfindən Novruz bayramı və yaz fəsli mövzusunda 24 ustad dərs keçirilib. Dərnək üzvlərinə rəsm, dekorativ-tətbiqi fəaliyyət, applikasiya, konstruksiya, ebru, kuklalar, rəqəmsal təsvir, animasiyalar, robot texnikası ilə bağlı məlumat verilib. Dərslərdə 4-17 yaş arasında, ümumilikdə 300-ə yaxın uşaq və gənc iştirak edib. Ustad dərslərində daha çox milli adət-ənələrimizi əks etdirən rəsm və əl işləri yer alıb. Uşaqlar milli geyimlərin forma, parça və naxışları ilə tanış olub, kəlağayının rəsmini çəkiblər. Həmçinin, kompüterdə mövzunu əhatə edən qrafik təsvirlər də yaradıblar. Təsviri Sənət Qalereyasında robot-texnika ilə tanışlıq üçün ayrıca stend yaradılıb. Təqdim edilən “LEGO Robotlar” əyani şəkildə nümayiş olunub. Uşaqlar əlavə proqramlaşdırma bacarıqlarını da sınaqdan keçiriblər. Tədbirdə Türkiyənin İstanbul və Mersin şəhərlərində keçirilən iki beynəlxalq müsabiqədə qalib gələn dərnək üzvlərinə Türkiyə tərəfindən göndərilən təşəkkürnamələr təqdim edilib. “Açıq qapı” günlərinin keçirilməsi uşaq və gənclərin estetik zövqünün formalaşdırılması, onların asudə vaxtının səmərəli təşkili, incəsənətə, təsviri və dekorativ yaradıcılığa marağın artırılması və istedadlı uşaqların üzə çıxarılması məqsədini daşıyır.

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

Martın 25-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib. Bu mərhələdə bütün bölgələrdən 8-11-ci sinif şagirdləri olmaqla 114 nəfər iştirak edəcək. İştirakçılar 4 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-ci il 7 noyabr tarixli əmrinə müvafiq olaraq keçirilir. Bu müsabiqə həmçinin Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 2014-cü il 16 dekabr tarixli əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 30 minə yaxın şagird iştirak edib, onların arasından fərqlənən 4665 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşdırılıb və bölgələrdən qalib hesab edilən 114 nəfər şagirdin siyahısı ölkə mərhələsində iştirak üçün Nazirliyə təqdim olunub. Onlardan 9 nəfəri VIII, 30 nəfəri IX, 35 nəfəri X, 40 nəfəri XI sinif şagirdidir. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

2017-2018-ci tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 10-cu siniflərinin istifadəsi üçün nəzərdə tutulan, ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərsliklərə və həmin dərsliklər üzrə müəllimlərin işləməsi üçün hazırlanmış metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.  Bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilir və yaxın müddətdə bütün layihələrin saytda yerləşdirilməsi başa çatacaqdır. Sayta daxil olaraq “İctimai müzakirə” bölməsində yerləşdirilmiş istənilən dərslik və metodik vəsaitin PDF variantı ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İrad və təkliflər  derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər. Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Ötən ildən etibarən, təhsilalanların  ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib, 233 nəfər seçdikləri Ali təhsil müəssisələrinə köçürülüb.   Tələbələrin təəssüratlarını təqdim edirik:   Aysel Mirzəyeva – Azərbaycan Tibb Universitetinin tələbəsi Mənim üçün çox gözlənilməz oldu. Proses o qədər dəqiqlik, qanunauyğunluqla oldu ki. Mən Təhsil Nazirliyinə tələbələr üçün belə bir şərait yaratdıqları üçün təşəkkür edirəm. Köçürülmənin təsdiq olunması ilə bağlı əmri çıxdıqdan sonra qısa bir müddətdə köçürülmə işləri tamamlandı və mən bir həftədir rahatlıqla yeni qrupla dərsə gedirəm. Əvvəl Azərbaycan Tibb Universitetinin  tibbi profilaktika fakültəsində təhsil alırdım, hazırda təhsilimi Müalicə işi fakültəsində davam etdirirəm. İnanıram ki, bu şansdan istifadə edib, inamları doğrulda biləcəyəm. Həsənağa Ağaquliyev –  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Türkiyənin Bilkent Universitetində təhsil alırdım. Tələbələrin köçürülməsi üçün yaradılan Transfer.edu.az portalından istifadə etdim. Tələb olunan sənədləri yüklədim və nəticə müsbət oldu. Hazırda mən Azərbaycan Dövlət Neft və  Sənaye Universitetində kompüter elmləri üzrə təhsil alıram. Yaradılan şərait üçün çox təşəkkürümü bildirirəm.   Günay Əsgərova – Azərbaycan Dillər Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici dillər ixtisasi üzrə təhsil alırdım. Lakin ixtisasım o qədər ürəyimcə deyildi. Transfer.edu.az protalı fəaliyyətə başladıqdan sonra mən də bu imkandan istifadə etmək qərarına gəldim, sənədlərimi yüklədim və köçürülmə ilə bağlı cavab aldım. Hazırda Azərbaycan Dillər Universitetində Regionşünaslıq( Böyük Britaniya) ixtisası üzrə təhsilimi davam etdirirəm.  

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçiriləcək

Martın 25-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. Müsabiqənin ölkə mərhələsində bütün bölgələrdən 8-11-ci sinif şagirdləri olmaqla 114 nəfər iştirak edəcək. Birinci mərhələdə iştirakçılar 4 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar. Şagirdlərin yazı işləri Təhsil Nazirlyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar. Qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-ci il 7 noyabr tarixli əmrinə müvafiq olaraq keçirilir. Bu müsabiqə həmçinin Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 2014-cü il 16 dekabr tarixli əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdən ibarətdir.

Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək

21-26 mart tarixlərində respublikanın regionlarında yerləşən dövlət uşaq müəssisələrinin şagirdləri üçün Bakı şəhərinə ekskursiyaların təşkili planlaşdırılır. Məqsəd şagirdlərin yaz tətillərini səmərəli təşkil etmək, onları mədəni-tarixi abidələr və muzeylərlə tanış olmalarına şərait yaratmaqdır. Tətil müddətində regionlardakı müəssisələrdən gələn şagirdlər Bakı şəhərində fəaliyyət göstərən internat məktəblərində qonaq olacaqlar. Şəhidlər Xiyabanı, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (Qız qalası, Şirvanşahlar sarayı), Qala Dövlət Tarix Etnoqrafiya qoruğu, Dövlət Bayraq MeydanıAzərbaycan Milli İncəsənət Muzeyində və digər tarixi yerlərə təşkil ediləcək ekskursiyalarda regionlardan gələn şagirdlərlə yanaşı, ev sahibliyi edəcək internat məktəblərinin şagirdləri də iştirak edəcəkdir. Bundan başqa Bakı şəhərində yerləşən müəssisələrdə şagirdlər üçün əyləncəli proqramların təşkili də nəzərdə tutulub.

“Novruz mühazirəsi” keçirilib

Martın 17-də Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə növbəti “Novruz mühazirəsi” keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, təhsil ekspertləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak edib. Görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uaytın “Dil və mədəniyyət” mövzusunda mühazirəsi dinlənilib. Dil və mədəniyyətin qarşılıqlı təsir vasitələrindən danışan mühazirəçi burada dil faktorunun yaratdığı ünsiyyət imkanları ilə mədəniyyətin özünütənqidetmə formulunun əsas rol oynadığını bildirib. Elzabet Uayt tarixdən bir sıra misallar çəkərək kulturoloji mahiyyətin vacibliyindən danışıb və qloballaşan dünyada dil fenomeninin təsiredici gücünün çox olduğunu qeyd edib. Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Fevralın ayından start verilən “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Qeyd edək ki, Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri,  ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.

Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsinə 534 şagird  vəsiqə qazanıb. Şagirdlərin nəticələri rayon (şəhər) təhsil şöbələrinə( idarələrinə) göndərilib. Olimpiada iştirakçıları nəticələrini oxuduqları məktəblərdən əldə edə bilərlər. Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər. Respublika fənn olimpiadalarının final turu aprel ayında keçiriləcək. Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon(şəhər) mərhələsi  yanvarın 15-də keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı