Cüdo idman növü üzrə birincilik keçirilib
Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə Bakı şəhəri 16 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin cüdo idman növü üzrə 14-17 yaşlı idmançılar arasında açıq birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, şagirdlərin cüdo idman növünə olan marağının artırılmasından ibarət olub.
Açılış mərasimində millət vəkili Dilarə Cəbrayılova, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil edilən yarışların əhəmiyyətindən danışıblar.
Oğlan və qızlar arasında müxtəlif çəki dərəcələri üzrə keçirilən yarışa 120 nəfərə yaxın idmançı qatılıb.
Qaliblər kubok, diplom və medalları ilə təltif olunub.
9 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
21.04.2026 - 10:40 -
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36
