Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri “Qala” konsertində iştirak edib

Respublika Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupunun üzvləri Türkiyənin Nevşehir stadionunda “Qala” konsertində iştirak edib. Səfər çərçivəsində Bakı şəhəri Uşaq Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupu və “Çiçəyim” uşaq teatr studiyasının üzvləri Fəthiyyə, Quba Rayon Uşaq Yaradıcılıq Mərkəzinin “Könül” rəqs qrupunun üzvləri Bartın, Mingəçevir Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin “Sevinc” rəqs qrupunun üzvləri Yalova şəhərində festivala qatılıblar. Bir həftəlik səfərdə olan rəqs qrupları  müxtəlif  diplom və hədiyyələr ilə mükafatlandırılıblar.

Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Mayın 4-də Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilib. Tovuz Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 6 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. Qiymətləndirmə 3 gün davam edəcək. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. 

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 3-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət və qayğı göstərib, bu sahənin cəmiyyətdə rolunu, şəxsiyyətin formalaşmasında əhəmiyyətini yüksək qiymətləndirib. Nazir dahi şəxsiyyətin təhsillə bağlı dəyərli ideyalarının ölkəmizdə təhsil islahatlarının istiqamətlərini müəyyənləşdirdiyini, onun tövsiyələrinin təhsil sisteminin əsas proqramına çevrildiyini vurğulayıb. Ulu öndər tərəfindən əsası qoyulan mühüm islahatların son 14 ildə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən təhsil naziri ölkənin sosial-iqtisadi, intellektual-mənəvi yüksəlişinə güclü təkan verildiyini və inkişafın Azərbaycan modelinin formalaşdırıldığını diqqətə çatdırıb. Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin təhsil fəlsəfəsinin bu gün də öz bəhrəsini verdiyini və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil etdiyini vurğulayıb. Son illərdə təhsil islahatlarının yeni düşüncəli, geniş dünyagörüşlü, səriştəli və bacarıqlı gənclərin hazırlanmasına yönəldiyini qeyd edən  nazir təhsilin keyfiyyətinin artırılmasının başlıca hədəf olduğunu deyib. Nazir qeyd edib ki, gənclərimizin əsl vətəndaş kimi yetişdirilməsi üçün hər bir məktəblinin vətənə məhəbbət ruhunda tərbiyə olunması, milli özünüdərkmə və milli iftixar hissinin  aşılanması mühüm əhəmiyyət kəsb edir. Təhsil naziri ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsində mühüm rolunu vurğulayıb, müsabiqənin qaliblərini təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin gənc nəslin ümummilli lider Heydər Əliyevin zəngin irsini daha dərindən öyrənməsinə, şagirdlərdə azərbaycançılıq məfkurəsinin formalaşmasına və onların layiqli vətəndaş kimi yetişməsinə müsbət təsir etdiyini bildirib. Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği baxımından bu müsabiqənin rolunu diqqətə çatdırıb, qalibləri qazandıqları uğur münasibətilə təbrik ediblər. Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 9 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.  

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və  tələbələrinin Respublika bədii yaradıcılıq festivalının yekun konserti keçirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş bu festivalın ənənəvi olaraq hər il təşkil edildiyini deyib. Nazir müavini bildirib ki, festivalda 14 ali, 17 orta ixtisas, 18 ilk peşə-ixtisas təhsili müəssisəsinin bədii özfəaliyyət kollektivləri iştirak edib. Firudin Qurbanov festivalın keçirilməsində əməyi olan hər kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür edib və tələbələrə uğurlar arzulayıb. Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika  Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək bədii yaradıcılıq festivalının gənclərin asudə vaxtının səmərəli təşkil olunması, istedadlı gənclərin aşkarlanması baxımından rolunu qeyd edib. Konsertdə incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər və musiqiçilər çıxış ediblər. Festivalın keçirilməsində məqsəd tələbə və şagirdlərin milli vətənpərvərlik, mədəniyyət və incəsənətimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi, qabiliyyətlərinin inkişaf etdirilməsi və istedadlı gənclərin üzə çıxarılmasıdır. Festivalın birinci mərhələsində 1000-ə yaxın şagird və tələbə öz bacarıq və istedadlarını nümayiş etdirib. Bu il keçirilən festivalda ötən illərdən fərqli olaraq,  orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri də qatılıb. Yekun konsertdə 250-yə yaxın şagird və tələbə iştirak edib. Seçimlər xalq artistləri, tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. Münsiflər heyətinin qərarı ilə 12 qalib I yerə, 11 qalib II yerə, 10 qalib isə III yerə layiq görülüb. Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar. Həmçinin fəal iştirakçılara diplomlar təqdim ediləcək.  

Respublika şahmat festivalı başa çatıb

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalının final yarışlarına yekun vurulub. Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən yarışlara 400-ə yaxın şagird qatılıb. Şəxsi-komanda xarakteri daşıyan yarışlar İsveçrə sistemi üzrə keçirilib, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olub. Komanda hesabında I yeri Nərimanov, II yeri Ucar, III yeri Suraxanı rayonunun məktəbliləri tutub. Siniflər üzrə oğlan və qızlar arasında və komanda hesabında qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə, fərqlənən şahmatçılar diplomla təltif olunub. Qeyd edək ki, festivalın I mərhələsi respublika üzrə “Şahmat” fənni tədris olunan beş yüzə yaxın pilot məktəbdən üç min nəfərdən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak etmək hüququ qazanıb.

Şəmkir müəllimləri “Bizim müəllim” layihəsində

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Şəmkir  rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16 593 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 16593 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14146 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2447 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 129 sənəd (544 məktub, 368 ərizə, 217 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi, ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul, müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı olub. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3 449 zəng) və çərşənbə axşamı (2 846 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (574 müraciət) və cümə (524 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

6000 min nəfərə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

4-6 may 2017-ci il tarixlərində Tovuz Olimpiya İdman Kompleksində Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə 6 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər. Qeyd edək ki, 16-21 aprel 2017-ci il tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 10 min nəfərdən çox müəllim iştirak edib. 25-30 aprel 2017-ci il tarixlərində isə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan 12 min nəfərə yaxın müəllimin qiymətləndirilməsi aparılıb.

SABAH qruplarının tələbələri “Azercell”də təcrübə keçəcəklər

Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin “Azercell Telekom" MMC ilə əməkdaşlığı çərçivəsində bu qrupların tələbələri üçün “Yay Tələbə Təcrübə Proqramı” elan edilib. Proqram tərəflər arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir. “Yay Tələbə Təcrübə Proqramı”na qoşulmaq istəyən SABAH qruplarının 3-cü və 4-cü kurs tələbələri mayın 8-dək müraciət edə bilərlər. Seçilən SABAH tələbələri iyulun 1-də başlayacaq proqram çərçivəsində “Azercell Telekom”da 2 ay təcrübə keçmək şansı əldə etməklə nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı qazanacaqlar. Qeyd edək ki, SABAH qruplarının “Azercell Telekom”la əməkdaşlığı çərçivəsində təqaüd proqramı üzrə elan olunmuş yerlərin 50 faizi SABAH qrupları tələbələri üçün ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün “Azercell Plaza”ya tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz brendini yarat” mövzularında qısa sessiyalar təşkil olunub. Həmçinin İnsan qaynaqları departamentinin əməkdaşları 17-20 fevral tarixlərində SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.

“Cırtdan və dostları” adlı nağıl-tamaşa keçirilib

Aprelin 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Cırtdan və dostları” adlı nağıl-tamaşa keçirilib. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi uşaqların ədəbiyyata, folklorumuza, xalq nağıllarımıza və mütaliəyə olan maraqlarını artırmaqdır. “Çiçəyim” uşaq teatr studiyasının balaca aktyorlarının,  “Azəri inciləri” rəqs kollektivinin qruplarının bir-birindən maraqlı səhnəcikləri nümayiş olunub. Tədbirdə Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, xalq rəssamı Arif Hüseynov, “Sehrli dünya” jurnalının redaktoru Gülzar İbrahimova, uşaq yazarları Sevinc Nuruqızı, Solmaz Amanova və başqaları iştirak ediblər.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı