Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Futbol turnirinin qalibi bəlli olub

Paytaxt məktəblilərinin “Yay məktəbi” çərçivəsində təşkil olunmuş futbol yarışı başa çatıb. İyulun 27-də “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”ndə iştirak edən şagirdlər arasında təşkil olunan futbol üzrə yarışların final mərhələsi keçirilib.   Final oyunlarını təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayev və “Yay məktəbi”nin  iştirakçıları izləyiblər. Yarışlara 3 həftə ərzində Bakı şəhəri üzrə “Yay məktəbi”nin əhatə etdiyi 18 ümumi təhsil müəsssisəsinin V-VI sinif şagirdlərindən ibarət futbol komandaları qatılıb.   Seçmə yarışların nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57, 95, 194 nömrəli tam orta məktəblərin və 166 nömrəli məktəb-liseyin komandaları finala yüksəliblər. Final qarşılaşmalarında 166 nömrəli məktəb-liseyin komandası I, 57, 95 və 194 nömrəli məktəblərin komandaları isə müvafiq olaraq, II, III, IV yerləri tutublar. Yarışlarda I yerə layiq görülən komandaya kubok, medal, sertifikat, II yeri qazanan komandaya medal və sertifikat, III yeri tutan komandaya isə sertifikat təqdim olunub.   Qeyd edək ki, “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır. “Yay məktəbi” iyulun 3-dən 28-dək V-VI, avqustun 1-dən 31-dək isə VII-VIII sinif şagirdləri üçün nəzərdə tutulur. Bu müddətdə 1000-dən çox şagird üçün təlim, seminar, informativ sessiya, idman yarışları və əyləncəli saatların təşkil olunması planlaşdırılır.  Xatırladaq ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

UFAZ-a qəbul imtahanı keçirilib

İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov, Strasburq universitetinin prorektoru Filip Turek, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və KİV nümayəndələri imtahan prosesini izləyiblər. Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500-dən çox bal toplayan  428 nəfər abituriyent UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur. İki saat davam edən imtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb, ingilis dilində qrammatik çalışma və  esse yazıblar. İmtahan nəticələri iyulun 28-də elan olunacaq. Ötən tədris ilində 141 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 21 nəfəri isə ödənişli əsaslarla təhsil alır. UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar. Sonda imtahan prosesini izləyən Strasburq Universitetinin nümayəndələri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Məktəblilərimiz beynəlxalq olimpiadada medal qazanıb

16-24 iyulda  İndoneziyanın Yogyakarta şəhərində məktəblilərin 48-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. 87 ölkədən 424 məktəblinin qatıldığı olimpiadada şagirdlərimiz də iştirak edib.  4 nəfərdən ibarət komandamız üzvləri nəzəri və praktiki mərhələrdə öz bilik və bacarıqlarını nümayiş etdirərək,  1 bürünc, 2 həvəsləndirici mükafata layiq görülüblər.  Gəncə şəhər 26 nömrəli orta məktəb- lisey kompleksinin eksperimental pilot siniflərinin şagirdi Fərhad Abdullayev bürünc medal, Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar liseyin eksperimental pilot siniflərinin şagirdi Emil Əlizadə və  Quba şəhəri Texniki təmayüllü liseyin eksperimental pilot siniflərinin şagirdi Səbuhi Mikayılov həvəsləndirici mükafat qazanıblar. Şagirdlər il ərzində Təhsil Naziliyi tərəfindən təşkil olunmuş olimpiadalara hazırlıq mərkəzlərində beynəlxalq olimpiadalara müntəzəm və planlı şəkildə hazırlaşırlar. Beynəlxalq fənn olimpiadalarında sistematik hazırlıq işlərinin görülməsi məqsədilə  Bakı şəhərində yaradılmış olimpiada mərkəzlərində yerli və əncəbi mütəxəssislərin köməyi ilə hazırlıq prosesi həyata keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayıb

İyulun 25-də ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib.  Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən imtahanda 4 min nəfərə yaxın şəxs imtahan verib.  Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib. İmtahanlarda iştirak edəcək müəllimlər www.miq.edu.az saytına daxil olmaqla  “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər.  İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur. İmtahanlar avqustun 5 -dək davam edəcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan  daha bir yeniliyə əsasən ötən il  keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak etmək imkanı əldə ediblər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.

AMEA Yüksək Texnologiyalar Parkında görüş keçirilib

İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar (YT) Parkı ilə tanışlıq məqsədi ilə tədbir keçirilib. Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov iştirak edib. Öncə AMEA Təcrübə-Sənaye Zavodunun və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Sonra tədbir iştirakçıları pilotsuz uçan aparatların istehsal sahələri, AMEA YT Parkın Mərkəzləşdirilmiş analitik laboratoriyası, o cümlədən Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Mühəndislik Universiteti (BMU) və Bakı Ali Neft Məktəbinin bakalavriat və magistrantlarından ibarət qrupların yaradılaraq AMEA YT Parkda perspektiv layihələrə cəlb edilməsi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Tədbirdə çıxış edən Akademiyanın prezidenti Akif Əlizadə AMEA və BMU arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, yaxın vaxtlarda Biznes İnkubasiya Mərkəzinin fəaliyyətə başlayacağını diqqətə çatdıraraq, Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq sayəsində mühüm nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib. Təhsil naziri Mikayıl Cabbarov elm və təhsilin inteqrasiyasının, bu sahədə həyata keçirilən islahatların ölkəmizin davamlı inkişafındakı rolundan danışıb. Hazırda biliklərin kommersiyalaşdırılması, istedadlı gənclərin biznes ideyalarının dəstəklənməsi istiqamətində bir sıra işlər görüldüyünü qeyd edən təhsil naziri elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platforması kimi YT Parkın imkanlarından geniş şəkildə istifadə etmək məqsədilə layihələr həyata keçiriləcəyini vurğulayıb. Təhsil Nazirliyi ilə YT Park arasında əməkdaşlıq mexanizmini müəyyənləşdirmək üçün İşçi Qrupunun yaradılacağını əlavə edən Mikayıl Cabbarov iki qurumun gələcəkdə də birgə əməkdaşlığının vacibliyini vurğulayıb. Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli,  AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru Vüqar Babayev çıxış edərək elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platforması kimi Yüksək Texnologiyalar Parkının imkanlarından danışıblar.  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilir

İyulun 25-də Azərbaycan Texniki Universitetinin idman zalında ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start veriləcək . Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt veriləcək. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib. İmtahanlarda iştirak edəcək müəllimlər www.miq.edu.az saytına daxil olmaqla  “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər.  İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur. İmtahanlar avqustun 5 -dək davam edəcək. İşə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan  daha bir yeniliyə əsasən ötən il  keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak etmək imkanı əldə ediblər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.

Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlər

"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə öyrədici təlimlərə start verilib. YUNİSEF-in maliyyə və metodik dəstəyi ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən aparılan təlimlər Ucar, Sabirabad, Zaqatala, Astara, Lənkəran, Qax rayonlarında təşkil edilib. Ötən dərs ilində məktəbəhazırlıq qruplarında işin gedişatı İnstitut tərəfindən monitorinq edilib, müəllimlərin üzləşdiyi metodik problemlər qeydə alınıb və  onun əsasında təlim proqramı təkmilləşdirilib. Əvvəlki ildə təlimçi kimi fəaliyyət göstərmiş müəllimlərdən 59 nəfəri mart - iyun aylarında dərinləşdirilmiş proqram üzrə təlim keçib. Təlimlərə nəzarət məqsədilə İnstitutda monitorinq qrupu yaradılıb, “Qaynar xətt” fəaliyyətə başlayıb. Məktəbəhazırlıq məsələləri üzrə ekspert təlimçilərə telefon və elektron poçt vasitəsilə məsləhətçi xidməti göstərir. Proqram çərçivəsində müəllimlər "Məktəbəhazırlığın məqsəd və vəzifələri", "İnkişaf və təlim standartları", "5 yaşlı uşağın fiziologiyası, psixoloji xüsusiyyətləri, öyrənmə formaları", "Uşağın inkişafında oyunların rolu", "Ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları", "Perspektiv və cari planlaşdırma" və digər mövzularda praktik məşğələlərdə iştirak edəcəklər.

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start verilir

İyulun 24-də Təhsil Nazirliyində  “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində start veriləcək yay məktəbi ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda təhsil nazirinin müavini, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin, tələbələrin  bilik və dünyagörüşünün artırılmasıdır. Nazir müavini layihənin bölgələrdə yaşayan və ya təhsil alan, akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına, eləcə də dünyagörüşünün formalaşmasına təsir etmək, onlara informasiya texnologiyalarından istifadədə, iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar vermək olduğunu vurğulayıb. İyulun 31-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 8 bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində,  intellektual yarışlarda iştirak edəcək. “Təhsil avtobusu - 2017” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. 2016-cı ildə keçirilən proqram nəticəsində 8 gün ərzində 2000 km yol qət edilib, Bakı və 4 rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda-öyrədici oyunları keçirilib. Yay məktəbi Təhsil Nazirliyi“Engin” LTD MMC, “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası,“ARB TV”“ASAN xidmət”“Bir” Tələbə-Könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi“SABAH” qrupları“Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir. Layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV” və “Təhsil TV”-dir.  

Məktəblilərin ekoloji yay düşərgəsi

Qəbələ rayonunda “Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində “Zubrları təbiətimizə qaytaraq!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib. IDEA İctimai Birliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin iştirakı ilə təşkil edilən düşərgədə Qəbələ rayonunun Bunud, Vəndam, Tüntül, Yengicə, Nohurqışlaq, Əmirvan, Bılıx, Topbağ və Məlikli kəndlərinin məktəbliləri iştirak edib. Yay düşərgəsinin əsas məqsədi  zubrların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onlarda məktəb yaşlarından ətraf mühitə, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır. Düşərgə zamanı iştirakçılar zubrların həyat tərzi, reintroduksiya olunacağı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edərək, bu nadir növün zəngin təbiətimizə qaytarılması məqsədilə həyata keçirilən reintroduksiya layihəsi haqqında seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər. Məktəblilər Yengicə kəndinə ekskursiya zamanı zubrların həyat  tərzi ilə yaxından tanış olublar. Azərbaycanın zəngin təbiətində əsrlər boyu məskunlaşan zubrların son fərdlərinə keçən əsrin sonlarında Qafqaz dağının ətəyində rast gəlinib. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb. Bundan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən zubrların reintroduksiyası ilə bağlı birgə layihəyə başlanıb. Layihə çərçivəsində Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilməkdədir.

Modul tipli məktəblərin quraşdırılması davam edir

Ölkəmizdə modul tipli məktəblərin quraşdırılması davam edir. Bu günədək 30 modul tipli məktəbin quraşdırılması başa çatıb, 35 məktəbdə isə bu sahədə iş davam etdirilir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.  Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı