Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlər
"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə öyrədici təlimlərə start verilib. YUNİSEF-in maliyyə və metodik dəstəyi ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən aparılan təlimlər Ucar, Sabirabad, Zaqatala, Astara, Lənkəran, Qax rayonlarında təşkil edilib.
Ötən dərs ilində məktəbəhazırlıq qruplarında işin gedişatı İnstitut tərəfindən monitorinq edilib, müəllimlərin üzləşdiyi metodik problemlər qeydə alınıb və onun əsasında təlim proqramı təkmilləşdirilib. Əvvəlki ildə təlimçi kimi fəaliyyət göstərmiş müəllimlərdən 59 nəfəri mart - iyun aylarında dərinləşdirilmiş proqram üzrə təlim keçib.
Təlimlərə nəzarət məqsədilə İnstitutda monitorinq qrupu yaradılıb, “Qaynar xətt” fəaliyyətə başlayıb. Məktəbəhazırlıq məsələləri üzrə ekspert təlimçilərə telefon və elektron poçt vasitəsilə məsləhətçi xidməti göstərir.
Proqram çərçivəsində müəllimlər "Məktəbəhazırlığın məqsəd və vəzifələri", "İnkişaf və təlim standartları", "5 yaşlı uşağın fiziologiyası, psixoloji xüsusiyyətləri, öyrənmə formaları", "Uşağın inkişafında oyunların rolu", "Ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları", "Perspektiv və cari planlaşdırma" və digər mövzularda praktik məşğələlərdə iştirak edəcəklər.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
