Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Mayın 11-də təhsil naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşüb. Görüş zamanı Azərbaycan və Tacikistan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Təhsil naziri Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Mayın 11-də təhsil naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşüb. Görüş zamanı Azərbaycan və Tacikistan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Təhsil naziri Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Mayın 11-də təhsil naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşüb. Görüş zamanı Azərbaycan və Tacikistan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Təhsil naziri Kanadanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Mayın 11-də təhsil naziri Ceyhun Bayramov Kanadanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuter ilə görüşüb. Görüşdə Azərbaycan və Kanada arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycan və Kanada ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

"Şahin" hərbi-idman oyununun final yarışı keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində respublika üzrə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında təşkil olunmuş “Şahin” hərbi-idman oyunlarının final yarışı keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndərin  ordu quruculuğu sahəsində fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və   məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində  əhəmiyyətini vurğulayıb. Sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər rəsmilər “Şahin” hərbi-idman oyununun şagirdlərin hərbi xidmətə hazırlanmasında rolunu qeyd ediblər. Yarışlara “Sıra hazırlığı” mərhələsi ilə start verilib. Oyunun əsasnaməsinə uyğun olaraq yarış 8 mərhələ üzrə keçirilib və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitlərindən ibarət yaradılmış Hakimlər Heyəti tərəfindən komandaların nəticələri qiymətləndirilib. Maraqlı mübarizə şəraitində keçən final yarışında Sumqayıt şəhər komandası I yerə, Yasamal rayon komandası II yerə, Quba rayon komandası isə III yerə layiq görülüb. Yarışda ayrı-ayrı mərhələlər üzrə fərqlənən komandalar və komanda üzvləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.  Yarışlar  Təhsil NazirliyiGənclər və İdman NazirliyiMüdafiə NazirliyiFövqəladə Hallar Nazirliyi,  Mədəniyyət NazirliyiSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilib.

SABAH qruplarına tələbə qəbulu

Təhsil Nazirliyinin SABAH qrupları 2018-2019-cu tədris ili üçün ümumilikdə 30 ixtisas üzrə tələbə seçimi müsabiqəsini açıq elan edir. Müsabiqədə Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. 2017-2018-ci tədris ilindən etibarən SABAH qruplarına tələbələrin seçimi www.student.sabah.edu.az portalı vasitəsilə tam elektron qaydada aparılır. Portal namizədlərin elektron ərizələrinin yoxlanması və nəticəsi haqqında bildiriş göndərilməsi, müsabiqənin bütün mərhələləri üzrə nəticələrin emal olunması və yekun qeydiyyatın onlayn aparılmasını təmin edir. Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün namizədlər 23 may 2018-ci il tarixinədək www.sabah.edu.az saytına daxil olmaqla elektron ərizəni doldurmalıdırlar. Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ərizəsi təsdiqlənmiş namizədlər müsabiqənin II mərhələsinə - test imtahanına dəvət olunacaqlar. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən çox tələbəni,  650-dən  çox müəllim-professor heyətini əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.

Respublika fənn olimpiadalarının nəticələri bəlli olub

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub. Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür. Olimpiadada 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla ümumilikdə  276 nəfər qalib elan olunub. Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi mayın 15-də keçiriləcək. Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.   Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri

Təhsil Nazirliyi sualları canlı yayım vasitəsi ilə cavablandıracaq

Mayın 11-də saat 14:00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi Təhsil Nazirliyinin “Youtube” kanalı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı olaraq yayımlanacaq. Verilişin qonağı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə olacaq. Verilişdə may ayında keçiriləcək diaqnostik qiymətləndirmə, müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə yeniliklər və digər bu kimi suallara aydınlıq gətiriləcək. Göstərilən məsələlərlə əlaqədar sizi maraqlandıran sualları hefteninsuali@edu.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzuya uyğun sualları canlı yayım zamanı şərhlər bölməsinə də yazmaq mümkündür.

Peşə təhsilinin akkreditasiyası üzrə Estoniya təcrübəsi öyrənilib

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları Tallində səfərdə olublar. Səfər Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının TAIEX aləti çərçivəsində Estoniyanın Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyində (EKKA) peşə təhsilinin akkreditasiyası üzrə təcrübə mübadiləsi üçün təşkil edilib. Səfər zamanı Estoniyada peşə təhsilinin akkreditasiya standartları, qaydaları, təcrübəsi, akkreditasiya komissiyasının yaradılması və işinin təşkili barədə ətraflı məlumat əldə edilib. Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları Estoniya Dənizçilik Məktəbinin pilot akkreditasiyasında da iştirak edib, habelə Estoniya İnşaat Məktəbində və İşəgötürənlər Konfederasiyasında görüşlər keçiriblər. Bu qurumlarda peşə məktəblərinin inkişaf strategiyası, tədrisdə istifadə olunan təlim metodları, tələbələrə praktiki bacarıqların öyrədilməsi, əmək bazarının nümayəndələri ilə əlaqələrin qurulması və strateji qərarların qəbuluna əmək bazarı nümayəndələrinin cəlb edilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb. Səfər müddətində peşə məktəblərinin tədris laboratoriyalarına da birgə baxış keçirilib, məktəb rəhbərlikləri və müəllimlər tərəfindən tələbələrə praktiki bacarıqların öyrədilməsi prosesinin maraqlı və məhsuldar təşkili üçün istifadə olunan stimullaşdırma metodları, habelə müxtəlif həvəsləndirici praktiki yarışların təşkili haqqında məlumat verilib. Səfər çərçivəsində EKKA mütəxəssisləri ilə birgə Azərbaycanda peşə məktəblərinin keyfiyyət təminatına dair yol xəritəsi müzakirə edilib.

Azərbaycanlı şagirdlərin beynəlxalq müsabiqədə uğuru

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İstedad” adlı beynəlxalq müsabiqə keçirilib. Müsabiqəyə 14 ölkədən 543 ifaçı qatılıb. Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının X sinif şagirdi, qanun ifaçısı Sevda Cəbrayılova müsabiqədə uğurla çıxış edərək I yerə layiq görülüb. Sevda Cəbrayılova müsabiqədə H.Xanməmmədovun “Konsert”, A.Əlizadənin “Cəngi”, N.Əliverdibəyovin “Elegiya”, S.Ələsgərovun “Şoloxo” əsərlərini, “Bayatı-Şiraz” muğamını ifa edib.  Müsabiqədə gimnaziyanın xanəndə ixtisası üzrə təhsil alan VI sinif şagirdi Əli Xuduzadə də uğurla çıxış edib. Belə ki, Əli Xuduzadə  III yerə layiq görülərək laureat adını qazanıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı