Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər arasında kütləvi idman tədbirləri

Bakı şəhərinin rayonları üzrə velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin rayondaxili mərhələsinə yekun vurulub. Yarışlara Bakı şəhərinin 12 rayonu üzrə 305 ümumtəhsil məktəbindən 2 min nəfərə yaxın şagird qatılıb. Rayonlar üzrə I, II, III yeri tutan məktəblərin komandaları kubok və diplomlarla təltif edilib. Yarışın nəticələrinə əsasən, Nəsimi rayonu üzrə texniki-humanitar lisey, Xətai rayonu üzrə 29, Nərimanov rayonu üzrə 212,  Səbail rayonu üzrə 236, Qaradağ rayonu üzrə 319, Binəqədi rayonu üzrə 244, Nizami rayonu üzrə 109, Yasamal rayonu üzrə 13, Xəzər rayonu üzrə 26, Pirallahı rayonu üzrə 168, Sabunçu rayonu üzrə 155, Suraxanı rayonu üzrə 114 nömrəli tam orta məktəblərin komandaları finala vəsiqə qazanıb.     Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir. İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə 4 mindən çox məktəblinin qatılacağı gözlənilir. Yarışlar Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar təşkil olunub.

Təhsil naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Mayın 14-də təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Elena Aymone ilə görüşüb.   Görüşdə Təhsil Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında həyata keçirilmiş və nəzərdə tutulan əməkdaşlıq məsələləri müzakirə edilib.

Təhsil naziri dünya çempionatının qalibləri ilə görüşüb

Mayın 14-də təhsil naziri Ceyhun Bayramov Albaniya Respublikasının Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçılarla görüşüb. Nazir çempionatın qızıl medalçısı Murad İbrahimlini, gümüş medalçıları Aytac Heydərovanı, Yusif Kərimlini və bürünc medalçısı İsmayıl Süleymanlını əldə etdikləri nailiyyətlər münasibəti ilə təbrik edib, bu uğurların davamlı olacağına əminliyini ifadə edib. Görüşdə dünya çempionatının qaliblərinə Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" və qiymətli hədiyyələr təqdim edilib. Görüşün sonunda xatirə fotosu çəkilib.

Mühəndislik və robototexnika yarışı keçirilib

Mayın 12-də “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçirilib. “Hidrodinamika: suyun səyahəti” mövzusuna həsr edilmiş yarışda hər birində dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayıb.   Şagirdlər ərsəyə gətirdikləri layihələri  3 turda onlara ayrılmış 2.5 dəqiqə ərzində  münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Məktəblilər əyləncəli bir mühitdə  elmi və texnoloji xarakterli problemləri  qaldırıb və onların həlli  yollarını araşdırmağa cəhd ediblər. Yarış iştirakçılarını salamlayan təhsil nazirinin  müavini  Firudin Qurbanov  çıxışında gənclərin inkişafında bu cür intellektual yarışların böyük əhəmiyyət daşıdığını qeyd edib. Nazir müavini yarışın məktəblilərin dünyagörüşünün zənginləşdirməsinə, onların intellektual səviyyəsinin qiymətləndirməsinə, peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərəcəyinə ümidvar olduğunu bildirib. Sonra yarışmada  4 ayrı-ayrı  nominasiya  üzrə qalib gələn komandaların adları  açıqlanıb.  Bakıdakı  "İstək" liseyinin komandası  "Robot yarışı",  "Ankara məktəbi" məktəb-liseyi  "Layihə təqdimatı", 6 nömrəli məktəb-lisey "Robot dizaynı",   akademik Zərifə Əliyeva adına lisey "Əsas  dəyərlər", Bakı Modern Təhsil Kompleksinin komandası "Mars Akademiya" nominasiyaları üzrə  qalib elan olunublar. Qaliblərə  medal və sertifikatlar,  müxtəlif kateqoriyalar üzrə qalib komandalara  isə kuboklar təqdim olunub. Daha sonra Azərbaycanı Estoniyada keçiriləcək beynəlxalq  yarışda  təmsil edəcək komandanın  adı açıqlanıb.   Yarışın  çempionu  adına Bakı Avropa Liseyinin şagirdlərindən Murad Quliyev, Əkbər  Ocaqverdiyev, Emil Hacıyev və Ərtoğrul Həsənlidən ibarət “Robo-Sapiens”   komandası layiq görülüb. Beləliklə də  Azərbaycanı   iyunun 6-dan 8-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək açıq beynəlxalq turnirdə Bakı  Avropa Liseyinin  “Robo-Sapiens”  komandası təmsil edəcək. Qeyd edək ki,  Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL yarışı 1999-cu ildən bəri hər il təşkil edilir. FLL yarışına dünyanın 80-dən artıq ölkəsindən 250 mindən çox məktəbli cəlb edilir. Yarışın keçirilməsinin məqsədi şagirdlərin elm və texnologiyalara marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməyə həvəsləndirməkdir. Ölkəmizin bir sıra dövlət və özəl ümumtəhsil məktəb şagirdlərinin iştirak etdiyi yarış Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və “PAŞA Bank”, “Enginet” şirkəti, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə keçirilib.  

Təhsil naziri Xızı şəhərində vətəndaşları qəbul edəcək

Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayon sakinlərinin nəzərinə! Təhsil naziri Ceyhun Bayramov 21 may 2018-ci il tarixində saat 11:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 14-17 may 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Qobustan müəllimləri “Bizim müəllim” layihəsində

Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən,  peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Qobustan  rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıb

7-12 may tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində 35-ci Balkan Riyaziyyat Olimpiadası keçirilib. Olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla çıxış edib. Belə ki, komandanın üzvləri Ramil Cəbiyev, Murad Ağazadə,  Anar Abbaslı və Anar Rzayev olimpiadanın bürünc, Fərid İsmayılov isə həvəsləndirici sertifikata layiq görülüb. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.

Futzal üzrə respublika birinciliyi başa çatıb

Mayın 11-də Azərbaycan Texniki Universitetinin İdman zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə II respublika birinciliyinin final mərhələsi keçirilib. Tədbirdə təhsil nazirinin müavini, Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) İcraiyyə komitəsinin üzvü Firudin Qurbanov,  AFFA-nın vitse prezidenti Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti Xəzər İsayev və ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Yarışın final oyunu Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda Azərbaycan Texniki Universiteti 2:1 hesabı ilə yarışın qalibi olub. İkinci yeri UNEC, üçüncü yeri isə Bakı Dövlət Universitetinin komandaları tutub. Daha sonra komandalar mükafatlandırılıb. Birinci yerin sahibi 3 min, ikinci yerin sahibi 2 min, üçüncü yerin sahibi isə 1500 manat dəyərində pul mükafatı, kubok və medallarla təltif olunublar. Həmçinin əsas oyunu idarə edən hakimlər, eləcə də fərqlənən iştirakçılar 5 nominasiya üzrə qiymətləndirilib. Qeyd edək ki, yarışların qrup mərhələsində  ümumilikdə 31 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 10-u isə regionları təmsil edib. 6 qrupa bölünərək mübarizə aparan komandaların oyunları Milli olimpiya komandalarının təlim-məşq bazasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin, Göygöl rayon Olimpiya İdman Kompleksinin idman zallarında keçirilib. Qrup mərhələsi üzrə 51 oyun keçirilib. Birincilik Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilir.      

Mühəndislik və robototexnika yarışı ilə bağlı mətbuat konfransı

Mayın 11-də Təhsil Nazirliyində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışına həsr olunan mətbuat konfransı keçirilib. Mətbuat konfransında Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova bildirib ki, Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL 1999-cu ildən bəri hər il təşkil edilən yarışdır. Yarışın keçirilməsinin məqsədi ümumtəhsil məktəb şagirdlərinin elm və texnologiyalara marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir. Dünyanın 80-dən artıq ölkəsində 250 mindən çox məktəblinin cəlb edilməsi ilə keçirilən FLL bu il Azərbaycanda da təşkil olunacaq. Konfransda çıxış edən “ADA” Universiteti informasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı vəzifəsini icra edən Araz Yusubov, “Mars Academy” MMC-nin direktoru Şeyda Allahverdiyeva “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışının əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, builki yarışın mövzusu “Hidrodinamika: suyun səyahəti”dir. FLL çərçivəsində hər komandada dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayacaq. Təhsil Nazirliyi“ADA” Universiteti və “Mars Academy” MMC-nin birgə təşkilatçılığı  ilə mayın 12-də “ADA” Universitetində keçiriləcək bu yarışların yekununda iştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib komandalar kuboklarla mükafatlandırılacaqlar. Çempion olan məktəb komandası isə iyunun 6-dan 8-dək Estoniyanın paytaxtı Tallinndə keçiriləcək Açıq Beynəlxalq Turnirdə iştirak edəcək.

Təhsil naziri Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Mayın 11-də təhsil naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşüb. Görüş zamanı Azərbaycan və Tacikistan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı