Azərbaycanlı şagirdlərin beynəlxalq müsabiqədə uğuru
Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İstedad” adlı beynəlxalq müsabiqə keçirilib. Müsabiqəyə 14 ölkədən 543 ifaçı qatılıb. Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının X sinif şagirdi, qanun ifaçısı Sevda Cəbrayılova müsabiqədə uğurla çıxış edərək I yerə layiq görülüb. Sevda Cəbrayılova müsabiqədə H.Xanməmmədovun “Konsert”, A.Əlizadənin “Cəngi”, N.Əliverdibəyovin “Elegiya”, S.Ələsgərovun “Şoloxo” əsərlərini, “Bayatı-Şiraz” muğamını ifa edib.
Müsabiqədə gimnaziyanın xanəndə ixtisası üzrə təhsil alan VI sinif şagirdi Əli Xuduzadə də uğurla çıxış edib. Belə ki, Əli Xuduzadə III yerə layiq görülərək laureat adını qazanıb.
8 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
