Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı şagirdlər Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək

7-14 iyul 2018-ci il tarixlərində Rumıniyanın Kluj şəhərində 59-cu Beynəlxalq Riyaziyyat Olimpiadası(İMO 2018) keçiriləcək. Ölkəmizi bu olimpiadada 6 nəfər şagird təmsil edəcək. Dünyanın 116 ölkəsindən 615 məktəblinin iştirak edəcəyi bu olimpiadada şagirdlərimiz bu günədək 8 gümüş və 32 bürünc medal olmaqla 40 medal qazanıb, 2017-ci ildə isə 4 bürünc medal əldə edərək 110 ölkə arasında komanda hesabında 42-ci yerdə qərarlaşıblar. Azərbaycan məktəblilərinin Beynəlxalq Riyaziyyat Olimpiadasında ən yaxşı nəticəsi 2010-cu ildə 3 gümüş, 2 bürünc medal qazanması və ölkələr arasında 28-ci yerdə dayanması olub. Beynəlxalq Riyaziyyat Olimpiadası ilk dəfə 1959-cu ildə Rumıniyada 4 ölkənin iştirakı ilə keçirilib. Azərbaycan məktəbliləri isə bu olimpiadada 1992-ci ildən iştirak edirlər.

İyulun 5-dən tələbələrin köçürülməsinə başlanılır

  İyulun 5-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq. Sənədlərin qəbulu  transfer.edu.az portalı vasitəsi ilə  həyata keçiriləcək və bu proses iyulun 20-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.   Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar   Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi zamanı ən çox verilən suallar  

SABAH qrupları Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin sərgisində

London şəhərində Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin illik yekunlarına həsr olunmuş hesabat sərgisi keçirilib. Ənənəvi olaraq hər il Şahzadə Çarlzın iştirakı ilə keçirilən, məzunların fəaliyyətinin nəticələrini təbliğ və beynəlxalq təcrübə mübadiləsi məqsədini ehtiva edən tədbirə Təhsil Nazirliyi SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Mədəniyyət Nazirliyi, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin əməkdaşları da qatılıb. Hesabat sərgisində magistr və doktorantura proqramlarını bitirməkdə olan tələbələrin işləri, o cümlədən Şahzadə Məktəbinin Beynəlxalq Tanıtım Proqramları çərçivəsində hazırlanmış işlər nümayiş olunub. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin rəssamları da sərgidə öz əl işləri ilə iştirak ediblər. Ölkəmizin zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışlarla və müasir üsullarla işlənən məhsullar böyük marağa səbəb olub və yüksək qiymətləndirilib. Tədbirdə Şahzadə Çarlza SABAH qrupları ilə bağlı məlumat verilib, SABAH qrupları, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edək ki, 2004-cü ildə Uels Şahzadəsi Çarlz tərəfindən təsis olunmuş Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (PSTA) rəssamlara Uels Universiteti tərəfindən təsdiq olunmuş diplomdan sonrakı təhsil çərçivəsində tədqiqatların aparılmasına imkan yaradır.

SABAH qrupları Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin sərgisində

London şəhərində Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin illik yekunlarına həsr olunmuş hesabat sərgisi keçirilib. Ənənəvi olaraq hər il Şahzadə Çarlzın iştirakı ilə keçirilən, məzunların fəaliyyətinin nəticələrini təbliğ və beynəlxalq təcrübə mübadiləsi məqsədini ehtiva edən tədbirə Təhsil Nazirliyi SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Mədəniyyət Nazirliyi, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin əməkdaşları da qatılıb. Hesabat sərgisində magistr və doktorantura proqramlarını bitirməkdə olan tələbələrin işləri, o cümlədən Şahzadə Məktəbinin Beynəlxalq Tanıtım Proqramları çərçivəsində hazırlanmış işlər nümayiş olunub. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin rəssamları da sərgidə öz əl işləri ilə iştirak ediblər. Ölkəmizin zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışlarla və müasir üsullarla işlənən məhsullar böyük marağa səbəb olub və yüksək qiymətləndirilib. Tədbirdə Şahzadə Çarlza SABAH qrupları ilə bağlı məlumat verilib, SABAH qrupları, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edək ki, 2004-cü ildə Uels Şahzadəsi Çarlz tərəfindən təsis olunmuş Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (PSTA) rəssamlara Uels Universiteti tərəfindən təsdiq olunmuş diplomdan sonrakı təhsil çərçivəsində tədqiqatların aparılmasına imkan yaradır.

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib. Fənn müsabiqələri  riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri olan Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Kimya-biologiya təmayüllü lisey və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyada təşkil edilən final mərhələdə 1368 şagird iştirak edib. Final mərhələdə şagirdlərə fənlərə müvafiq tapşırıqlarla bərabər, qeyri-standart düşüncə, analiz etmə qabiliyyəti tələb edən tapşırıqlar da təqdim edilib. Qeyd edək ki, müsabiqənin birinci mərhələsində18 000-ə yaxın şagird iştirak edib. Fənn müsabiqələrinin final mərhələsinin nəticələri iyulun 6-dək  www.olimpiada.edu.az  saytında elan ediləcək.

İşə qəbul üzrə elektron ərizələrin qeydiyyatına başlanıldı

İyulun 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılıb. Bu proses iyulun 8-dək davam edəcək.  Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. İyul ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulan test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.  

Peşə təhsili alan gənclərin əl işlərindən ibarət sərgi-müsabiqə

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasında maarifləndirmə işinin təşkili” mövzusunda sərgi-müsabiqə təşkil olunub. Tədbir Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Nizami Rayon İcra Hakimiyyəti, “Enactus Azerbaijan” beynəlxalq şirkəti, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Üç gün davam edən müsabiqədə peşə təhsili alan gənclərdən ibarət komandalar “əl-elektrik qaynaqçı”, “dərzi”,”aşpaz”, “qənnadçı”, “ağac üzərində oyma” və “qrim ustası” ixtisasları üzrə əl işlərini sərgidə nümayiş etdirərək birincilik uğrunda mübarizə aparıblar. Müsabiqənin yekun nəticəsinə və işəgötürənlərdən ibarət münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “əl-elektrik qaynaqçısı” ixtisası, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri "qrim ustası” ixtisası, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri isə “aşpazlıq” ixtisası üzrə qalib olublar. Qaliblər kubok, diplom  və qiymətli hədiyyələrlə təltif ediliblər.

TOPs proqramının 4-cü mövsümünə yekun vurulub

İyunun 29-da Təhsil Nazirliyi, "British Council", Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə həyata keçirdiyi TOPs proqramının 4-cü mövsümünün başa çatması ilə əlaqədar mərasim keçirilib. Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı, təlim nailiyyətlərinin bədən təbiyəsi və idman vasitəsi ilə yüksəldilməsinin  müasir təhsil üçün prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. 2014-cü ildə Bakı şəhərinin 3 ümumtəhsil məktəbində pilot layihə kimi start verilən  və hazırda 140 000-dən artıq şagirdin yararlandığı TOPs proqramının əhəmiyyətindən söz açan nazir müavini onun əhatə dairəsinin getdikcə genişlənməsinin təqdirəlayiq olduğunu söyləyib. Nazir müavini bildirib ki, artıq fiziki tərbiyə dərslərində TOPs metodologiyasının tətbiqinin gətirdiyi inkişaf və yeniliklər müşahidə olunur. Bu metodikanın tətbiqi ilə keçirilən fiziki tərbiyə dərslərində şagirdlər  daha çox iştirak etməyə  meyil göstərirlər. Proqramın inklüziv tədrisi də əhatə etməsi isə çox müsbət haldır. Qeyd olunub ki, layihə çərçivəsində həmin məktəblərin fiziki tərbiyə və ibtidai sinif müəllimləri üçün təlimlər təşkil edilib. Təlimlərin məqsədi fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsidir. Təlimlərdə həmçinin, müəllimlərə fiziki tərbiyənin tədrisində müasir təlim üsullarının tətbiq edilməsi üçün milli kurikuluma uyğunlaşdırılmış metodiki tədris kartları da təqdim edilib. Bu təlimləri uğurla başa vurmuş 470 müəllimə müvafiq  sertifikatlar  verilib. Firudin Qurbanov  onu da bildirib ki,  layihə  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, müvafiq tədbirlər və fəaliyyət istiqamətləri nəzərə alınaraq  keçirilir. "British Council"ın Azərbaycan Nümayəndiliyinin direktoru  Elizabet Uayt  TOPs layihəsinin ölkəmizdə böyük uğurla həyata keçirildiyini qeyd edərək Britaniya təcrübəsinin Azərbaycan məktəbliləri üçün də faydalı olduğunu bildirib. Elizabet Uayt Azərbaycan müəllimlərinin yeni metodiki biliklərə və bacarıqlara yiyələnmələrinə imkanlar yaratdığına görə  tərəfdaşlara təşəkkür edib. Azərbaycan  Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə akademiyanın fəaliyyət istiqamətlərindən söz açıb.  Qeyd olunub ki, ali təhsil ocağının bu layihəyə qoşulmaqda məqsədi  fiziki tərbiyə müəllimlərinin praktiki peşə hazırlığına dəstək olmaqdır. Mərasimdə sonra TOPs proqramının məqsəd və vəzifələri, proqram çərçivəsində  ölkəmizdə  görülən işlər, eləcə də bu layihənin nəticələri ilə bağlı videoçarx  nümayiş olunub. Sonda TOPs layihəsi çərçivəsində 2016-2017-ci tədris ilində keçirilmiş 4 nominasiya üzrə müsabiqənin qaliblərinə mükafatlar, həmçinin layihə üzrə təşkil olunan təlim kürsunu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar təqdim edilib. “British Council”ın Azərbaycan Nümayəndəliyinin direktoru Elizabet Uayt isə ölkəmizin ümumtəhsil məktəblərində fiziki tərbiyənin inkişafına verdiyi töhfələrə görə tərəfdaşlar adından təşəkkürnamə plaketi ilə təltif olunub. Məlumat üçün bildirək ki, 2017-2018-ci tədris ilində TOPs layihəsinə 78 ümumtəhsil məktəbi qoşularaq proqramda iştirak edən məktəblərin sayı 150-yə çatdırılıb. Bu məktəblər Bakı və Sumqayıt şəhərlərini, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın  rayonlarını əhatə edir. Proqram ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik və bacarıqlarının zənginləşdirilməsi, həmçinin, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Təhsil naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edib

İyunun 29-da təhsil naziri Ceyhun Bayramov  Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edib. Əvvəlcə təhsil naziri Ceyhun Bayramov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinləri ilə yanaşı burada müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, tələbə köçürülməsitəhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

İyulun 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir. Bu proses iyulun 8-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. İyul ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulan test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.   Müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı