“ASAN peşə” layihəsi üzrə boş qalan yerlərə sənəd qəbuluna start verilir
Sentyabrın 4-dən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələri üzrə boş qalan yerlərə sənəd qəbuluna start veriləcək.
Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində ödənişsiz formada həyata keçirilir.
Sentyabrın 10-dək davam edəcək bu prosesdə müsabiqənin ilk mərhələsində uğur qazana bilməyənlər də iştirak edə bilər.
Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulunun birinci mərhələsində 11017 nəfər qeydiyyatdan keçib. 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.
Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
