Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsilimizin artan balı

Müstəqillik tarixində rekord tələbə sayı - 40806   Ən uğurlu universitetlərin innovasiya və iqtisadi artım mərkəzlərinə transformasiyası gözümüzün önündə baş verir. İstər birinci, istər ikinci amil bilik iqtisadiyyatının mövcudluğunu şərtləndirir. İstənilən iş yerini tutmaq üçün əmək bazarına daha bilikli insanlar dəvət olunur. İnsanlar bunu anlayaraq ali təhsilə üz tutur. Müasir dövrdə insan kapitalı fenomeninin əsas şərtlərindən biri ali təhsilin əlçatan olmasıdır. Bu əlçatarlıq həm də ali təhsillə əhatə olunma səviyyəsini müəyyən edir. Sevindirici haldır ki, son 5 il ərzində ölkəmizin universitetlərinə qəbul olunan tələbələrin sayında davamlı artım müşahidə olunur.Və cari tədris ilində bu say indiyədək rekord göstəricidir- 40 806 tələbə. Son 5 tədris ilində tələbə qəbulunun proqnoz yerləri 20,8 faiz, faktiki qəbul olunan tələbələrin sayı isə 21,2 faiz artıb. Bu faiz təkcə tələbələrin ümumi sayı kimi deyil, həm də ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri ilə həmahəngdir. İkinci cədvəldən də aydın göründüyü kimi, son 5 ildə I-IV ixtisas qruplarının hər biri üzrə və bütövlikdə tələbə qəbulunun keyfiyyət göstəricilərində nəzərəçarpacaq dərəcədə (18.2 faiz) artım müşahidə olunur. Qeyd edək ki, keyfiyyət qöstəricisi qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına görə müəyyənləşdirilir. Bu il qəbul imtahanlarında I-IV ixtisas qrupları üzrə 200-dən yuxarı bal toplayanların sayı 38 201 nəfərdir. Bu da imtahan iştirakçılarının 52.9 faizi deməkdir. Deməli, qəbulun ekvator xətti müsbət dinamika nümayiş etdirir.   300-dən 700-ə davamlı artım...   Son 5 ildə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26.5 faiz, 400 baldan çox toplayanların sayı 35.1 faiz, 500 baldan çox toplayanların sayı 51.5 faiz, 600 baldan çox toplayanların sayı isə 81.3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir. Bu ilin qəbul imtahanlarında 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib. Həmin göstərici ötən il 2472 nəfər, 2016-cı ildə 2281 nəfər, 2015-ci ildə 2094 nəfər, 2014-cü ildə isə 1725 nəfər olub. Bu tədris ilində 29 nəfər abituriyent 700 bal toplayıb. Ötən il bu göstərici 15 nəfər idi. Bu dinamikanı həm də son 5 ildə təhsil sistemimizdə aparılan islahatların nəticəsi kimi xarakterizə etmək olar. Belə ki, sözün həqiqi mənasında, son illər ərzində təhsil sistemimiz kifayət qədər dəyişib, strateji hədəflər müəyyən olunub və XXI əsrin reallığı tam dərk olunub.   Gələcəyin inkişaf motoru - İKT   Sirr deyil ki, İKT ixtisaslarına qəbulun keyfiyyəti həm də hər bir ölkənin gələcək inkişafının təminatıdır. Əbəs yerə demirlər ki, 4-cü sənaye inqilabına hazır olmayanlar inkişafın yüksək fazasına əlvida deyirlər. Bəs ölkəmizdə İKT ixtisaslarına tələbə qəbulu keyfiyyət fərqi yarada bilirmi? 2018-2019-cu tədris ili üçün 5 İKT ixtisası üzrə tələbə qəbulu proqnozu ümumi tələbə qəbulunun 5.4 faizini təşkil edib. İKT ixtisaslarına ("Kompüter elmləri”, "Kompüter mühəndisliyi”, "İnformasiya texnologiyaları”, "İnformasiya təhlükəsizliyi”) tələbə qəbulu proqnozu ötən illə müqayisədə 40.2% (707 nəfər) artıb. Belə ki, bu ixtisaslara qəbul 1759-dan 2466 nəfərə yüksəlib. Bununla yanaşı, "Pedaqoji” ixtisas qrupuna aid olan "İnformatika müəllimliyi” və "Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə tələbə qəbulu proqnozu da artıb. Belə ki, 2017-2018-ci tədris ilinə nisbətən cari ildə bu göstərici 16.6 faiz artaraq 1055 yer təşkil edib. İKT ixtisasları üzrə tədrisin ingilis dilində aparıldığı tələbə qəbulu proqnozu da ötən illə müqayisədə 24 faiz artaraq 465 nəfər təşkil edib.Eyni zamanda ali təhsilin magistratura səviyyəsinə İKT ixtisasları üzrə tələbə qəbulu proqnozunda ötən ilə nisbətən 34.1 faiz artım müşahidə olunub. Maraqlı fakt həm də ondan ibarətdir ki, 2007-2015-ci illər "Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində İKT ixtisasları üzrə 369 nəfər dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb. Onlardan 201nəfəri məzun olub (14 nəfər iki dəfə təqaüd almaq hüququ qazanıb). Məzunlardan 118 nəfər magistratura, 94 nəfər bakalavriat, 3 nəfər doktorantura səviyyəsində təhsil alıb. 12 nəfər isə Azərbaycanın aparıcı universitetlərində akademik fəaliyyətlə məşğuldur.   Təhsilin qlobal dili   Dünyada müxtəlif dillərdə ünsiyyət bacarıqları təkcə gündəlik münasibətlərdə deyil, eyni zamanda təhsil-elm müstəvisində də sürətlə genişlənir. Artıq ən azı bilinqual(ikidilli) mühit qlobal təhsil məkanının vazgeçilməz üstünlüyüdür. Xüsusilə də ingils dilinin təhsil sistemində təsir gücü günbəgün artır. Bəs Azərbaycanın ali təhsil müəssisələrinə qəbulda tədris ingilis dillində aparılan ixtisaslarda vəziyyət necədir? Yerli və beynəlxalq əmək bazarının tələbləri nəzərə alınmaqla ölkəmizin ali təhsil müəssisələrinin tədrisi ingilis dilində aparılan ixtisasların sayı 44-dən 57-yə, qəbul yerlərinin sayı isə ötən illə müqayisədə 15 faiz artıb. Son 3 tədris ilində ingilis dilində tədris olunan ixtisaslara tələbə qəbulunda proqnoz yerlərinin də sayı artıb və xüsusulə də bu ilin tələbə qəbulunda, demək olar ki, məzunlar 100 faizlik nəticə ilə xarici dildə tədrisi seçiblər.   Magistratura cinsə baxmır   Son iki ildə ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanları üzrə nəticələr müsbətdir. Qeyd edək ki, ötən ildən başlayaraq magistratura təhsili almaq istəyənlərin sayında kəskin artım müşahidə olunur. Bu artım əsasən oğlanların hesabınadır və təbii ki, cənab Prezidentin sərəncamı ilə 2016-cı ildə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklə bilavasitə bağlıdır.   Və nəticələr sevindiricidir   Gəlin möhlət hüququnun verilməsindən sonrakı rəqəmlərə baxaq. Belə ki, 2017-2018-ci tədris ili üçün magistraturaya aparılan qəbulun nəticələrinə görə qəbul olunan 6361 magistrdən 3590 nəfəri qız, 2771 nəfəri isə oğlan olub. Bu, oğlanların sayında əvvəlki illə müqayisədə 73.9 faiz artım deməkdir. Eləcə də cari ildə faktiki qəbul 6396 nəfər olub. Onlardan 3242 nəfəri qızdısa, 3154 nəfəri oğlanlardır. Yəni, oğlanlarla qızlar arasındakı kəskin fərq nəinki azalıb, demək olar ki bərabərləşib.   Təhsilin yeni ili   Adətən, ilin nəticələri həm də təhlil tərkib üçün yeni fürsətlər yaradır. Ələlxüsus, davamlı artım dinamikasını saxlamaq daha uzağa baxmağı tələb edir. Necə dəyərlər, tələbə doğru. Bir də ki, universitetin qarşısında duran vəzifə təkcə qəbulun nəticəsi ilə bitmir. Bu, sadəcə olaraq, başlanğıcıdır. Təhsildə nəticə qazanmaq həm də yeni yanaşmaların davamlı tətbiqidir. Bir sözlə, yaxşı material başlanğıc üçün əla imkandır. Bu imkanları dəyərləndirmək isə ali təhsil müəssisələrinin ixtiyarındadır. Yeni tədris ilinə isə 10 gündən də az vaxt qalıb. Gözləyək...   “Azərbaycan” qəzeti

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulunun nəticələri açıqlanıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub. Bu il bakalavriatura üzrə 908, magistratura üzrə 6, orta-ixtisas təhsili üzrə 101 nəfərin sorğusuna müsbət cavab verilib. Köçürülənlərdən 887 nəfəri yerli, 21 nəfəri isə xarici ali təhsil müəssisələrində təhsil alanlardır. Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Turizm üzrə təlimlərə start verilib

Sentyabrın 4-dən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” və ölkədə fəaliyyət göstərən beşulduzlu mehmanxanalarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” üzrə təlimlərə start verilib.  Təlimə Bakı və Gəncə şəhərləri, Qəbələ, İsmayıllı və Qusar rayonları üzrə peşə təhsil müəssisələrinin müvafiq ixtisas müəllimləri cəlb olunub. Təlimdə Birləşmiş Krallığın “People 1st” təşkilatının təlimçisi Jeyn Norman müəllimlər üçün turizm və xidmət sahəsi üzrə təlim keçəcək. 4 gün davam edəcək təlimin tədris materialları “People 1st” təşkilatı tərəfindən hazırlanıb. Tədbirin əsas məqsədi layihə çərçivəsində hazırlanmış kurikulumların 2018-2019-cu tədris ilində tətbiqi ilə bağlı müəllimlərin təlimləndirilməsidir.  Qeyd edək ki, 2016-2017-ci tədris ilindən icra olunan “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinin 240 məzununun 60 faizdən çoxu işlə təmin olunub.

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

Sentyabrın 5-dən dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənədlərin qəbuluna başlanılır. Ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər. İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq. Namizədlər sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsinin və təhsil sənədinin surəti) sentyabr ayının 10-dək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə (Nazim Hacıyev, 4) və ya office@vet.edu.gov.az elektron ünvanına təqdim etməlidirlər.   Müsahibədə iştirak etmək üçün təqdim ediləcək müraciət forması   2018-2019-cu tədris ilində respublikanın şəhər və rayonlarında yerləşən peşə təhsili müəssisələrinə işə qəbul üzrə vakant yerlər barədə məlumat  

Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir

Son dövrdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisas­larının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə aparılan islahatların davamı olaraq, nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsi (www.ani.edu.gov.az) yenilənib. Həmçinin müraciət qaydaları ilə bağlı bütün zəruri məlumatlar səhifədə əksini tapıb, “Mütəmadi verilən suallar” bölməsi yaradılıb və nostrifikasiya prosedurlarına dair vətəndaşları maraqlandıran bir çox suallar cavabları ilə birlikdə əlavə olunub. Vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Eyni zamanda Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır. Onu da bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd nostrifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan bu cür hallarla qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 - 1) və ya info@ani.edu.gov.az elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.

Təhsil nazirinin müavini Firudin Qurbanov Yaponiyada səfərdədir

Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) çərçivəsində bu ölkədə səfərdə olan təhsil nazirinin müavini Firudin Qurbanov bir sıra görüşlər keçirib. Səfər çərçivəsində təhsil nazirinin müavini Firudin Qurbanov Tokio şəhərində Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya nazirinin müavini Şinjiro Komatsu ilə görüşüb. Görüşdə Firudin Qurbanov Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib. Yaponiyalı nazir müavini Yaponiya ilə Azərbaycanın Təhsil nazirlikləri arasında əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə hər iki ölkənin ali təhsil müəssisələri arasında akademik mübadilə ilə yanaşı, birgə elmi tədqiqatların aparılması, müəllimlər üçün təlimlərin keçirilməsi təklif olunub. Eyni zamanda azərbaycanlı tələbələrin Yaponiyada təhsil almaları üçün imkanların genişləndirilməsi istiqamətində müzakirə aparılıb. Yaponiyalı nazir müavini peşə təhsili ilə bağlı bir sıra layihələrin keçirilməsində maraqlı olduqlarını vurğulayıb. 2019-cu ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edəcək ölkəmizə uğurlar arzulayıb. Səfər çərçivəsində nazir müavini Firudin Qurbanov Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, Şərgi və Orta Asiya, Qafqaz Departamentinin Baş direktoru Koji Fujiya ilə görüş keçirib. Görüşdə Firudin Qurbanov peşə təhsili sahəsində aparılan islahatlar, əldə olunan yeniliklər barədə məlumat verib. Azərbaycanla bağlı əlaqələrdən danışan Koji Fujiya iqtisadi və sosial proqramlara, eləcə də insan resurslarının inkişafı, peşə təhsili istiqamətində layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Avqust ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 12 408 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 12 408 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 7 087 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 321 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 300 sənəd (878 ərizə, 405 məktub, 17 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (1 739 müraciət) və çərşənbə (1 595 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 300 müraciət) və cümə (1 270 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.

Yeni işə qəbul olunan müəllimlər

2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci və ikinci mərhələsi üzrə 4053 namizəd işə qəbul edilib. Müsabiqədə yüksək nəticə göstərərək müəllim adını qazanmış namizədlərlə bağlı məlumatları diqqətinizə çatdırırıq.

Məktəbəhazırlıq qruplarına 25 mindən çox uşaq qeydiyyatdan keçib

Respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu davam edir.  Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərini, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir. Sentyabrın 4-dək Sumqayıt şəhəri üzrə 2364, Abşeron rayonu üzrə 1765, Gəncə şəhəri üzrə 1745, Mingəçevir üzrə 447, Yevlax üzrə 932, Şirvan üzrə 393, Samux üzrə 459, Naftalan üzrə 107 nəfər olmaqla ümumilikdə 8212  nəfər elektron ərizələrini təsdiq edib. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 16 795 ərizənin onlayn qeydiyyatı (04.09.2018-ci il tarixinə saat 15:00-a olan məlumata əsasən) aparılıb.  Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar onların psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnmələrini təmin etməkdən ibarətdir. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir. Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına  5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apellyasiya Komissiyalarına müraciət etmək olar. Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U),  2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə  valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur. Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ, həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.  Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq. Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.  

Yeni tədris ilinin ilk dərsləri

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq. “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrə əsasən, təhsil müəssisələrinə tapşırılıb ki, ümumi təhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işlər görülsün, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakı nəzərdə tutulsun. Həmçinin, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib.

27/06/2026

Olimpiya icmalı #TəhsilTV #MRİO2026

Ətraflı
26/06/2026

Məktəblilərin Respublika İdman Olimpiadası üzrə yekun statistika

Ətraflı
25/06/2026

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. ?? Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq. #ElmVəTəhsilNazirliyi #26İyun #SilahlıQüvvələriGünü

Ətraflı