Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yaponiyada IOI 2019 bayrağı Azərbaycana təqdim olunub

Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) başa çatıb. Bağlanış mərasimində iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın Azərbaycanda keçiriləcəyi elan edilib. Təşkilatçılar tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı təhsil nazirinin müavini Firudin Qurbanova təqdim olunub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadanın başa çatması münasibəti ilə iştirakçıları təbrik edib, olimpiadanın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara və Yaponiya hökumətinə təşəkkürünü bildirib. Nazir müavini iştirakçıları gələn il ölkəmizdə keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına dəvət edərək Azərbaycanla bağlı məlumatları onların diqqətinə çatdırıb. Daha sonra ölkəmiz haqqında qısa film nümayiş edilib. Tədbirdə Yaponiyanın təhsil, elm, mədəniyyət, idman və texnologiyalar Nazirliyinin məsul işçiləri, bir sıra nüfuzlu ictimai təşkilatların və şirkətlərin rəhbərləri iştirak edib. Beləliklə, 2019-cü ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda təşkil olunacaq. Yaponiyada keçirilən olimpiadanın nəticələrinə gəldikdə isə  milli komanda üzvlərinin  nəticələri əvvəlki illərə nisbətən xeyli yaxşılaşıb. Şagirdlər Respublika Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində Təhsil Nazirliyi və "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar.    Ölkəmiz bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günə qədər 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.

Peşə təhsili sahəsində Almaniya təcrübəsinə dair seminar

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihələri çərçivəsində seminar keçirilib. Hər iki layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində həyata keçirilir. Seminarın keçirilməsində məqsəd model və kompetensiya peşə təhsili mərkəzlərinin yaradılması istiqamətində Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi imkanlarının müzakirə edilməsi olub. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, peşə təhsili müəssisələrinin nümayəndələri, layihənin və özəl sektorun təmsilçiləri iştirak edib. Seminarda layihənin beynəlxalq eksperti Rüdiger Heining kompetensiya və model peşə təhsil mərkəzlərinin yaradılması, ixtisaslar üzrə beynəlxalq standartlara cavab verən kurikulumların və modul tədris vəsaitlərinin hazırlanması, mühəndis-pedaqoji heyətin peşəkarlığının artırılması, işəgötürənlərlə əməkdaşlıq istiqamətində Almaniya təcrübəsinə dair təqdimatla çıxış edib. Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

165 780 şagird birinci sinifdə təhsil alacaq

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 592 317  şagirdin təhsil alacağı proqnozlaşdırılır. 165 780 şagird isə birinci sinifdə təhsil alacaq. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub. Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin təmir və tikintisi davam etdirilir. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə işlər aparılır. 2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait  çap edilib.  Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar. Ümumilikdə 7144 namizəd vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib. Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 10-da namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Qeyd edək ki, müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə isə 48 bal müəyyən edilib.

Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərsliklər göndərib

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə 2018-2019-cu tədris ili üçün dərsliklər göndərib. Göndərilən vəsaitlərə 1-11 ci siniflər üçün, ümumilikdə, 24 127 ədəd "Azərbaycan dili” və "Ədəbiyyat” dərsliyi daxildir. Dərsliklər Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib. Nazirliyin Məktəbəqədər təhsil və ümumi təhsil departamentinin rəhbəri Mariam Çikobava dərsliklərə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Dərsliklərin yeni tədris ilinin başlanmasına qədər Azərbaycandilli məktəblərə çatdırılması planlaşdırılır. Qeyd edək ki, Təhsil Nazirliyinin Gürcüstanın Azərbaycandilli məktəblərə builki tədris ili üçün göndərdiyi dərsliklər 2017-2018-ci tədris ilə müqayisədə çoxdur. Belə ki, ötən il Azərbaycandan ümumi sayı 11 500 ədəd "Azərbaycan dili” və "Ədəbiyyat” dərsliyi və müəllim üçün metodik vəsaitlər təqdim edilmişdi.   www.report.az

Olimpiadaçılarımız 4 medalla qayıdır

Sentyabrın 2-dən 7-dək Rusiya Federasiyasının Moskva şəhərində III Beynəlxalq Meqapolis Olimpiadası keçirilib. Olimpiadada ölkəmizi təmsil edən məktəblilər fərdi  və komanda yarışlarında uğurla çıxış ediblər. Belə ki, kimya fənni üzrə Kimya-biologiya respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev qızıl, Ağdaş şəhər, Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın 10-cu  sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat üzrə gümüş medal əldə edib. Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin 10-cu  sinif şagirdi İbrahim Tağızadə isə informatika fənni üzrə bürünc medala layiq görülüb. Beynəlxalq Meqapolis Olimpiadasında  olimpiada nailiyyəti ilə seçilən ölkələrdən iştirakçılar qatılıb. Olimpiada 4 fərqli fənlər (riyaziyyat, informatika, kimya və fizika) üzrə keçirilən komanda turniridir. Birinci mərhələdə komanda üzvlərinin tapşırıqları düzgün həll etmələri yanaşı, həm də sürətli olmalarına önəm verilir. Kimya və fizika fənləri üzrə qatılan iştirakçılar nəzəri və təcrübi hissələrdən ibarət olan müsabiqədə öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Riyaziyyat və informatika fənləri üzrə qatılan iştirakçılar isə onlara təqdim olunan tapşırıqları həll edirlər. İştirakçıların yazı işləri beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qeyd edək ki, ilk dəfə 2017-ci ildə bu olimpiadaya qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər. Olimpiadada iştirak edən şagirdlər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin və Kimya, biologiya təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində xüsusi proqram əsasında hazırlıq prosesindən keçiblər. 2014-cü ildən etibarən Təhsil Nazirliyinin müvafiq əmri əsasında yaradılmış mərkəzlərdə artıq 4 ildir ki, şagirdlər beş müxtəlif fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə iki fərqli yaş qrupu olmaqla hazırlıqlara cəlb olunurlar. 200-dən çox şagirdin dinləyici olduğu bu mərkəzlərə müxtəlif dövlət və özəl məktəblərin şagirdləri dəvət edilir. Tədris ilinin əvvəlində namizəd şagirdlərin seçimi ilə müəyyən edilən şagirdlər ali məktəblərdən, ayrı-ayrı institutların alim və professorlarının, eləcə də əcnəbi mütəxəssislərin dərslərində iştirak edirlər. Olimpiadalara hazırlıq mərkəzləri yerli və ölkədən kənarda bir neçə ali məktəblə sıx əməkdaşlıq yaradaraq, nəzəri və praktiki dərslərin hazırlığı prosesini təşkil etməkdədir.     

Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 7 nəfər Azərbaycan vətəndaşı  2018-2019-cu tədris ili üzrə Latviyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə  7 nəfər Latviyanın “Riga Technical University” və “University of Latvia” ali təhsil müəssisələrində iqtisadiyyat və idarəetmə, mühəndislik, filologiya, aviasiya ixtisasları üzrə magistratura ( 6 nəfər )  və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə  təhsilini davam etdirmək hüququ qazanıb. Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.  

Təhsil Nazirliyində YUNİSEF-in nümayəndələri ilə görüş

Sentyabrın 7-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi ilə bağlı YUNİSEF-in təhsil məsələləri üzrə məsləhətçisi Leyla Həsənova və layihənin beynəlxalq eksperti Peter Grimeslə görüşüb. Görüş zamanı 2 il ərzində icra olunacaq layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna start verilir

Sentyabrın 8-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesində iştirak etmək üçün builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Bu prosesə həmçinin ötənilki müsabiqədə iştirak etmiş namizədlər də qatıla bilər. Onlar miq.edu.az saytı vasitəsi ilə yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçmək hüququna malikdirlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədi ilə sözügedən prosesdə iştirak edə bilər. Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilib. Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu sentyarın 9-dək davam edəcək.   Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar  

İşə qəbul müsabiqəsində yüksək nəticə göstərmiş müəllimlər

2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci və ikinci mərhələsi üzrə 4053 namizəd işə qəbul edilib. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərərək müəllim adını qazanmış namizədlərlə bağlı məlumatları təqdim edirik.

27/06/2026

Olimpiya icmalı #TəhsilTV #MRİO2026

Ətraflı
26/06/2026

Məktəblilərin Respublika İdman Olimpiadası üzrə yekun statistika

Ətraflı
25/06/2026

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. ?? Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq. #ElmVəTəhsilNazirliyi #26İyun #SilahlıQüvvələriGünü

Ətraflı