Peşə təhsili sahəsində Almaniya təcrübəsinə dair seminar
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihələri çərçivəsində seminar keçirilib. Hər iki layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində həyata keçirilir.
Seminarın keçirilməsində məqsəd model və kompetensiya peşə təhsili mərkəzlərinin yaradılması istiqamətində Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi imkanlarının müzakirə edilməsi olub.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, peşə təhsili müəssisələrinin nümayəndələri, layihənin və özəl sektorun təmsilçiləri iştirak edib.
Seminarda layihənin beynəlxalq eksperti Rüdiger Heining kompetensiya və model peşə təhsil mərkəzlərinin yaradılması, ixtisaslar üzrə beynəlxalq standartlara cavab verən kurikulumların və modul tədris vəsaitlərinin hazırlanması, mühəndis-pedaqoji heyətin peşəkarlığının artırılması, işəgötürənlərlə əməkdaşlıq istiqamətində Almaniya təcrübəsinə dair təqdimatla çıxış edib.
Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
