Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblər arasında respublika çempionatının ilk mərhələsi yekunlaşıb

Məktəblər arasında idman növləri üzrə respublika çempionatının məktəbdaxili mərhələsi yekunlaşıb. Oktyabr ayı ərzində ölkə üzrə 2397 ümumi təhsil müəssisəsində keçirilən yarışlarda 200000-dən artıq məktəbli iştirak edib. Yarışlara basketbol idman növü üzrə 1442, voleybol üzrə 1303, atletika üzrə 2262, şahmat üzrə 675 məktəb qoşulub. Noyabrın 1-dən isə yarışların rayondaxili mərhələsi başlayıb. Rayondaxili mərhələdə 2397 ümumi təhsil müəssisəsi üzrə 4 idman növündə 5682 məktəb komandası iştirak edəcək. Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı” cari ilin sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. Məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılmasıdır. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.         

Neftçala Sənaye Məhəlləsinə infotur

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Azərbaycan İnvestisiya Şirkətinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyinin mühəndis-pedaqoji heyəti və tələbələrinin Neftçala Sənaye Məhəlləsinə infoturu təşkil edilib.  “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun təşkil edilən turun məqsədi peşə təhsili sistemində təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin və bacarıqlarının formalaşdırılması, işəgötürən təşkilatlarla peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması olub.  Tur zamanı liseyin mühəndis-pedaqoji heyəti və tələbələri sənaye məhəlləsində fəaliyyət göstərən müəssisələr və sahibkarlıq emalatxanası ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər. Görüşdə sənaye məhəlləsində görülən işlər, fəaliyyət göstərən müəssisələr barədə geniş məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Nazir müavini İtaliyanın Ka Foskari Venesiya Universitetinin rektoru ilə görüşüb

Təhsil nazirinin müavini Firudin Qurbanov İtaliyanın Ka Foskari Venesiya Universitetinin rektoru Mikele Bulyeze ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında ali təhsil səviyyəsindəki əməkdaşlığa toxunan nazir müavini Azərbaycan Dillər Universitetində italyan dilinin tərcüməsi ixtisasının mövcudluğunu qeyd edib. Firudin Qurbanov həmçinin vurğulayıb ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ali təhsil müəssisələri siyahısına İtaliyanın 13 ali təhsil müəssisəsi daxil edilib və ümumilikdə 48 Azərbaycan vətəndaşı İtaliyada təhsil almaq hüququ qazanıb. Həmçinin Ka Foskari Venesiya Universitetinin mütəxəssisləri tərəfindən Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin müəllimləri üçün iki həftəlik intensiv italyan dili kurslarının təşkil edilməsi yüksək qiymətləndirilib. Mikele Bulyeze rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, xarici dillər və iqtisadiyyat üzrə ixtisaslaşan Ka Foskari Venesiya Universitetində 40-a yaxın xarici dil tədris olunur. Ka Foskari Venesiya Universitetində həmçinin “Azərbaycanın xarici siyasəti” fənni tədris olunur. Mikele Bulyeze yaxın gələcəkdə universitetdə Azərbaycan dilinin tədrisinin bərpa olunacağını diqqətə çatdırıb. Qonaq 2018-ci ildə 35 Azərbaycan vətəndaşının Ka Foskari Venesiya Universitetində təhsil almaq hüququnu qazandığını qeyd edib və Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

“Məktəblinin dostu kuboku” başa çatıb

Noyabrın 5-də Dövlət Bayrağı Gününə həsr olunan “Məktəblinin dostu kuboku” futbol çempionatının final mərhələsinə yekun vurulub. Final qarşılaşmasında 276 nömrəli tam orta məktəbin komandası “Məktəblinin dostu kuboku”nun qalibi olub. 9 nömrəli tam orta məktəbin komandası II, 12 nömrəli məktəbin komandası III yeri tutub. Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırması mərasimi keçirilib. Məktəbli futbolçulara “Norm” MMC-nin sponsorluğu ilə kubok, medal, diplom və hədiyyələr təqdim olunub. Tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak edib. Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev çıxış edərək qalib komandaları təbrik edib, dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Oktyabr ayında başlayan “Məktəblinin dostu kuboku” adlı futbol çempionatında layihənin tətbiq olunduğu 32 məktəbin VII və VIII sinif şagirdlərindən ibarət komandalar mübarizə aparıb. Çempionatın məqsədi məktəblilərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və futbol idman növünə marağın artırılmasıdır. Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.

Turizm sektoru üçün çərçivə kurikulumunun tətbiqinə dair təlimlər

 “Turizm sektoru üçün hazırlanan çərçivə kurikulumunun tədbiqi”nə dair növbəti təlimlər Qax Peşə Liseyində keçirilib. Təlimdə Bakı şəhəri, Qəbələ, İsmayıllı və Qax rayonlarındakı peşə təhsili müəssisələrində turizm ixtisaslarını tədris edən mühəndis-pedaqoji heyət iştirak edib. Təlim zamanı iştirakçılara kurikuluma uyğun tədris planlarının hazırlanması, nəzəri və praktiki saatların bölüşdürülməsinə dair ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, turizm sektoru üçün çərçivə kurikulumunun hazırlanması və  tətbiqi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinə əsasən həyata keçirilir.

Turizm sektoru üçün çərçivə kurrikulumunun tətbiqinə dair təlimlər

 “Turizm sektoru üçün hazırlanan çərçivə kurrikulumunun tədbiqi”nə dair növbəti təlimlər Qax Peşə Liseyində keçirilib. Təlimdə Bakı şəhəri, Qəbələ, İsmayıllı və Qax rayonlarındakı peşə təhsili müəssisələrində turizm ixtisaslarını tədris edən mühəndis-pedaqoji heyət iştirak edib. Təlim zamanı iştirakçılara kurrikuluma uyğun tədris planlarının hazırlanması, nəzəri və praktiki saatların bölüşdürülməsinə dair ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, turizm sektoru üçün çərçivə kurrikulumunun hazırlanması və  tətbiqi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinə əsasən həyata keçirilir.

2019-2020-ci tədris ili üzrə İsveçdə doktorantura səviyyəsində təqaüd proqramı

2019-2020-ci tədris ili üzrə İsveçdə doktorantura səviyyəsində təqaüd proqramı elan olunub. Təqaüd proqramına 7 ölkə üzrə 45 yer ayrılıb. Təqaüd proqramına sənəd vermək istəyən şəxslər cari ilin dekabrın 12-dək https://si.se/en/apply/scholarships/visby-programme-phd-postdoc/ səhifəsinə müraciət edə bilərlər. Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi qaydada həyata keçirilir.   Elan

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Noyabrın 6-da Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Füzuli rayonunun Horadiz şəhərində “Bayraq yürüşü” keçirəcək. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər,  tanınmış ziyalılar, idmançılar,  müəllim və şagirdlər,  QHT və  KİV nümayəndələri iştirak edəcəklər.

Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq

Noyabrın 2-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının Azərbaycan üzrə yeni təyin olunmuş direktoru Samr Şah ilə görüş keçirilib. Agentliyin direktor əvəzi Amil Əlili  ölkədə peşə təhsilinin inkişafı istiqamətində aparılan islahatlar, görülən işlər  barədə geniş məlumat verib. Peşə təhsilində “British Council” təşkilatı ilə birgə həyata keçirilən “Turizm sektoru sahəsində kadrların hazırlanması və iş yerində təcrübə proqramı” və “Kənd təsərrüfatında yeni peşə ixtisaslarının hazırlanması” layihələrinin nəticələrini diqqətə çatdırıb, gələcək əməkdaşlıq məsələlərinə toxunub.  “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah da peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb, peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması üçün təlimlərin təşkili imkanlarından danışıb. Görüş zamanı birgə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təhsil naziri Tərtər şəhərində vətəndaşları qəbul edib

Noyabrın 2-də təhsil naziri Ceyhun Bayramov Tərtər şəhərindəki Gənclər Mərkəzində Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, ali təhsil sənədlərinin verilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

27/06/2026

Olimpiya icmalı #TəhsilTV #MRİO2026

Ətraflı
26/06/2026

Məktəblilərin Respublika İdman Olimpiadası üzrə yekun statistika

Ətraflı
25/06/2026

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. ?? Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq. #ElmVəTəhsilNazirliyi #26İyun #SilahlıQüvvələriGünü

Ətraflı