Turizm sektoru üçün çərçivə kurikulumunun tətbiqinə dair təlimlər
“Turizm sektoru üçün hazırlanan çərçivə kurikulumunun tədbiqi”nə dair növbəti təlimlər Qax Peşə Liseyində keçirilib.
Təlimdə Bakı şəhəri, Qəbələ, İsmayıllı və Qax rayonlarındakı peşə təhsili müəssisələrində turizm ixtisaslarını tədris edən mühəndis-pedaqoji heyət iştirak edib.
Təlim zamanı iştirakçılara kurikuluma uyğun tədris planlarının hazırlanması, nəzəri və praktiki saatların bölüşdürülməsinə dair ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, turizm sektoru üçün çərçivə kurikulumunun hazırlanması və tətbiqi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinə əsasən həyata keçirilir.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
