Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Turizm sektoru üçün çərçivə kurrikulumunun tətbiqinə dair təlimlər

 “Turizm sektoru üçün hazırlanan çərçivə kurrikulumunun tədbiqi”nə dair növbəti təlimlər Qax Peşə Liseyində keçirilib.

Təlimdə Bakı şəhəri, Qəbələ, İsmayıllı və Qax rayonlarındakı peşə təhsili müəssisələrində turizm ixtisaslarını tədris edən mühəndis-pedaqoji heyət iştirak edib.

Təlim zamanı iştirakçılara kurrikuluma uyğun tədris planlarının hazırlanması, nəzəri və praktiki saatların bölüşdürülməsinə dair ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, turizm sektoru üçün çərçivə kurrikulumunun hazırlanması və  tətbiqi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinə əsasən həyata keçirilir.


7 il əvvəl