Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Simurq” musiqi festivalının qalibi müəyyənləşib

Bakı Musiqi Akademiyasında Təhsil Nazirliyinin dəstəyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Simurq” musiqi festivalının bağlanış mərasimi baş tutub. Festivalın başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq, onlara dəstək olmaq, ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir. Festivala 100-ə yaxın gənc pianoçu qatılıb. Finala çıxan 6 nəfər azərbaycanlı iştirakçı Azərbaycan və Rusiyadan olan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Festivalın yekununda Bakı şəhəri 23 nömrəli ümumtəhsil məktəbinin şagirdi Ləman Seyidova qalib gəlib. Qalib  təşkilatçılar tərəfindən  diplomla təltif olunub.

İspaniya təcrübəsi öyrənilir

Təhsil Nazirliyi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti İspaniya Krallığının Barselona şəhərinə işgüzar səfər edib. Səfərin məqsədi təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili və idarə edilməsi sahəsində İspaniya Krallığının təcrübəsi ilə tanış olmaq və Azərbaycanda tətbiqi imkanlarını öyrənməkdir. Səfər çərçivəsində Barselona şəhərində yerləşən İESE Biznes Məktəbinin Dövlət Özəl Tərəfdaşlıq Mərkəzi, həmçinin Kataloniya əyalətinin Təhsil, Tədqiqatlar, Maliyyə nazirliklərinin rəhbərlikləri ilə görüşlər reallaşdırılıb. Muxtar əyalətin təhsil sistemi haqqında məlumat əldə edilib, özəl sektorun müxtəlif təhsil pillələrindəki rolu, maliyyələşdirmə mexanizmləri, o cümlədən dual peşə təhsili istiqamətindəki layihə nəzərdən keçirilib. 4 gün davam edən təlim zamanı dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil, peşə və ali təhsil müəssisələrində görüşlər baş tutub. Səfər Avropa İttifaqının maliyyələşdirdiyi “Dövlət-özəl sektor tərəfdaşlığı vasitəsi ilə təhsil sektoruna davamlı maliyyə resurslarının cəlb olunması” layihəsi çərçivəsində həyata keçirilib.

İnformatika fənni üzrə olimpiadanın final turu

Mayın 5-də ADA Universitetində informatika fənni üzrə olimpiadanın respublika mərhələsinin final turu keçirilib. Yarımfinal turunda yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla iki kateqoriyada olimpiadaya cəlb ediliblər.  Belə ki, 9-cu sinif və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışıblar. Olimpiadada müvafiq yaş qruplarına uyğun olaraq aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə 31 nəfər şagird iştirak edib. Müsabiqə və qiymətləndirmə Beynəlxalq İnformatika Olimpiadası (IOI) sisteminə uyğun həyata keçirilib. Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

Təhsil işçiləri Bakı Marafonunun ilk onluğunda

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonunda iştirak edərək uğur qazanıblar. İştirakçılardan üç nəfər ilk onluqda yer alıb. Belə ki, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Elman Abışov III yer, “Ankara məktəbi” məktəb-liseyinin fiziki tərbiyə müəllimi Namiq Əsədov  V yer, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin aparıcı mütəxəssisi Tural Sadıqlı  isə VIII yeri tutub. Sonda təşkilatçılar tərəfindən qaliblərə medal və mükafatlar təqdim olunub. “Bakı Marafonu 2019” layihəsinin həyata keçirilməsində məqsəd Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, geniş ictimaiyyət və xüsusilə gənclər arasında sağlam həyat tərzini təşviq etməkdir.

Təhsil Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

Xəbər verildiyi kimi, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb. Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib. Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Avtoqəzada həlak olan İlkin Əhmədovun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Xəsarət almış şagirdlərə isə Allahdan şəfa diləyirik.

Saatlıda məktəb açılışı

Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, əsaslı təmir olunan məktəb binasında şagirdlərə təhsil almaq üçün lazımi şəraitin yaradıldığını qeyd edib. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov çıxışında bildirib ki, son bir neçə il ərzində ölkəmizdə 4500-ə yaxın məktəbdən təxminən 3000-i əsaslı təmir olunub və yeni məktəb binaları istifadəyə verilib. Əhliyət Adıgözəlov təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq tədrisin keyfiyyətinin  yüksəldiyini vurğulayıb. Qeyd olunub ki, 624 şagird yerlik 2 mərtəbəli məktəb binası 17 sinif otağı, 2 emalatxana, 3 laboratoriya, hərbi hazırlıq otağı, tibb məntəqəsinə malikdir.  Məktəbdə idman zalı, sanitar qovşaqlar və yeməkxana istifadəyə verilib.   Təhsil müəssisəsinin ərazisində abadlıq işləri aparılıb, açıq idman meydançası tikilib. Məktəbin dam örtüyü dəyişdirilib, binada müasir istilik sistemi quraşdırılıb. Təhsil müəssisəsi lazımi avadanlıqlarla təchiz edilib. Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.

Şamaxı Safari Parkına ekskursiya

Mayın 4-də Təhsil Nazirliyinin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin bir qrup şagirdinin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub. Ekskursiyanın keçirilməsində məqsəd uşaq və gənclərin ekoloji sahədə maarifləndirilməsi, müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olanların qorunması, onlara qayğının təbliği, müvafiq sahədə praktik biliklərin əldə edilməsindən ibarətdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Həmin sənədə əsasən, Şamaxı rayonunun Pirqulu dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun çəpərlənərək vəhşi heyvanlar üçün ekoloji qoruq - Şamaxı Safari Parkı yaradılıb. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından genetik qiymətli heyvanlar gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılıb. Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, Təhsil Nazirliyi və Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə 2018-2019-cu tədris ilinin oktyabr, noyabr və aprel, may aylarında Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri şagirdlərinin Şamaxı Safari Parkına həftədə bir dəfə ekskursiyalarının təşkili nəzərdə tutulub.  

“Məktəbimizdə” - fotorubrika

Təhsil Nazirliyi “Məktəbimizdə” adlı yeni fotorubrikaya start verir. Rubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir günü ilə sizi tanış etməkdir.  İlk görüntülər Bakının Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdəndir.  

Olimpiadaçılarımız 5 medalla qayıdır

Moldovanın paytaxtı Kişinyov şəhərində məktəblilərin 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilir. Olimpiadada ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar.   Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdləri Fərid İsmayılov, Murad Ağazadə, həmçinin Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev gümüş medala layiq görülüblər. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Abbas Məmmədov isə bürünc medal qazanıb. Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal əldə ediblər. Qeyd edək ki, olimpiadada qazanılan medalların sayına görə komandamız 148 xal toplayıb və bu, olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə sayılır.

Tələbə-könüllülər yeni aksiyaya başlayır

“BİR” tələbə-könüllülərinin təşəbbüsü ilə “Şuşa yalnız xatirələrdə qalmasın” adlı aksiyaya start verilir. Aksiyanın məqsədi işğalından 27 il ötən Şuşanı tanıtmaq, tələbə-könüllülərin milli ruhunu və vətən sevgisini ön plana çıxarmaqdır. Aksiya çərçivəsində “BİR” tələbə-könüllülər Şuşa ilə bağlı faktları, xatirələri, şəkilləri, videoları ictimaiyyətin diqqətinə çatdıracaqlar. Mayın 9-dək davam edəcək aksiyaya qoşulan hər kəs Şuşa haqqında fakt, şəkil, xatirə və ya hər hansı bir mətni #birşuşaxatirəsi#shushamemories həştəqləri ilə sosial şəbəkədəki şəxsi səhifələrində paylaşacaqlar. Aksiya çərçivəsində şuşalıların doğma yurdları ilə bağlı xatirələrinin əks olunduğu videoçarx hazırlanacaq. Hər kəs aksiyaya qoşulmağa dəvət olunur.   Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

05/06/2026

? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir

Ətraflı
04/06/2026

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil

Ətraflı
04/06/2026

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı