Saatlıda məktəb açılışı
Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, əsaslı təmir olunan məktəb binasında şagirdlərə təhsil almaq üçün lazımi şəraitin yaradıldığını qeyd edib.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov çıxışında bildirib ki, son bir neçə il ərzində ölkəmizdə 4500-ə yaxın məktəbdən təxminən 3000-i əsaslı təmir olunub və yeni məktəb binaları istifadəyə verilib. Əhliyət Adıgözəlov təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq tədrisin keyfiyyətinin yüksəldiyini vurğulayıb.
Qeyd olunub ki, 624 şagird yerlik 2 mərtəbəli məktəb binası 17 sinif otağı, 2 emalatxana, 3 laboratoriya, hərbi hazırlıq otağı, tibb məntəqəsinə malikdir. Məktəbdə idman zalı, sanitar qovşaqlar və yeməkxana istifadəyə verilib.
Təhsil müəssisəsinin ərazisində abadlıq işləri aparılıb, açıq idman meydançası tikilib. Məktəbin dam örtüyü dəyişdirilib, binada müasir istilik sistemi quraşdırılıb. Təhsil müəssisəsi lazımi avadanlıqlarla təchiz edilib.
Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.
7 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün bağlanış mərasimi keçirilib
06.06.2026 - 13:00 -
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00
