• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gənclərin gələcək seçimi

Məktəblilərin “Ağıllı büdcə” layihəsinin mahiyyəti nədir? Şagirdlər gələcək ixtisaslarını necə seçirlər? Təhsil televiziyasının “Təməl” verilişinin budəfəki buraxılışında bu və digər suallar müzakirə olunur. Verilişin qonağı “Azərbaycan Gənclərinin Nailiyyəti” təşkilatının icraçı direktoru Sevinc Əmirova-Məmmədova və həmin təşkilatın əməkdaşı Aytən Paşayevadır.  

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

İyulun 11-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib. Mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mediatur zamanı qonaqlar imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar. Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. İmtahanların dördüncü günündə ingilis dili müəllimi olmaq istəyən namizədlər imtahan verir. Bugünkü imtahanda 3280 namizədin iştirakı gözlənilir. Qeyd edək ki, iyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

“Azəri İnciləri” beynəlxalq festivalın qalibi olub

Qazaxıstanın Nur-Sultan şəhərində «ŞATTIK» Gənc İstedadların XI Beynəlxalq Festivalı keçirilib. Festival Qazaxıstanın İdman və Mədəniyyət Nazirliyi və Nur-Sultan şəhər bələdiyyəsinin dəstəyi ilə keçirilib. Beynəlxalq festivalda Qazaxıstanın şəhər və bölgələri, Rusiya Federasiyası, Ukrayna, Bolqarıstan, Belarusiya, Tacikistan, Özbəkistan və Qırğızıstan respublikalarının kollektivləri xoreoqrafiya, vokal və instrumental musiqi nominasiyaları üzrə çıxış ediblər. Festivalda Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Rəqs” dərnəyinin üzvləri tərəfindən maraqlı konsert proqramı nümayiş etdirilib.  Mərkəzin direktoru Lalə Qəti münsiflər heyətinin fəxri üzvü seçilib. Qala konsertdə “Mənim Azərbaycanım” kompozisiyası ilə çıxış edən “Azəri İnciləri” rəqs kollektivi I yerin qalibi seçiliblər. "Azəri İnciləri" rəqs kollektivi və dərnək rəhbəri xüsusi diplomla təltif olunublar.

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Gəncə Peşə Təhsili və Təlimi Mərkəzində müasir standartlara cavab verən ilk sənaye emalatxanasının açılış mərasimi baş tutub. Açılış mərasimində iştirak edən Təhsil nazirinin müavini İdris İsayev, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Gatti yaradılan emalatxananın maddi-texniki bazası ilə tanış olublar. Bildirilib ki, emalatxana mərkəzin yeni tədris planına daxil edilən 6 mühüm ixtisasın tədrisi üçün beynəlxalq səviyyəli sənaye və texniki təlim avadanlıqları ilə təchiz edilib. Gəncədə yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzində 2018-2019-cu tədris ili üçün təklif olunan yeni proqramlar üzrə 60 tələbə təhsil alıb. Yeni açılan emalatxanada tələbələrin təhsil aldıqları ixtisaslar üzrə istehsalat təliminə cəlb edilməsi və onların gələcək əmək fəaliyyətində istifadə edəcəkləri avadanlıq və texnika ilə sərbəst işləmə bacarığının əldə etməsi nəzərdə tutulub. Mərkəz isitmə, havalandırma və soyutma sistemləri, mənzil təsərrüfatı və yaşayış obyektlərinin təmiri xidməti, dağ-mədən işləri, moda və dizayn, plastik boruların quraşdırılması və təmiri üçün plastik qaynaq xidmətləri, maşınqayırma və cihazqayırma sənayesində metal hissəciklərin istehsalı və yığımı üçün lazım olan tornaçı xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşır və təhsil alan tələbələrdə sənayeyə uyğun vərdişlərin yaranmasına xidmət edir.  Daha sonra peşə təhsili müəssisələri və regionunun müxtəlif biznes dairələri, xüsusən də kiçik və orta müəssisələr arasında tərəfdaşlığı gücləndirmək məqsədini daşıyan dəyirmi masa keçirilib. Dəyirmi masada milli peşə təhsili müəssisələrinin imkanlarını gücləndirmək məqsədilə hazırlanan Dövlət- Özəl Sektor Tərəfdaşlığı üzrə çərçivə sənədinə rəy bildirilməsi üçün özəl sektora təqdim olunub. Növbəti aylarda özəl sektorla bu istiqamətdə danışıqların davam etdirilməsi və sonrakı mərhələdə Sənaye üzrə Gəncə Regional Peşə Kompetensiya Mərkəzinin məzunları üçün biznes qurumlarda iş yerlərini təmin etmək məqsədilə ümumi mexanizmlər cədvəlinin işlənilib hazırlanması nəzərdə tutulub. Gəncədə ilk sənaye emalatxanasının açılışı Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və BMTİP çərçivəsində “Gəncədə Kompetensiyayönümlü Regional Sənayə Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində həyata keçirilib.

İngilis dili müəllimi olmaq istəyənlər imtahan verir

İyulun 11-də ingilis dili fənnindən müəllimlərin işə qəbulu üzrə test imtahanları keçirilir. İmtahanda 3280 namizədin iştirakı gözlənilir. İngilis dili üzrə imtahanlar iyulun 12-də də davam edəcək. Qeyd edək ki, iyulun 10-da informatika və rus dili fənləri üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında iki yüksək nəticə göstərilib. Belə ki, namizədlərdən ən yüksək nəticəni informatika fənni üzrə Gülbəniz Israfilova (57 bal), rus dili fənni üzrə Həyat Əliyeva (55 bal) əldə edib. İmtahanlar iyulun 24-dək davam edəcək.

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

İyulun 10-da “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində görülən işlərə və əldə olunan nailiyyətlərə həsr olunmuş konfrans keçirilib. Konfransda iştirak edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Avropa Ittifaqı ilə ölkəmiz arasındakı sıx əməkdaşlığın önəmindən və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyindən bəhs edib. Həmçinin səfir rəqabətqabiliyyətli kadr təminatının hazırlığı prosesinə dəstək göstərməkdən məmnunluq duyduğunu qeyd edib. Daha sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkə üzrə direktoru Sonia Fontaine çıxış edərək duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaranmasında özəl sektorun xüsusi rolunu vurğulayıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili isə öz növbəsində tədris prosesinin müxtəlif mərhələlərində özəl sektor nümayəndələrinin iştirakının vacibliyini qeyd edib və onları daha yaxından əməkdaşlığa səsləyib. Konfransın növbəti hissəsində layihənin ekspertləri görülmüş işlər, pilot peşə təhsili müəssisələri üçün hazırlanmış Strateji İnkişaf Planları, layihə müddətində özəl sektorla duala bənzər PTT üzrə qurulmuş əməkdaşlıq əlaqələri, tələbələr üçün təşkil olunan istehsalat təlimi və təcrübəsi, pilot peşə təhsili müəssisələrinin rəhbər və mühəndis-pedaqoji heyəti, eləcə də müəssisə daxili təlimçilər üçün təşkil olunan təlimlər və digər fəaliyyətlər çərçivəsində əldə olunan təcrübə və öyrənilən dərslər barədə iştirakçıları məlumatlandırıblar. Konfrans çərçivəsində pilot peşə təhsili müəssisələri və əməkdaşlıq edilən müəssisələrin rəhbərlərinin  iştirakı ilə panel müzakirəsi təşkil olunub. ED VET layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə təhsili müəssisində Almaniyanın duala bənzər peşə təhsili və təlimi (PTT) yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

“Təbəssüm” beynəlxalq festivalın qalibi olub

Polşanın Lodz şəhərində IX Beynəlxalq Folklor Yaradıcılıq Festivalı (“Folkowe inspiracje”) keçirilib. Xoreoqrafiya, vokal, teatr, instrumental musiqi, foto və video nominasiyaları üzrə təşkil olunan festivala 12 ölkədən 600-dən çox iştirakçı qatılıb. Festivalda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu da iştirak edib. “Təbəssüm” rəqs qrupunun “Xoreoqrafiya” nominasiyası üzrə nümayiş etdirdiyi “Odlar yurdu” rəqsi I yerə və festivalın “Qızıl qayıq” mükafatına layiq görülüb. Festival çərçivəsində təşkil olunan ölkə təqdimatlarında və ustad dərslərdə fəal iştiraklarına görə dərnək rəhbəri Roza İsmayılova “Gümüş qayıq” mükafatı, mərkəzin direktoru Əminə Musayeva isə diplomla təltif olunub.

Test imtahanlarında növbəti yüksək bal

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika fənni üzrə imtahandan uğurla keçərək 57 bal toplayıb. Gülbəniz İsrafilova Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. İyulun 8-dən start verilən müəllimlərin işə qəbulu üzrə imtahanların üçüncü günündə rus dili və informatika müəllimi olmaq istəyən namizədlər iştirak edir. İmtahanlar iyulun 24-dək davam edəcək.

“Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsi uğurla başa çatıb

İsmayıllı rayonunda keçirilən “Zubrları təbiətimizə qaytaraq!” adlı növbəti ekoloji yay düşərgəsi yekunlaşıb. Düşərgədə İsmayıllı rayonunun Talıstan, Tircan, Keyvəndi, Cülyan, Topçu və digər kənd məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. Düşərgədə məktəblilər seminarlarda zubrların həyat tərzi, reintroduksiya olunacağı ərazilər, təbiətdəki rolu, ekosistem xidmətləri haqqında geniş məlumatlar əldə edib, müxtəlif ekoloji tədqiqatlarda və müsabiqələrdə iştirak ediblər. İştirakçılar Şahdağ Milli Parkının ərazisində zubrların adaptasiya dövrlərini təhlükəsiz keçmələri üçün yaradılan xüsusi kompleksdə may ayında ölkəmizə reintroduksiya olunan zubrları izləyib, bu növ haqqında məlumatlar əldə ediblər. Həmçinin iştirakçıların Qəbələ rayonunda yerləşən Nohur gölünə ekskursiyası təşkil olunub. Düşərgənin yekununda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. “Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsinin əsas məqsədi reintroduksiya olunan zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır. Yay düşərgəsi “Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində IDEA İctimai BirliyiAzərbaycan Respublikasının Gənclər FonduTəhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə təşkil edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də tərəfdaş olduğu layihə çərçivəsində ölkəmizdə nəsli kəsilən vəhşi öküz - Qafqaz zubru növündən olan 12 baş heyvan Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Zubrlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra təbiətə sərbəst buraxılacaq. Ölkəmizə bu il daha 8 baş zubrun gətirilməsi nəzərdə tutulur.

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanların üçüncü günündə rus dili və informatika müəllimi olmaq istəyən namizədlər iştirak edir. İmtahanlar iyulun 24-dək davam edəcək. Test imtahanına gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

30/04/2025

28-29 aprel tarixlərində elm və təhsil nazirinin müavini İdris İsayev Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən Mədəniyyət, Ali Təhsil və İnnovasiya üzrə Macar-Türk Sammitində iştirak edib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22020-1

Ətraflı
30/04/2025

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Ətraflı
29/04/2025

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi başa çatıb. 22-25 aprel tarixlərini əhatə edən seçim turunda 15 000-dən çox şagird iştirak edib. Seçim mərhələsində yüksək nəticə göstərmiş 2000-dən çox şagird növbəti tura vəsiqə qazanacaq. Növbəti mərhələyə vəsiqə qazanan iştirakçıların siyahısı bir neçə gün sonra codehour.edu.az saytında ictimaiyyətə təqdim olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22019-1 #ElmVəTəhsilNazirliyi #RəqəmsalGələcək #MilliHakaton2025 #RəqəmsalBacarıqlar #KodlaGələcəyiniQur #EduAz #MilliHakaton

Ətraflı