“Engineering Camp” tələbə düşərgəsi yekunlaşıb
“Zuğulba” Tədris İdman Bazasında Təhsil İnstitutu (ARTİ), "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Avropa Elektrik Mühəndisliyi Tələbələri Assosiasiyasının Bakı bölməsinin təşkilatçılığı ilə keçirilən mühəndislik üzrə tələbə düşərgəsi başa çatıb.
Düşərgəyə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında (elektrik, sənaye, kimya mühəndislikləri və s.) bakalavriat səviyyəsi üzrə III-IV kurslarda və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr olmaqla ümumilikdə 50 iştirakçı cəlb olunub.
“Engineering Camp” tələbə düşərgəsinə spiker qismində qoşulan ARTİ-nin direktoru Rüfət Əzizov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəhbəri Fariz Cəfərov, SABAH HUB-ın proqram meneceri Əminə Məlikova, Xəzər və Qərbi Kaspi universitetlərinin müəllimi Fariz Həsənli, “Halliburton” şirkətinin mühəndisi Pərviz Həsənov, “PMD Projects” MMC-nin planlaşdırma və monitorinq şöbəsinin müdiri Elxan Həsənov təcrübələrini tələbələrlə bölüşüb, hazırda dünyada müasir innovasiyalar, mühəndislik sahələrində baş verən yenilikləri çatdırıb, həmçinin tələbələrlə birlikdə praktik tapşırıqlar həll ediblər.
Düşərgədə həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb və gələcək karyera imkanları barədə onlarla faydalı müzakirələr aparılıb.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
