Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 17-də Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.   Bakı Fotoqrafiya Evində baş tutan tədbirdə Elm və Təhsil Nazirliyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəsmiləri, millət vəkilləri, müsabiqənin münsiflər heyətinin üzvləri, media qurumlarının rəhbərləri, müsabiqə iştirakçıları və digər qonaqlar iştirak ediblər.   Tədbirdən öncə müsabiqə çərçivəsində seçilmiş foto və video işlərdən ibarət sərgi ilə tanışlıq olub.   Tədbir çərçivəsində həmçinin müsabiqənin münsiflər heyətinin sədri, ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyət göstərmiş Rafiq Bağırovun müəllifi olduğu “Heydər Əliyev və təhsil” mövzusunda foto gușə təqdim edilib. Guşədə ulu öndər Heydər Əliyevin müxtəlif təhsil müəssisələrində şagird və tələbələrlə birlikdə çəkilmiş 30-a yaxın fotosu nümayiş etdirilib.   Mükafatlandırma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qonaqları salamlayaraq foto və videonun yaddaşı və tarixi yaşadan mühüm vasitə olduqlarını qeyd edib. Nazir müavini bildirib ki, foto yalnız görüntü deyil, eyni zamanda insanlara emosiyaları və hissləri ötürən güclü bir vasitədir. Firudin Qurbanov foto sənətinin inkişaf mərhələlərinə toxunaraq bu sahənin sürətlə rəqəmsal mərhələyə keçdiyini deyib.   Nazir müavini tədbir çərçivəsində ulu öndərə həsr olunmuş foto guşənin təqdim edilməsinin xüsusi məna daşıdığını bildirib, Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Firudin Qurbanov əsası ulu öndər tərəfindən qoyulan təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.   Çıxışının sonunda nazir müavini qalibləri təbrik edib, müsabiqənin təşkilatçılarına və münsiflər heyətinə təşəkkürünü bildirib.   Millət vəkili Elçin Mirzəbəyli çıxışında foto və video sənətinin tarixi yaşadan və gələcək nəsillərə ötürən mühüm vasitə olduğunu qeyd edib. Azərbaycan xalqının gələcəyinin elm və təhsillə sıx bağlı olduğunu vurğulayan millət vəkili bu kimi müsabiqələrin fotoqrafiya və fotoqalereya sənətinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Çıxışının sonunda isə müsabiqə qaliblərini təbrik edib, iştirakçılara uğurlar arzulayıb. Müsabiqənin münsiflər heyətinin sədri Rafiq Bağırov Elm və Təhsil Nazirliyi tərəfindən belə bir müsabiqənin təşkil edilməsini yüksək qiymətləndirərək təşəkkürünü bildirib. O, ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyət göstərdiyi dövrlərlə bağlı xatirələrini bölüşərək həmin illərin tarixi və mənəvi əhəmiyyətindən bəhs edib.   Rafiq Bağırov bu cür müsabiqələrin foto, video sənətinin inkişafına və tarixi yaddaşın qorunmasına mühüm töhfə verdiyini vurğulayıb, gələcəkdə də hər kəsi bu tip təşəbbüslərdə fəal iştiraka çağırıb. Çıxışının sonunda müsabiqənin təşkilinə görə Elm və Təhsil Nazirliyinə bir daha təşəkkürünü ifadə edib.   Çıxışlarda müsabiqənin elm və təhsil sahəsində baş verən proseslərin vizual ifadəsinin təşviqi, eləcə də yaradıcı şəxslərin və media nümayəndələrinin bu sahədə fəal iştirakının artırılması baxımından əhəmiyyəti vurğulanıb.    Daha sonra qaliblərə diplom və mükafatlar təqdim edilib. Foto kateqoriyası üzrə ilk üç yerin qaliblərinə diplomlar, ən yaxşı beş işin müəlliflərinə isə həvəsləndirici sertifikatlar təqdim olunub. Video kateqoriyası üzrə ilk üç yerin qalibləri diplomlarla təltif edilib. Digər iştirakçılara müsabiqədə iştiraklarına dair sertifikatlar verilib.   Qeyd edilib ki, foto və video məzmun olmaqla iki kateqoriya üzrə keçirilən müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak ediblər. Müsabiqəyə ümumilikdə 100-ə yaxın müraciət daxil olub, 245 iş qəbul edilib. Qəbul olunan işlərdən 10-u video, 235-i isə foto materiallardır. Müsabiqə qaydalarına uyğun olaraq texniki meyarlara cavab verən 25 iş münsiflər heyəti tərəfindən qiymətləndirilib.    Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunub.   Müsabiqənin əsas məqsədi elm və təhsil prosesində maraqlı tərəflərin iştirakının artırılması, aktual mövzulara fərqli baxış bucaqlarından yanaşılmaqla keyfiyyətli və yaradıcı vizual məzmunun formalaşdırılmasını təşviq etmək olub.

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının (NASCO XXVIII) açılış mərasimi baş tutub.    Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilir.   Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak edirlər.   Konfransdan əvvəl Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub.   Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   Salamlama nitqi ilə çıxış edən ADNSU-nun rektoru Rüfət Əzizov  konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. NASCO XXVIII-də dayanıqlı inkişaf məqsədlərinin əhatə olunduğunu deyən rektor statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO XXVIII 609 qəbul olunmuş iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir. Eyni zamanda, qəbul edilmiş məqalələrin sayı 600-ü ötüb.   Konfrans haqqında geniş təqdimatla çıxış edən rektor onu da diqqətə çatdırıb ki, konfransa Azərbaycandan 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və institutun doktorant və gənc tədqiqatçılarının tezisləri qəbul olunub. Rektor ADNSU-da gənc alimlər üçün yaradılmış müasir elmi mühitdən və gənc tədqiqatçıların təşviqinə yönəlmiş imkanlardan danışıb və konfransın yaratdığı elmi imkanların bu istiqamətdə mühüm töhfə olacağını deyib.   Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkənin elm və təhsil sahəsində əldə olunmuş nailiyyətlər və gələcək prioritetlər barədə çıxış edib. Nazir çıxışında xüsusilə vurğulayıb ki, elm və təhsil Azərbaycan üçün strateji prioritetdir və məqsəd yalnız nəzəri biliklərin artırılması deyil, həm də elmin iqtisadiyyat və cəmiyyətlə inteqrasiyasını gücləndirməkdir.    Nazir çıxışında bildirib ki, sentyabrdan ölkədə tətbiq olunacaq yeni nəsil doktorantura proqramları gənc alimlərin elmi fəaliyyətlərini beynəlxalq standartlara uyğun aparmağa imkan verəcək. Nazir vurğulayıb ki, ali təhsildə multidisiplinar yanaşmanın genişləndirilməsi, AMEA-da aparılan struktur islahatları, qrant və maliyyə mexanizmlərinin modernləşdirilməsi, startap ekosistemi və texnoparkların inkişafı Azərbaycan elmi potensialını gücləndirib. Nazir qeyd edib ki, bu islahatlar və təşəbbüslər ölkəmizin elm və innovasiya sahəsində gələcək inkişafına əsas yaradır.   Nazir çıxışının sonunda NASCO XXVIII-in gənc alimlər üçün elmi nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından vacib platforma olduğunu qeyd edərək konfransın işinə uğurlar arzulayıb.   Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.    Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində “Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri”, “Elm əsaslı innovasiya” mövzularında panel müzakirələr və müxtəlif elmi istiqamətlərini əhatə edən elmi məruzələr təşkil olunacaq.    Konfransın əsas məqsədi gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, elmi fikir mübadiləsini genişləndirmək və təcrübə paylaşımı üçün platforma yaratmaqdır.

Emin Əmrullayev Real TV-nin “Vacib sual” verilişinin qonağı olub

Elm və təhsil naziri Emin Əmrullayev Real TV-də yayımlanan “Vacib sual” verilişində qonaq olub. Veriliş zamanı nazir məktəbəqədər təhsilin əhatəliliyinin artırılması, “Tam orta məktəb” layihəsinin icrası, peşə təhsilinin inkişafı, əmək bazarının tələblərinə uyğun ixtisasların formalaşdırılması, eləcə də 2026-cı il üçün müəyyənləşdirilən hədəflər və digər aktual mövzular barədə fikirlərini bölüşüb.  

“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir

Dekabrın 15-də Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransın açılış mərasimi baş tutub.  Konfransın əsas məqsədi yeniyetmə və gənclərin sağlam dini biliklərə yiyələnməsi, onların milli-mənəvi dəyərlərə və Vətənə sədaqət ruhunda tərbiyə olunması, həmçinin yad dini-ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə fəaliyyətinin daha sistemli şəkildə təşkili yollarını müzakirə etməkdir. Konfransın açılış mərasimində tədbirin mövzusunun aktuallığına toxunan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, konfrans çərçivəsində aparılan müzakirələr din və təhsil münasibətlərinin düzgün qurulması, gənc nəslin sağlam düşüncə ruhunda formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu mövzuların müzakirəsi gələcəkdə daha sistemli və effektiv yanaşmaların formalaşmasına töhfə verəcək.   Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın mövzusunun ölkəmizin sürətli inkişafı və müasir dövrün çağırışları fonunda xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Firudin Qurbanov bildirib ki, mənəvi-əxlaqi yönümlər və ənənəvi dəyərlər təhsil prosesində xüsusi əhəmiyyət qazanır və şagirdlərin, tələbələrin şəxsiyyət kimi formalaşmasına təsir edir.   Nazir müavini qeyd edib ki, Azərbaycanda təhsil dünyəvi xarakterdə olsa da dini fanatizmlə mübarizədə mühüm rol oynayır, çünki o, tənqidi düşüncəni, tolerantlığı, müxtəlif dinlərin və mədəniyyətlərin əsasları haqqında bilikləri inkişaf etdirir, həmçinin rasional təhlil bacarıqlarını formalaşdırır. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov ölkədə din təhsili ilə bağlı məsələlərə diqqət çəkərək din mədəniyyətinin xüsusilə məktəblərdə öyrədilməsinin faydalı olduğunu deyib.  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa dünyəvi dövlətdə dini dünyagörüşünün formalaşmasında dini düşüncənin düzgün anlaşılmasının və onun dünyəvi prinsiplər əsasında öyrədilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.  Çıxışlardan sonra konfrans işini “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri” və  “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panellərlə davam etdirir.

Emin Əmrullayev Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Alderdice ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Alderdice ilə ilə görüşüb. Görüş zamanı elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.   Açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Fərhad Bədəlbəyli ulu öndərlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında olan xidmətlərindən söz açıb.    Mərasimdə iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu ümummilli lider  Heydər Əliyevin mədəniyyət sahəsinə bağlılığından, ulu öndərin daima mədəniyyət xadimlərinə olan diqqətindən danışıb.     Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivinin, eləcə də ali təhsil müəssisələrinin rektorlarının iştirak etdiyi mərasimdə çıxışlardan sonra mahnı və romanslar səsləndirilib.

Nazir Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Dekabrın 12-də elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində mövcud əməkdaşlığın cari vəziyyəti müzakirə edilib. Həmçinin, Qazaxıstanın təhsil sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərinin təqdimatları dinlənilib.

Fəxri xiyaban ziyarət edilib

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.   Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Nazir müavini Firudin Qurbanov BSU-nun tələbələri ilə görüş keçirib

Dekabrın 11-də Bakı Slavyan Universitetində (BSU) elm  və təhsil nazirinin müavini Firudin Qurbanov universitetin tələbələri ilə görüşüb.   Açılış nitqində rektor Anar Nağıyev Azərbaycan gəncliyinin ölkəmizin gələcək inkişafında rolunun xüsusi əhəmiyyətini vurğulayıb. Anar Nağıyev gənclərin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideyalarına sadiq, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf və Zəfər yoluna layiq vətəndaşlar kimi formalaşmasının vacibliyini qeyd edib.   Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkəmizin ən çətin dövrlərində xalqın tələbi  ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna rolunu vurğulayıb. Firudin Qurbanov qeyd edib ki, bu gün güclü iqtisadiyyata malik olmağımızın təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda güclü, eləcə də dayanıqlı iqtisadiyyat formalaşdırılıb.   Nazir müavini çıxışında Heydər Əliyevin təhsilə və gənclərə daim xüsusi diqqət göstərdiyini qeyd edərək bildirib ki, məhz ulu öndərin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qələbə qazanaraq qalib xalq kimi tarixə düşdü. Nazir müavini vurğulayıb ki, Vətən müharibəsində təhsil işçilərinin də fəal iştirakı təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə həyata keçirildiyini bir daha sübut edir. Bundan əlavə, ana dili biliklərinə göstərilən diqqət də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətinin mühüm istiqamətlərindən biridir.   Nazir müavini Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr və proqramlar barədə məlumat verib, işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işləri xüsusi vurğulayıb.   Çıxışının davamında nazir müavini gənclərin ölkənin gələcək inkişafındakı rolunu, müasir texnologiyaların və sosial şəbəkələrin təsirini, insan kapitalının formalaşdırılmasının əhəmiyyətini, peşə təhsili və yaradıcı təfəkkürün inkişafdakı rolunu qeyd edib və innovasiya mühitinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.    Sual-cavab formatında davam edən görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib

Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib. “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.   Tətbiq müəllimlərə tədrisin planlaşdırılması, şagirdlərin davamiyyətinin operativ şəkildə qeydə alınması, akademik nəticələrin izlənilməsi, həmçinin formativ və summativ qiymətləndirmələrin daxil edilməsi kimi əsas prosesləri mobil mühitdə idarə etmək imkanı verir.   Tətbiqin hazırlanmasında təhlükəsizlik və məlumatların qorunması xüsusi prioritet kimi nəzərə alınıb.   Hazırda “Müəllim” tətbiqi “Rəqəmsal məktəb” layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur. Mobil tətbiqin mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində tətbiqi planlaşdırılır ki, bu da təhsil idarəetməsinin vahid rəqəmsal platforma üzərindən daha səmərəli koordinasiyasına əhəmiyyətli töhfə verəcək.   Qeyd edək ki, tətbiq həm iOS, həm də Android əməliyyat sistemləri üçün hazırlanıb. İstifadəçilər tətbiqi müvafiq platformalarda “Müəllim” adı ilə axtarış edərək yükləyə bilərlər.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı