• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Noyabrın 2-də elm və təhsil naziri Emin Əmrullayev Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.

 

Görüş zamanı 2000-ci ildən Yaponiya hökuməti tərəfindən təqdim edilən “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı çərçivəsində təhsil sahəsi üzrə 89 layihənin həyata keçirilməsindən məmnunluq ifadə edilib. Eyni zamanda qarşıdan gələn illərdə sözügedən proqramın Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilən ehtiyac siyahısına uyğun olaraq həyata keçirilməsinə dair müzakirələr aparılıb.

 

Bundan əlavə, səfir Bakı Dövlət Universitetində tələbələrə yapon dilinin tədrisi məqsədilə Yaponiya hökumətinin dəstəyi ilə ötən 22 il ərzində 9 yapondilli mütəxəssisin Azərbaycana ezam olunduğunu qeyd edib. Sözügedən əməkdaşlığın  növbəti illərdə də davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Görüşdə həmçinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Yaponiya təhsil sisteminə xas olan Kumon metodunun Azərbaycanın ümumtəhsil məktəblərində tətbiqi imkanları müzakirə edilib.


03.11.2023 - 17:17