Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Vakansiya seçimi bu gün yekunlaşır

Avqustun 6-da Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi prosesi başa çatır. Qeyd olunan fənlər üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Proses bu gün saat 10:59-dək davam edəcək.    Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.    Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

“Rəqəmsal bacarıqlar” layihəsi üzrə vakansiya seçimi

2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə vakansiya seçimi etmək imkanı verilir. Ötən illərdən fərqli olaraq ilk dəfə həyata keçirilən layihə üzrə vakansiya seçimlərində müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş, 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.   Layihə üzrə təqdim olunan vakansiyalara yerləşən namizədlər müsabiqənin müsahibə mərhələsində uğur qazandığı təqdirdə müddətsiz müqavilə əsasında işə qəbul olunacaqlar.   Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən etibarən həyata keçirilir və təhsilalanlara yeni texnologiyanı, rəqəmsal bacarıqları, proqramlaşdırmanı təcrübədə öyrənməyə imkan verir. Növbəti tədris ilindən etibarən layihənin genişləndirilərək 190 min şagirdi əhatə etməsi planlaşdırılır.

"BİR" tələbə-könüllülərdən MİQ imtahanlarına könüllü dəstəyi

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bakı, Sumqayıt və Abşeronda təşkil edilmiş işə qəbul imtahanlarına 120-dən çox "BİR" tələbə-könüllü dəstək göstərib.   Tələbə-könüllülər 21 gün davam edən imtahanlarda namizədlərin məlumatlandırılması, imtahan nəzarətçisi, istiqamətləndirmə, sosial izolyasiya qaydalarına riayət, eyni zamanda, imtahan prosesində nəzarətçi kimi faəliyyətlərdə könüllü dəstəyi göstəriblər.     Qeyd edək ki, tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən “BİR” tələbə-könüllü proqramı tərəfindən indiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi başa çatıb

5 iyuldan start verilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 4 avqustda yekunlaşıb. Bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə və coğrafiya üzrə test imtahanları keçirilib.    Ümumilikdə 21 iş gününü əhatə edən və ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46 930 namizəd iştirak edib.   Bu müddət ərzində imtahanların təşkili prosesində öz dəstəyini göstərən Daxili İşlər Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB-ə) təşəkkürümüzü bildiririk!

“Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir

Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir. Müraciət üçün son tarix 15 avqust 2021-ci il nəzərdə tutulub.   Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək: - Ali təhsil; - Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır); - Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı; - "Microsoft Office" proqramları və internet resurslarından istifadə bacarığı; - Təşkilatçılıq bacarığı; - Komanda ilə işləmək bacarığı; - Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı; - Yaş həddi: 27 yaşdan yuxarı    Namizədlər öz CV-lərini mdm@arti.edu.az e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz: https://www.arti.edu.az/.../794-quot-saristali-metodist...   Bundan əlavə, müraciət edərkən aşağıdakı formanı doldurmağınız tələb olunur. https://cutt.ly/ymDZwW6

Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir.   “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 avqust 2021-ci il saat 23:59-dək davam edəcək.      Sənəd qəbuluna dair ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Vakansiya seçimi davam edir

Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi prosesi davam edir. Qeyd olunan fənlər üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.    Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.   Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

İyul ayında 219 nəfərin diplomu tanınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, iyul ayı üzrə 257 müraciətçinin 219-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 38 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.   Tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 12, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, digər səbəblər üzrə 6 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.   Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 121, Ukraynadan 50, Türkiyədən 46, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 12, Gürcüstandan 11, digər ölkələrdən isə 17 müraciətin olduğu müşahidə olunur.   Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 70, hüquqşünaslıq üzrə 31, iqtisadiyyat üzrə 16, biznesin idarə edilməsi üzrə 15, menecment üzrə 13 nəfər müraciətçi qeydə alınıb.   Qeyd edək ki, iyul ayı ərzində sənədlərə ortalama baxılma müddəti 14 gün təşkil edib.   Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün  www.taninma.az internet keçidinə müraciət edə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Avqustun 4-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.   Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər  Cəfərov, tanınmış ictimaiyyət və KİV  nümayəndələrinin iştirakı ilə baş tutan mediatur zamanı ibtidai sinif müəllimliyi üzrə təşkil edilmiş təkrar imtahanın gedişatı yaxından izlənilib, bu proseslə bağlı fikir mübadiləsi aparılıb.   Bildirilib ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib. Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür. Test imtahanlarının sonuncu günündə ibtidai sinif müəllimliyi üzrə təkrar imtahan vermək istəyən 1036 namizəd iştirak edir.    Məlumat verilib ki, avqustun 3-dən Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilib. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.  Sonda mediatur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, imtahan verən namizədlərin təəssüratları öyrənilib.   

Şagird yerdəyişməsinə start verilir

9 avqust saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır.   Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.   Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.   Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı