Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi başa çatıb
5 iyuldan start verilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 4 avqustda yekunlaşıb. Bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə və coğrafiya üzrə test imtahanları keçirilib.
Ümumilikdə 21 iş gününü əhatə edən və ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46 930 namizəd iştirak edib.
Bu müddət ərzində imtahanların təşkili prosesində öz dəstəyini göstərən Daxili İşlər Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB-ə) təşəkkürümüzü bildiririk!
3 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31