“Rəqəmsal bacarıqlar” layihəsi üzrə vakansiya seçimi
2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə vakansiya seçimi etmək imkanı verilir. Ötən illərdən fərqli olaraq ilk dəfə həyata keçirilən layihə üzrə vakansiya seçimlərində müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş, 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Layihə üzrə təqdim olunan vakansiyalara yerləşən namizədlər müsabiqənin müsahibə mərhələsində uğur qazandığı təqdirdə müddətsiz müqavilə əsasında işə qəbul olunacaqlar.
Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən etibarən həyata keçirilir və təhsilalanlara yeni texnologiyanı, rəqəmsal bacarıqları, proqramlaşdırmanı təcrübədə öyrənməyə imkan verir. Növbəti tədris ilindən etibarən layihənin genişləndirilərək 190 min şagirdi əhatə etməsi planlaşdırılır.
3 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31