İmtahanların sonuncu günü
4 avqust müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür. İmtahanların 21-ci günündə ibtidai sinif müəllimliyi üzrə namizədlər üçün əlavə imtahan keçirilir. İmtahanlarda 1036 namizədin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarına iyulun 5-dən start verilib. Növbəti mərhələdə namizədlər vakansiya seçimində iştirak edəcəklər. Namizədlərə uğurlar arzulayırıq!
04/08/2021 09:00
“Peşə təmayüllü siniflərin təşkili” layihəsinin hesabat tədbiri keçirilib
Avqustun 3-də “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin 2019-2020, 2020-2021-ci tədris illəri üzrə yekunlarına dair hesabat tədbiri keçirilib. Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin idarə heyəti və müəllim-şagird kollektivi iştirak ediblər. Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev layihənin əhəmiyyətindən danışıb. İdris İsayev qeyd edib ki, ümumi orta təhsil səviyyəsində təhsilalanların ilkin peşələrlə tanışlığı, şagirdlərə peşə vərdişlərinin aşılanması onlara əmək bazarında asan iş tapmaqları istiqamətində çox faydalı olacaq. Daha sonra layihənin əhatə dairəsi və növbəti hədəfləri haqqında məlumat verən layihə rəhbəri Xanım Şabanova bildirib ki, 2020-2021-ci tədris ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi paytaxt və bölgələrdə 35 məktəbdə 55 sinif olmaqla 1187 şagirdi əhatə edib. Növbəti tədris ilində isə hədəf layihə çərçivəsində təşkil edilən siniflərin sayının 80 məktəbdə 124 sinfə, şagirdlərin sayının isə minimum 2200-ə çatdırılmasından ibarətdir. Qeyd olunub ki, növbəti tədris ilində mövcud bəzi məktəblərdə paralel siniflərin açılması, həmçinin, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması planlaşdırılır. Xanım Şabanova cari tədris ilindən etibarən peşə təmayüllü siniflərin şagirdlərinə sürücülük modulunun keçirilməsi, 20 məktəbdə STEAM layihəsinin inteqrasiyası və ölkədə ilk dəfə ümumi təhsil səviyyəsində təhsil alan şagirdlərə karyera məsləhətçiliyi xidmətinin baş tutması barədə də tədbir iştirakçılarını məlumatlandırıb. Tədbir zamanı peşə təmayüllü siniflərin şagirdləri tərəfindən hazırlanmış əl işlərindən ibarət stend də nümayiş edilib. Daha sonra tədris illəri ərzində layihə çərçivəsində görülən işlər barədə videoçarx izlənilib. Tədbir zamanı layihənin fəaliyyət göstərdiyi bir sıra məktəblərin direktor, müəllim və şagirdləri öz fikirlərini bölüşüblər.
03/08/2021 15:55
BMU-İNHA ikili diplom proqramına sənəd qəbulu başlayıb
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramının sənəd qəbuluna start verilib. 2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat 14 avqust saat 23:55-dək davam edəcək. Müraciət üçün sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir. 2021-2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur. Proqramın 3+1 modelinə əsaslanaraq, 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsini əhatə edəcək. Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır. Belə ki, BMU-İNHA İDP-yə Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən I ixtisas qrupunun abituriyentləri və BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müraciət edə bilər. Əlavə olaraq, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidirlər: yazılı (riyaziyyat və fizika) və şifahi (ingilis dili müsahibəsi). Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etmək lazımdır. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 17-də (yazılı) və avqustun 19-da (şifahi) keçiriləcək. İmtahan nəticələri isə avqustun 23-də elan ediləcək. Ətraflı məlumatı elandan əldə edə bilərsiniz.
03/08/2021 12:10
Vakansiya seçiminə start verilir
Avqustun 3-dən Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir. Qeyd olunan fənlər üzrə namizədlər bu gün saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək. Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər. Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!
03/08/2021 10:40
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb
2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 avqust 2021-ci il saat 23:59-dək davam edəcək. Sənəd qəbuluna dair ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.
03/08/2021 10:00
Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir
Avqustun 3-də Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir. Bugünkü təkrar imtahanlarda 3055 namizədin iştirakı gözlənilir. Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib. İmtahan iştirakçılarına uğurlar arzulayırıq!
03/08/2021 09:24
Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 2 avqust
02/08/2021 20:03
Məktəblilərimiz 53-cü Beynəlxalq Kimya Olimpiadasında uğurla çıxış ediblər
25 iyul - 2 avqust 2021-ci il tarixlərində onlayn formatda məktəblilərin 53-cü Beynəlxalq Kimya Olimpiadası (IChO) keçirilib. 79 ölkədən 312 məktəblinin qatıldığı olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. Olimpiadada Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Xanım Yaqublu, Təhsil nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Məhsəti Piriyeva, Astara rayonu Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Salman Hüseynov və BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin X sinif şagirdi Nəriman Şirinli bürünc medala layiq görülüb. Məktəblilərimizi təbrik edir və yeni nailiyyətlər arzulayırıq!
02/08/2021 18:55
Vakansiya seçimi başlayır
Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir. Qeyd olunan fənlər üzrə namizədlər 3 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək. Qeyd edək ki, cari ildən etibarən ilk dəfə olaraq müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. Onlar şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə biləcəklər. Bütün müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!
02/08/2021 18:20
Avropa İttifaqının “Horizon Europe” proqramı haqqında təlim keçirilib
Yerli ali təhsil müəssisələri üçün Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Horizon Europe” elmi-tədqiqatlar qrant proqramı barədə onlayn təlim təşkil olunub. Beş təqdimatı ehtiva edən təlimin məqsədi elmi-tədqiqat qrant layihələrinə müraciət, mövcud imkanlar, Marie Skłodowska-Curie Actions (MSCA), COST və Tibb üzrə işçi proqramları barədə yerli ATM-lər və alimlər üçün lazımi informasiyanı təmin etmək və iştirakçılar arasında bu sahədə məlumat mübadiləsi və əməkdaşlığı təşviq etmək idi. Təlimdə 20-dən çox ali təhsil müəssisəsindən 60-a yaxın nümayəndə iştirak edib. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təlimdə nümayiş edilən təqdimatlar
02/08/2021 16:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı