Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib
Oktyabrın 9-da Elm və Təhsil Nazirliyinin tabeliyində olan ümumi və məktəbdənkənar təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar keçirilib.
Seminarın açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdir müavini Vüqar Əsgərov seminarın əsas məqsədi və əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb, təklif və tövsiyələrini verib.
Sonra Dövlət Vergi Xidmətinin Sosial Sığorta və Əmək Münasibətlərinə Nəzarət İdarəsinin Əmək münasibətlərinə nəzarət şöbəsinin rəisi Vüsal Qəhrəmanov “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə (hesabatı)” və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev “Sosial sığorta ödəmələri ilə bağlı sığortaedənlərə texniki-metodiki dəstəyin göstərilməsi, bu sahədə tətbiq edilmiş yeniliklər” barədə təqdimatlarla çıxış edərək müvafiq məlumat və tövsiyələri iştirakçıların nəzərinə çatdırıblar.
Seminar təqdimat və müzakirələrlə davam etdirilib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
