Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir Somali Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Somali Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidow ilə görüşüb.   Görüş çərçivəsində Somali Federativ Respublikası ilə elm və təhsil sahəsində həyata keçirilən əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər barədə müzakirələr aparılıb.

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 16 oktyabr tarixində Tərtər şəhərində vətəndaşları qəbul edəcək.   Qəbulda Tərtər və Ağdərə sakinləri iştirak edə bilərlər.    Adı çəkilən rayonların sakinləri 14 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.   Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

Oktyabrın 5-də Bakı Dövlət Universitetində “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib.    “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan Forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda baş tutub.    Forumun əsas məqsədi təhsildə yeni çağırışları və müasir yanaşmaları müzakirə etmək, emosional balans, şüurlu qavrayış və rifahı dəstəkləyən təhsil mühitinin formalaşdırılması ilə bağlı beynəlxalq təcrübələri bölüşmək olub.    Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.   Foruma ev sahibliyi edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev salamlama nitqi ilə çıxış edərək Forumun 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Rektor müasir universitetin yalnız mütəxəssis hazırlayan deyil, həm də yeni bilik yaradan, elmi tədqiqat və innovasiyaları təşviq edən intellektual mərkəz kimi fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. O, təhsil və elmin inteqrasiyasının, tələbələrin tədqiqat bacarıqlarının inkişafının və onların qlobal rəqabət mühitinə hazırlanmasının ali təhsilin əsas prioritetlərindən olduğunu bildirib.   Rektor daha təhsilli gələcəyin formalaşdırılmasının ümumi məsuliyyət olduğunu vurğulayaraq texnoloji inkişafın mərkəzində insanın, onun düşüncəsinin, yaradıcılığının və məsuliyyətinin dayanmasının vacibliyini diqqətə çatdırıb. Elçin Babayev Forumun fikir və təcrübə mübadiləsinə, yeni təşəbbüslərin və əməkdaşlıq əlaqələrinin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək iştirakçılara uğurlar arzulayıb.   “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva Forum iştirakçılarını salamlayaraq bildirib ki, təhsil prosesində innovativ yanaşmaların tətbiqi, müəllimlərin peşəkar inkişafının gücləndirilməsi və milli-mənəvi dəyərlərin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.   Adilə Əliyeva bildirib ki, “Regional İnkişaf” İctimai Birliyi elm və təhsil sahəsində layihələrə xüsusi önəm verir. Regionlarda təhsilə marağın artırılması, gənclərin təhsil imkanları barədə maarifləndirilməsi və təhsilin davamlılığının təşviqi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Adilə Əliyeva əvvəlki illərdə həyata keçirilən təhsil təşəbbüsləri, o cümlədən inklüziv təhsilin inkişafına yönəlmiş layihələr barədə də danışıb. Adilə Əliyeva forumun qabaqcıl beynəlxalq təcrübənin və təhsildə yeni yanaşmaların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.   Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev çıxışının əvvəlində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, təhsilin inkişafında onların mühüm rolunu vurğulayıb.   Nazir təhsilin əsas məqsədinin hər bir şagirdin öyrənməsini təmin etmək olduğunu bildirərək təhsilin əlçatanlığı, keyfiyyəti və bərabər imkanların yaradılmasının prioritet istiqamətlərdən olduğunu qeyd edib. Emin Əmrullayev PISA 2025 nəticələrində Azərbaycanın əldə etdiyi müsbət dinamikanı qeyd edib və bu uğurda müəllimlərin əməyinin xüsusi rolunu vurğulayıb və əlavə edib ki, təhsil hər kəsin bir yerdə, əməkdaşlıq şəraitində görməli olduğu bir işdir. O, həmçinin müasir cəmiyyətin müəllimlərdən yeni bacarıqlar tələb etdiyini və son illərdə fənn müəllimlərinin peşəkar inkişafında əhəmiyyətli irəliləyişlərin olduğunu bildirib.   Emin Əmrullayev süni intellektin təhsildə yaratdığı imkanlardan da danışıb. Qeyd edib ki, bu texnologiyalar qiymətləndirmə proseslərinin təkmilləşdirilməsi, şagird nailiyyətlərinin və müəllim fəaliyyətinin daha çevik ölçülməsi baxımından mühüm imkanlar yaradır.    Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və Bacarıqlar Departamentinin direktoru Andreas Şleyxer “PISA-dan çıxarılan dərslər: öyrənənləri gələcəyə hazırlamaq” mövzusunda əsas məruzə ilə onlayn formatda çıxış edib. Andreas Şleyxer süni intellekt dövründə tənqidi düşünmə, məlumatı qiymətləndirmə və müxtəlif mənbələr arasında əlaqə qurmaq kimi bacarıqların əhəmiyyətinin daha da artdığını bildirib. O qeyd edib ki, süni intellekt təhsildə hazır cavablara aparan qısa yol kimi deyil, təfəkkürü və öyrənmə prosesini gücləndirən pedaqoji vasitə kimi tətbiq olunmalıdır. Andreas Şleyxer vurğulayıb ki, təhsil sistemi texnologiyanın avtomatlaşdıra bilmədiyi – mürəkkəb vəziyyətlərdə qərar qəbul etmək, etik mühakimə yürütmək, sosial münasibətlər qurmaq və yeni ideyalar yaratmaq kimi insani bacarıqların inkişafına xüsusi diqqət yetirməlidir.   Forum çərçivəsində TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Süni İntellekt Mühəndisliyi kafedrasında elm və fəlsəfə üzrə koordinator, müəllim və yazıçı Anoşirvan Mianci, Estoniyada təhsil müəssisələrinin memarlığı üzrə ixtisaslaşmış memar Gert Guriev, Sinqapur Müəllimlər İttifaqının baş katibi Mayk Tirumən və Varkey Fondunun direktoru Avqustin Porres tərəfindən müxtəlif mövzularda təqdimatlar edilib. Təqdimatlarda “İnformasiya bolluğu, məna qıtlığı”, “Gələcəyin məktəbi: memarlıq öyrənmə, rifah və icmanı necə formalaşdırır?”, “Təhsildə süni intellekt: Sinqapurun ilk təcrübələri” və “Heç kim baxmayanda: süni intellekt dövründə xarakter tərbiyəsi” mövzularına toxunulub.   Forum çərçivəsində həmçinin nüfuzlu professor Ziya Səlcuqla sual-cavab sessiyası keçirilib. Müzakirələrdə təhsildə yüksək nəticə gözləntisi ilə şagird rifahı arasında balansın qurulması, şüurlu düşünmə bacarıqlarının inkişaf etdirilməsi, məktəb mühitinin pedaqoji dizaynı və davranış memarlığı, rəqəmsal pəhriz, məktəb memarlığının öyrənmə motivasiyasına və rifaha təsiri, eləcə də süni intellektdən istifadə zamanı real bilik və bacarıqların obyektiv qiymətləndirilməsi kimi mövzulara toxunulub.    Forum bədii hissə ilə yekunlaşıb.

Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil işçiləri təltif edilib.

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da  Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.    Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər.     Adları çəkilən şəhər və rayonların sakinləri 19 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.   Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsinin növbəti görüşü baş tutub. Görüşün qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olub.   Bakı Slavyan Universitetində keçirilən görüşdə Bahar Muradova “Dövlət idarəçiliyində və cəmiyyətdə insan kapitalı: qanunvericilik, siyasət və fərdi məsuliyyət” mövzusunda çıxış edib.   Görüş zamanı dövlət idarəçiliyində insan kapitalının rolu, təhsilin insanın şəxsi və peşəkar inkişafındakı əhəmiyyəti, ailə dəyərləri və müasir ailə modeli barədə fikirlər səsləndirilib. Bahar Muradova öz təhsil və karyera yolundan danışaraq qazandığı təcrübələri, peşəkar fəaliyyəti ilə bağlı bilik və bacarıqları iştirakçılarla bölüşüb.    Bahar Muradova qeyd edib ki, insan kapitalının inkişafı yalnız qanunvericilik və dövlət siyasəti ilə deyil, eyni zamanda hər bir fərdin öz məsuliyyətini dərk etməsi, bilik və bacarıqlarını cəmiyyətin inkişafına yönəltməsi ilə mümkündür.   Görüş zamanı qadınların və qızların təhsil almasının, onların ictimai həyatda və peşəkar fəaliyyətində fəal iştirakının əhəmiyyətinə də toxunulub.    Fikir mübadiləsi formatında keçirilən görüş çərçivəsində iştirakçıların çoxsaylı sualları cavablandırılıb.    Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafına, liderlik və idarəetmə bacarıqlarının gücləndirilməsinə, eləcə də müasir çağırışlara cavab verən peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.

Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

Oktyabrın 1-dən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün tədris prosesinə başlanılıb.   2026/2027-ci tədris ilində məktəbəqədər təhsilin əlçatanlığının artırılması, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması və valideynlər üçün əlavə seçim imkanlarının yaradılması məqsədilə tətbiq olunan yeni maliyyələşmə modeli çərçivəsində 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqə yolu ilə seçilib.   Yeni mexanizmə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində qəbul olunan uşaqların təhsil haqqının müəyyən hissəsi dövlət tərəfindən maliyyələşdirilir.

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.   Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə–Azərbaycan Universitetini ziyarət edib, qida texnologiyası, qida kimyası, mikrobiologiya və kimya laboratoriyaları ilə tanış olub. Eyni zamanda müasir tədris və elmi mühitin formalaşdırılması istiqamətində həyata keçirilən işlər barədə qonaqlara məlumat verilib.   Elm və təhsil nazirinin müavini Həsən Həsənli və Ali Təhsil Şurasının sədri Erol Özvar universitetin auditoriyalarında tədris prosesini izləyib, tələbələr və müəllim heyəti ilə görüşərək onlarla söhbət ediblər.

Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Sentyabrın 30-da “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsi və Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandum Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvar tərəfindən imzalanıb. Anlaşma Memorandumunun məqsədi müdafiə sənayesi üçün kadr hazırlığı, akademik mübadilə, istehsalat təcrübəsi və texnologiya sahələrində tərəflər arasında dördtərəfli əməkdaşlığın ümumi çərçivəsini müəyyən etməkdir.   Memoranduma əsasən, tərəflər arasında prioritet ixtisas sahələri üzrə birgə təhsil proqramlarının hazırlanması, müdafiə sənayesi müəssisələrinin mühəndis, texniki və idarəetmə heyəti üçün ixtisasartırma, yenidənhazırlanma proqramlarının təşkili, ali təhsil müəssisələrinin akademik heyətinin və tələbələrinin qarşılıqlı mübadiləsi, tələbələrin və gənc mütəxəssislərin hər iki ölkənin müdafiə sənayesi müəssisələrində təcrübə keçməsi, texnoparklar arasında birbaşa əlaqələrin qurulması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək

Oktyabrın 5-də “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək.   “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan Forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda baş tutacaq.   Forumun əsas məqsədi təhsildə yeni çağırışları və müasir yanaşmaları müzakirə etmək, emosional balans, şüurlu qavrayış və rifahı dəstəkləyən təhsil mühitinin formalaşdırılması ilə bağlı beynəlxalq təcrübələri bölüşməkdir.   Tədbirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Süni İntellekt Mühəndisliyi kafedrasında elm və fəlsəfə üzrə koordinator, müəllim və yazıçı Anoşirvan Mianci, Estoniyada təhsil müəssisələrinin memarlığı üzrə ixtisaslaşmış memar Gert Guriev, Sinqapur Müəllimlər İttifaqının baş katibi Mayk Tirumən, Varkey Fondunun direktoru Avqustin Porres təqdimatlarla çıxış edəcəklər.   Forum çərçivəsində həmçinin nüfuzlu professor Ziya Səlcuqla sual-cavab sessiyası keçiriləcək.   Müzakirələrdə təhsildə yüksək nəticə gözləntisi ilə şagird rifahı arasında balansın qurulması, şüurlu düşünmə bacarıqlarının inkişaf etdirilməsi, məktəb mühitinin pedaqoji dizaynı və davranış memarlığı, rəqəmsal pəhriz, məktəb memarlığının öyrənmə motivasiyasına və rifaha təsiri, eləcə də süni intellektdən istifadə zamanı real bilik və bacarıqların obyektiv qiymətləndirilməsi kimi mövzulara toxunulacaq.   Forumda əyani iştirak etmək istəyən şəxslərdən əvvəlcədən qeydiyyatdan keçmələri xahiş olunur. Yerlər məhduddur.   Qeydiyyat üçün: https://forms.gle/KSpf4JvfXg6DYkxB8

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı