Sertifikatlaşdırılma ilə bağlı maarifləndirici görüşlər davam edir
8 aprel tarixində Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Təhsil İnstitutu tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad və Masallı rayonları üzrə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.
Görüşdə ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin şöbə müdiri Aynur Rüstəmova, İnsan Resursları Mərkəzinin əməkdaşı Fəridə Həsənli, Azərbaycan dili və ədəbiyyat üzrə mütəxəssis Nuriyyə Verdiyeva, ibtidai sinif üzrə mütəxəssis Ülkər Mirzəyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rəhim Rəhimov sertifikatlaşdırmanın mərhələləri, təşkili və məzmunu ilə bağlı məsələlər barədə məlumatlar verib.
Görüş müddətində təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi izah edilib, mövzular haqqında ətraflı məlumat verilib və müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinə dair məlumatverici görüşdə Cəlilabad və Masallı rayonları üzrə ümumilikdə 500-ə yaxın Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimi iştirak edib.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
