Salyan Regional “ASAN xidmət” Mərkəzində təhsil xidmətləri
Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Salyan Regional “ASAN xidmət” Mərkəzində vətəndaşlar üçün təhsil xidmətləri təqdim olunur.
Bununla yanaşı, Bakıdakı 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərində, 2 saylı Sumqayıt və 1 saylı Gəncə regional “ASAN xidmət”, Ağcabədi, Tovuz, Masallı, Mingəçevir, İmişli və Şəki regional “ASAN xidmət” mərkəzlərində də təhsil xidmətləri göstərilir.
Mərkəzlər vasitəsilə vətəndaşlar aşağıdakı təhsil xidmətlərindən yararlana bilərlər:
- təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;
- cari təhsilalanlar üçün elektron təhsil arayışları;
- ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat);
- şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat);
- təhsil tələbə kreditinə elektron müraciət (qeydiyyat);
- məktəbəhazırlıq qruplarına elektron qeydiyyat;
- məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;
- ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu;
- ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə elektron sənəd qəbulu;
- sertifikatlaşdırma prosesindən keçmiş təhsilverənlərə sertifikatların verilməsi.
Qeyd edək ki, sözügedən təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir.
Xidmətlər haqqında ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:
https://asan.gov.az/az/category/asan-xidmetler/funksional-yardimci-xidmetler/elm-ve-tehsil-nazirliyi-terefinden-goesterilen-xidmetler
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
